Pentaqon texnologiya cəmiyyətinə körpü sala bilərmi?
“Google”, “Microsoft”, “Amazon”, “Apple” və digər texnologiya nəhənglərinin özlərini müxtəlif millətlərdən olan işçilərə sahib qlobal kompaniyalar gördüyünü nəzərə alsaq, problemin olduqca böyük olduğunu anlayarıq. Lakin bu imkanların istifadəsi ABŞ təhlükəsizliyi üçün son dərəcə əhəmiyyətlidir və bir neçə xətalardan sonra artıq şübhəçi proqram təminatı mühəndislərinin etimadını qazanmaq üçün yaradıcı səylər göstərir.
Fundamental ideya bundan ibarətdir ki, süni zəkanı “Amerika Yolu” etmək lazımdır. Bunun üçün bir sıra aydın, etik qaydaların müəyyənləşdirilməsi məqsədilə ictimai debatlar təşkil edilir. Məsələn, bununla bağlı oktyabrda Pentaqonun Müdafiə İnnovasiya komandası tərəfindən SZ Prinspiləri Layihəsi irəli sürüldü. Layihə çərçivəsində ilk görüş çərşənbə axşamı Harvardda baş tutdu və bu zaman Pentaqon rəsmiləri 10-dan çox SZ eksperti ilə bir araya gəldi. Ekspertlərin xüsusilə ABŞ ordusunun fəaliyyətlərini qatı tənqid edən insanlardan olmasına diqqət yetirilmişdi.
Pentaqon məqsədli şəkildə ABŞ ordusu ilə işləmə ideyasını bəyənməyən mühəndisləri özünün hədəf qrupu kimi seçir. Qurumun innovasiya heyəti də öz bəyanatında vurğulayıb ki, onların səyləri təkcə Pentaqonla işləmək istəyənləri deyil, həm də SZ skeptiklərini əhatə edir.
Əslində bir çoxları mühəndislərin Pentaqondan sözügedən yeni müharibə sferası üçün etik çərçivə müəyyənləşdirməyi tələb etməsini haqlı görür. Məsələn Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin mütəxəssisi Paul Skarre bunu Pentaqonun SZ-ni necə istifadə edəcəyinə dair şəffaflığın azlığı ilə açıqlayır.
Pentaqon bir müddət öncəsinə qədər SZ layihələri ilə bağlı texnologiya firmaları ilə əməkdaşlığında hansısa ciddi bir problemin meydana gələ biləcəyinə ehtimal verməsə də, ötən ilin yazında “Google” ilə birlikdə aparılan “Maven” layihəsinin firma daxilində böyük səs-küy yaratması və işçilərin etirazı üzərinə ləğv edilməsi həyəcan siqnalı çaldı. Məhz bundan sonra Pentaqon texnoloji yeniliklərin tətbiqi üçün əvvəlcə texnologiya cəmiyyətinin etibarını qazanmağın vacib olduğunu anlamış oldu.
Oxşar məqalələr
-
Pekinlə SZ rəqabəti hansı yolla aparılmalıdır?
-
Süni Zəka özünə qarşı: kiber silah yarışında növbəti döyüş
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə