ABŞ HHQ ilk dəfə informasiya müharibəsi təlimləri keçirib

ABŞ HHQ ilk dəfə informasiya müharibəsi təlimləri keçirib
461     11:19     09 06 2021    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) ilk dəfə informasiya müharibəsi təlimləri keçirib.

Strategvision.org xəbər verir ki, bu barədə HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Təlimlər Nyu Meksikoda yerləşən yeni qərargahda baş tutub. Sınaqlarda əsasən ABŞ HHQ-nin 67-ci Kiberməkan Qanadının hərbi qulluqçuları iştirak edib.

2019-cu ilin payızında məruz qaldığı kiberhücumdan sonra ABŞ Hərbi Hava Qüvvələri informasiya müharibəsinə daha çox diqqət ayırır. Bunun üçün HHQ-nin tərkibində müvafiq infrastruktur yaradılır, hərbi qulluqçular yetişdirilir.

Nyu Meksikoda yaradılan qərargah bu çərçivədə yaradılan infastukturlardan biridir. Qərargah ABŞ HHQ-nin kiber, radioelektron müharibə və elektromaqnit spektr qabiliyyətlərini artırmaq kimi informasiya müharibəsi taktikalarını gücləndirməyə kömək edəcək.
Strategyvision.org

Teq: ABŞ   İnformasiya-Müharibəsi   Təlim  


Oxşar məqalələr
Son əlavə olunanlar