Ukrayna, hibrid müharibə və strateji üstünlüyün bərpası
Hazırkı Suriya və ABŞ yanaşmalarının “hamının hamıya qarşı müharibəsi” şəratinə görə fürsətlərdən çox, məhdudiyyətləri olduğuna dair xeyli müzakirələr gedib. Digər tərəfdən, Ukrayna ABŞ üçün eyni dərəcədə əhəmiyyətli, lakin hazır, “yetişmiş” məhsuldur. Təbii ki, bu, ABŞ dəstəyinin problemsiz təmin ediləcəyi anlamına gəlmir. Ölkənin siyasi mədəniyyəti bu baxımdan çətinliklər doğuran xüsusiyyətlərə malikdir. Ukraynanın elit dairələri, adətən günahlandırma, ittiham və palçıq atmadan tez-tez istifadə edir ki, bu da hökumətin funksiyalarına maneə törədir.
Demokratik keçidlər siyasi oyunun qaydalarının toxunulmaz hala gəldiyi mərhələ olan konsolidasiyaya çatana qədər uzun vaxt alır, bir çox ölkə isə bu mərhələyə çata bilmir. Keçid tam baş tutduqda isə onların tətbiq edilməsi və öz-özünü idarə etmə nə qədər çətin olsa belə, dövlət və cəmiyyət bu qaydalara əməl edir. Ukrayna sözügedən mərhələdə deyil və qısa zamanda çatması da mümkün görünmür. Lakin bir fakt qaçınılmazdır ki, siyasi sistem post-kommunist dünyasına tanış olan təsadüfi həbslər və siyasi motivli cinayətlərin olduğu Yanikoviç dövrünə geri qayıda bilməz. Ukraynanın elit dairələri və cəmiyyətinə baxsaq, ölkədə demokratik inkişaf üçün şərait olduğu və bunun Rusiyanın qələbəsi baxımından mənfiyə işarə etdiyini görmək olar. Bu qələbə yalnız Ukrayna normal fəaliyyət göstərən hökumətli stabil və müstəqil ölkə qurmağa nail olmazsa, qazanılacaq.
Ukraynanın Rusiyaya etirazının mərkəzində ABŞ-dakı bir çoxlarının görmədiyi bəsit bir konsepsiya dayanır – uzunömürlülük. Ukraynanın tarixinə baxsaq, onun göründüyündən daha güclü əsasları olduğunu görərik. Ölkə regionda müstəqil, ən azından avtonom/muxtar aktor olub. Onun demokratiya keçmişi bir çox Şərqi Avropa ölkələri ilə oxşarlıq təşkil edir, nəinki Rusiya ilə. Buradakı çətinliklər siyasi tiranlıqdan uzaq bir keçmişlə tarixin qarmaqarışıq reallıqları arasındakı ziddiyyətlərdən yox, Qərbin bunlardan xəbərdar olmamasından yaranır.
Ukrayna, adətən, kəndli fermerlərdən ibarət geniş otlaqların olduğu bir yer kimi tanınır. Kremlin isə Ukrayna xalqının Rusiya cəmiyyəti ilə eyni olduğunu düşünür. Belə ənənəvi baxışların dəyişdirilməsi çətindir, lakin mümkündür.
Əvvəla, Ukraynada idarəçilik hələ də öz funksiyasını yerinə yetirir. Bəzi vaxtlarda bu, qarmaqarışıq hal alsa da, təzyiqlərin artdığı bir zamanda hökumətin effektivliyi də artmaqdadır. Çox az ölkə var ki, silahlı müdaxilə, terror hücumları, seperatçı aqressiyası, ərazi müstəqilliyinə qarşı beynəlxalq qanun müharibəsi, iqtisadi məhdudiyyətlər və əhalini bölmək üçün davamlı təsir əməliyyatları ilə üzləşsin və eyni zamanda da elit dairələr, cəmiyyət və beynəlxalq icma ilə yeni siyasi əlaqələr qurmağa çalışa bilsin. Administrativ şəffaflıq üçün islahatlar, əlverişsiz valyuta məzənnələrinə öyrəşmək və Avropa şirkətləri ilə investisiya tərəfdaşlığının inkişafı Ukraynanın nizamnaməsinə uyğun gəlir.
İkincisi olaraq, bölünmüş bir Ukrayna əhalinin çox az hissəsinin istəyinə uyğundur, bunu şərqdə göstərilmiş müqavimətdən görmək olar. Qərbdə “Maydan” inqilabı adlanan Ləyaqət İnqilabının hekayələri təsiredicidir. Ailələrin bir araya toplaşması, minimum ərzaq ehtiyatları ilə yaşamaları və şəxsi maşınlarla cəbhəyə dərmanlar daşımaları – cəmiyyət və hərbi dairələrin bu dərəcə birləşə bilməsi Putinin heç vaxt ağlına gəlməyən bir hadisədir və Ukrayna müdafiəsinin əsas gücüdür.
Üçüncüsü, ciddi çətinliklərə baxmayaraq ölkə əhalisi heç də acından ölmür. Stabil və qismən davamlı ərzaq tədarükü ilə əhali əzabın ən böyük səbəblərindən biri olan aclıqdan yayına bilir. Tibb və mühəndislik sahələrindəki keyfiyyətli təhsil, sənət sevgisi və getdikcə artan sahibkarlıq sektoru üfüqdə görünən müsbət şeylərdir. Bu sahələr əvvəl ölkədə sakitlik yarada, daha sonra da yeni siyasi-iqtisadi əlaqələr ortaya çıxara bilər. Bu müxtəlif vasitələrlə mümkündür: Rusiya ilə şərq sərhədlərində lokal iqtisadi keçid zonaları yaradaraq itirilmiş ticarəti bərpa edərək, yaxud “Facebook”un əvəzləyicisi olan Rusiyanın kiber silahı “V Kontakte”ni ölkədən uzaqlaşdıraraq.
Başqa bir məsələ Qərbin özünün çox sürətli, çox geniş və çox dərin islahatlar getməsi ilə bağlı təzyiqidir. İndiyədək heç bir sabit demokratiya korrupsiya, obstruktiv partizan bölünməsi və ya siyasət xaosunun problemlərindən qaçmağa nail olmayıb, çünki hakimiyyətə gələnlər rəqiblərinin hakimiyyəti dövründə etdiklərini onların yaxşı, yoxsa pis olduğuna baxmadan geri çevirməyə çalışırlar. Lakin, demokratik yenidənqurma vaxt alır və Ukraynanın hər demokratiyanın inkişafı dövründə ehtiyacı olan fürsətlərə ehtiyacı var.
Ukraynanın effektiv idarəçilik qurma cəhdlərinə verilən ən böyük zərər isə Ukraynada Qərb sosial mədəni mühitinin yaradılmağa çalışılmasıdır. Ukraynada ölkənin mədəni normalarına zidd olan sosial mühəndislik həyata keçirilməməlidir. Ukraynanı Qərb, yaxud Avropaya bağlayan ukraynalılar deyil, əksinə bu, cavabdeh hökumət, demokratik hüquq və öhdəliklər, eləcə də inkişaf dəyərləridir. Belə bir münasibət Ukraynaya aşkar fayda təmin edəcək, bir tərəfdən isə ABŞ-ın demokratik böyük güc kimliyini gücləndirməsinə səbəb olacaq.
Bütün deyilənləri nəzərə alsaq, Ukrayna üçün demokratiya çatılacaq “son mənzil” yox, “gediləcək yolun özü” kimi düşünülməlidir.
Oxşar məqalələr
-
Soyuq Müharibə Dövründə Hibrid Müharibə - II YAZI
-
Soyuq Müharibə Dövründə Hibrid Müharibə - I YAZI
-
Ukraynadan Hibrid Müharibənin Gələcəyi üçün Dərslər
-
Rusiyanın hibrid müharibəsi: Axı o qədər də yeni deyil?
-
Hibrid müharibə: Rusiyanın Ukraynaya hücumunu izah edir
-
Hibrid əməliyyat qüvvəsi hazırdır| Çeçen “Rosqvardiya” qoşunları Ukrayna yolunda
-
“Kiçik Mavi Dənizçilər”: Açıq dənizlərdə hibrid müharibəyə xoş gəlmisiniz
-
Hibrid Müharibələrin aparılmasında yeni paraqraf - QAÇQIN BÖHRANI
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı