ABŞ donanmasının informasiya müharibəsinin yeni dövrünə BAXIŞI

ABŞ donanmasının informasiya müharibəsinin yeni dövrünə  BAXIŞI
853     15:50     30 06 2021    
ABŞ donanmasının Kriptoloji Kiber Müharibə Cəmiyyətinin Baxışı sənədi informasiya müharibəsinin yeni dövrünə yanaşma ilə bağlı detalları özündə ehtiva edib və gələcəkdə onun əhəmiyyətini göstərib.

Sənəddə donanmanın çoxsaylı rəqiblərinə qarşı yaxın, davamedici kontaktın döyüş meydanında kompleks informasiya sferası problemlərinin öhdəsindən gəlməli olduğu qeyd edilib.

“İnformasiya bizim strateji rəqiblərimiz arasında getdikcə üstünlük verilən silah seçimi olub. Kosmos, kiberməkan və elektromaqnit spektr daha sıx birləşdirilmiş və bir-birindən asılı fazalardır. Bu sferalarda böyük manevr qabiliyyəti əldə etmək kritik zamanlarda rəqibə üstün gəlmək üçün vacibdir”, - deyə ABŞ donanmasının Komputer və Telekommunikasiya bölməsinin komandanı, kapitan Brayan Brasvel bildirib.

Bildirilir ki, ABŞ donanmasının əsasən 10-cu filotiliya daxilində mövcud olan informasiya müharibə qüvvələri kiberməkan əməliyyatçıları, siqnal kəşfiyyatı və elektron müharibəni əhatə edir. Bu qüvvələr təmin edilmiş komanda və idarəetmə elementləri vasitəsilə döyüş gücünü optimallaşdırmaqla informasiya müharibəsi cəmiyyətini bütövlükdə istifadə etməyi planlaşdırır.

Xatırladaq ki, dəniz əməliyyatları komandanlığı ötən ilin dekabrında 2016-cı ilə aid donanma strategiyasının yenilənmiş versiyasını təqdim etdi. Sənəddə donanmanın yaxın səviyyəli rəqiblərinə qarşı informasiya məkanının kritik komponentləri vasitəsilə necə rəqabət aparmalı olduğu göstərilib. Buna əsasən vitse-admiral Matteus Kohler donanmanın 10 ilə yaxındır ki, informasiya məkanı üzərində çalışdığını və nəticədə dəniz informasiya müharibə komandanlığı formalaşdırdığını bildirib.
Strategyvision.org

Teq: İnformasiya-Müharibəsi   ABŞ-HDQ  


Oxşar məqalələr
Son əlavə olunanlar