Strateji informasiya müharibəsində hansı silahlardan istifadə olunur?

 Strateji informasiya müharibəsində hansı silahlardan istifadə olunur?
700     11:26     31 07 2021    
İnformasiya əsrinin başlanğıcı ABŞ üçün həm fürsətlər, həm də çətinliklər yaradıb. Artıq kinetik yox, qeyri-kinetik hücumlardan istifadə edilir. Həm ABŞ-ın rəqibləri, həm də müdafiə təşkilatları dəyişən dövrün şərtləriylə ayaqlaşa bilmək üçün yeni strategiyalar qəbul edirlər. Ənənəvi müharibələrin yerini isə strateji informasiya müharibəsi alıb.

Bəs bu müharibələrdə hansı silahlardan istifadə edilir?

ABŞ-la və ya güclü hər hansı dövlətlə ənənəvi müharibəyə girməkdən çəkinən qüvvələr bir sıra informasiya əməliyyatlarına başlayırlar. Bunlara əqli mülkiyyətin oğurlanması, hökumətin əhəmiyyətli infrastrukturlarına sızılması və sosial şəbəkələrin vasitəsilə demokratik proseslərə təsir edilməsini aid etmək olar. Bu silahlardan ən bəsitləri “Facebook” və “Twitter” kimi kütləvi informasiya vasitələridir.

Digər bir məsələ isə odur ki, strateji informasiya müharibəsində dövlət və qeyri-dövlət aktorlar bərabər səviyyədə yarışırlar. Ənənəvi müharibələrdə silah və texnologiyanın say baxımından çoxluğu və qabaqcıl olması üstünlük qazandırırdısa, strateji informasiya müharibəsində ehtiyac olunan vasitələr kompüter, internet və kodlaşdırma bilikləri ilə məhdudlaşır. Minimum vasitələrə malik olan aktorlar arasında rəqabət artıq bilik, təcrübə və analiz sahələrində olur.

Hazırda dünya əhalisinin 55%-i, yəni 4,2 milyardı internetdən istifadə edir. Bu rəqəm ABŞ-da 76%, Avstraliyada isə 86%-dir. Mobil cihazlar isə 5,1 milyard insan tərəfindən istifadə edilir. Bu rəqəmlər onu ifadə edir ki, qeyri-dövlət aktorları dünyanın istənilən yerindən və istənilən zaman sadəcə kompüter və internet bağlantısından istifadə edərək siyasi kampaniyalara təsir etmək bacarığına malikdir.

Kiberhücumlar sadəcə olaraq, dövlət sirlərini, məlumatları, yaxud datanı oğurlamaq üçün istifadə olunmur. Hazırda onlar millətin psixologiyasına təsir edərək onun inkişaf dinamiklərini də dəyişdirmək bacarığına sahibdir. Çünki, siyasi məqsədlərə koqnitiv proseslərə təsir edərək çatmaq daha asandır, nəinki güc istifadə edərək.
Strategyvision.org

Teq: SİM   İnformasiya-müharibəsi  


Oxşar məqalələr
Son əlavə olunanlar