Yeni Nəsil Müharibəsi
-
Pekin Moskva ilə tərəfdaşlıqdan imtina etsə nə baş verə bilər?Ukraynaya təcavüzündən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun iqtisadiyyatını məhv edəcək, lakin şiddətin dərəcəsi Çindən və onun nə qədər iqtisadi yardım əlini uzatmağa hazır olmasından asılıdır. Qısa müddətdə artan əmtəə qiymətləri Moskvanın sərt valyuta ehtiyatlarını artıracaq, buna parallel olaraq Ukraynaya qarşı genişmiqyaslı müharibə aparmağın böyük xərclərini azaldacaq. Lakin Qərbin sanksiyalarının sərt olmasına baxmayaraq, o hələ Rusiyanı iqtisadi uçuruma aparmayıb. Bu arada Çin Qərbin Rusiyaya qarşı sanksiyalarına və ya bu məsələ ilə bağlı hər hansı digər birtərəfli sanksiyalara kəskin etirazını bildirib. Məsələn, bu yaxınlarda keçirdiyi mətbuat konfransında Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, birtərəfli sanksiyaların artması qlobal sənaye və təchizat zəncirlərini qıracaq, bütün ölkələrin insanlarının güzəranına zərər verəcək və onlar geosiyasi münaqişələrin və böyük ölkə rəqabətinin ağır yükünü daşımaq məcburiyyətində qalacaqlar.
-
“Qan pulu”ndan imtina?| Rusiya-Ukrayna müharibəsi Avropada yeni birgəliyə təkan verir“Mən burada dayanıb dürüst olmaq istəyirəm. Birdəfəlik kiminlə olduğuna özün qərar verməlisən”. Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) iclasında etdiyi çıxışda Almaniyanı Ukraynada baş verənləri anlamadığına görə və xüsusilə Macarıstanı neytrallığına görə tənqid edib.
-
Bayden uğursuz oyuncudur?| Ukraynada strategiyanın birinci qaydası pozulduVladimir Putinin Ukraynaya hücumunun davam etdiyi bir vaxtda Bayden administrasiyası Putinin müharibəsinə və ərazi işğalına qarşı Qərbi birləşdirdiyi üçün alqışa layiqdir. Lakin administrasiya həm də strategiyanın əsas doktrinasını pozduğuna görə sağlam tənqidə məruz qalmalıdır.
-
Mərkəzi/Şərqi Avropada yeni döyüş əməliyyatları teatrı nə qədər real səslənir?Beynəlxalq ictimaiyyətin hər hansı sərhəd dəyişikliyinə qarşı çıxmasının ən tutarlı səbəbi bir sərhəddəki dəyişikliklərin digər sərhədlərdə baş verən dəyişiklikləri nəzərə alması, mövcud ölkələr arasında münasibətlərdə problemlər yaratması və ya ən azı kəskinləşməsidir. Rusiya prezidenti Vladimir Putinin 2014-cü ildə Ukraynanın Krımı ilhaq etməsinə və onun indi Donbasın bəzi hissələrini ələ keçirmək üçün atdığı addımlara qədər, İkinci Dünya Müharibəsinin sonundan (1990-cı illərdə bir neçə keçmiş kommunist federasiyalarının dağılmasından) sonra Avropada sərhədlərin dəyişdirilməsi ilə bağlı ciddi söhbət getmirdi. Amma Kreml rəhbəri son hərəkətləri ilə müzakirələr üçün qapılarını açıb və indi Rusiya paytaxtında bəziləri Mərkəzi Şərqi Avropada sərhədlərin dəyişdirilməsi imkanını müzakirə edirlər. Hətta bu dəyişikliklərin heç biri reallaşmasa belə, onların sadəcə olaraq müzakirəsi sərhədlərin risk altında olduğuna dair şübhələri və bir vaxtlar daimi görünən şeylərin indi fərqli ola biləcəyinə dair inamın yayılması ilə regionda gərginliyi artıracaq.
-
Yenilik və çeviklik hissi artırılmalıdır| Birləşmiş Ştatlar çoxqütblü dünyaya uyğunlaşa bilərmi?Artıq aydındır ki, biz geosiyasi, iqtisadi və texnoloji dəyişikliklərin beynəlxalq münasibətlərin mənbə kodunu yenidən yazdığı dünya hadisələrində otuz illik dövrün sonuna çatırıq. Halbuki dövrün başlanğıcı bir sıra dramatik hadisələrlə yadda qaldı, ABŞ-ın rəhbərlik etdiyi liberal-demokratik sistemin qələbəsini müjdələyən hadisələr (Berlin Divarının yıxılması, ABŞ-ın başçılıq etdiyi koalisiyanın Körfəz Müharibəsində demək olar ki, qansız qələbəsi və 25 dekabr 1991-ci ildə Böyük Kreml Sarayının üzərində oraq və çəkicdən ibarət qırmızı bayrağın endirilməsi) Soyuq Müharibədən sonrakı dövrün son nöqtəsi, yeni və hələ adı açıqlanmayan epoxanın doğum sancıları daha fərqli ola bilməzdi. Bu, qlobal pandemiya və 11 Sentyabr hücumlarından sonra Amerika qüdrətinin Sovet və Britaniya imperial sələflərindən fərqli olaraq Əfqanıstanı (və əlavə olaraq, digər cəmiyyətlər) liberal-demokratik obrazda yenidən yarada biləcəyini sübut etmək üçün 20 illik səylərin dayandırılması ilə əlamətdar oldu.
-
Rus tankları hər yerdə məhv edilir| Onlar müasir döyüş meydanında hələ də lazımdır?Rusiya-Ukrayna müharibəsi hələ də bütün şiddəti ilə davam edir, nəticəsi bəlli deyil. Öyrənilən dərslər haqqında qəti mühakimə yürütmək çox tezdir. Ancaq bu günə qədər gördüyümüz müharibənin gələcəyi ilə bağlı hərbi dairələrdə davam edən müzakirələrə, xüsusən də tankın quru müharibəsinin kralı kimi 80 illik padşahlığını davam etdirə bilməyəcəyinə dair yeni sübutlar təqdim edir.
-
Rusiya tanklarını eybəcər zirehli qəfəslərlə qoruya bildimi? – “Javelin” daha layiqli rəqib axtarırRusiya ordusunun minlərlə tankı var və onların hamısı “Javelin” və digər zireh əleyhinə silahlardan istifadə edən ukraynalılara qarşı həssasdır. Ukraynada müharibənin şiddətlənməsindən əvvəl Rusiya bəzi tanklarının üstünə qəfəslər qaynaq edərək zərbələrdən qurtulmağa çalışırdı. Rusiya tanklarına əlavə edilən bu qəribə vasitələr görünür, Ukrayna sursatlarının nüfuzetmə gücünü dayandırmağa kömək etmir.
-
Qırmızı Ordu və Putin Ordusu arasında paralellər| Problem müharibənin nə qədər dəyişdiyini dərk etməməkdir?Otto fon Bismark deyir ki, yalnız axmaqlar öz səhvlərindən dərs alır: “Mən başqalarının səhvlərindən öyrənirəm”. Təəccüblüdür ki, Rusiya ordusu sovet sələfinin keçmiş səhvlərini təkrarlayır. 1945-ci ilin aprelində Stalinin güclü təzyiqi altında marşal Georgi Jukov öz tank ordularını piyada dəstəyi olmadan Berlinə göndərdi. Vladimir Putinin qüvvələri nəinki eyni səhvə yol verdilər, hətta tanklarının qüllələrinə qəribə dəmir parçaları, o cümlədən çarpayı çərçivələri qaynaqlamaqla onları qoruya biləcəklərini düşündülər. Bu, sadəcə olaraq onların profilini artırdı və Ukraynanın “tank ovçuları”nın hədəfinə çevirdi. Vaxtilə, Berlindəki sovet tankları “Panzerfaustlar”la məhv edilirdi.
-
Ukrayna üçün sınanmış model| Avstriya neytrallığı tərəflər üçün məqbuldurmu?Ukraynadakı böhran yavaş-yavaş nəzarətdən çıxır. Bir vaxtlar Sovet İttifaqının sona çatmasını “XX əsrin ən böyük geosiyasi faciəsi” hesab edən şəxsin rəhbərliyi altında aqressiv Rusiya Ukraynanın öz orbitində qalması üçün neo-sovet xarici siyasətini həyata keçirir. Realpolitikin bu neo-sovet üslubunu nəzərə alaraq, Ukrayna ilə bağlı bugünkü müzakirələri məlumatlandırmaq üçün Sovet xarici siyasətinin Avropada oxşar şərtlər altında tarixini araşdırmaq lazımdır.
-
Rusiyanın hücumu xarici siyasət realizmi üçün nə deməkdir? – STRATEJİ BAXIŞXarici siyasətdə realizm o deməkdir ki, faktlar dəyişdikcə taktika və strategiya da dəyişir. Vladimir Putinin Ukraynaya hücumunun qarşısını almaq üçün istifadə edilə biləcək ən yaxşı vasitələr Rusiyanın hücum etdiyi bir vaxtda elə də çox aktual deyil.
-
Ukrayna Kiber Müdafiəsi güclüdür, yoxsa Rusiya gözləmədədir?ABŞ Konqresində iki günlük, kəşfiyyat xidmətinin son illik təhdid qiymətləndirməsi ilə bağlı keçirilən iclas zamanı konqresmenlər ABŞ Kiber Komandanlığının rəhbəri və Milli Təhlükəsizlik Agentliyinin (NSA) direktoru general Pol Nakasona Ukraynada davam edən hücumda kiber əməliyyatların rolu ilə bağlı suallar ünvanladılar. Əsas diqqət Ukraynanın kritik infrastrukturuna qarşı Rusiyanın diqqətəlayiq strateji kiber əməliyyatlarının aşkar olmamasına yönəldilib.
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə
Son əlavə olunanlar