Hibrid müharibəni o başlamadan məğlub etmək olar?
Güman ki, hibrid müharibə üçün ən yaxşı tərif Helsinkidə yerləşən yeni Avropa Hibrid Təhdidlərlə Mübarizə Mərkəzi tərəfindən təklif edilib: müxtəlif növ vasitələrlə (siyasi, iqtisadi, hərbi, mülki və informasiya) məqsədli şəkildə demokratik dövlətləri və institutların sistem zəifliklərini hədəf alan, koordinasiyalaşdırılmış və sinxronlaşdırılmış fəaliyyət.
Mərkəzin anlayışında belə göstərilir ki, bunun məqsədi yerli (regional), dövlət, və ya institutsional səviyyədə qərar vermə prosesinə müxtəlif formalarda nüfuz etməklə agentin strateji məqsədlərinə xidmət etmək, eyni zamanda hədəfi zəiflətmək, yaxud sarsıtmaqdır.
Atlantik Şurası bu yaxınlarda Litvada hibrid müharibə ssenarilərinə əsaslanan masaüstü təlim həyata keçirdi. Təlimdə kiber hücumlar, mülki narahatlıq və digər məsələlər üzrə məşqlər baş tutub.
Bu təlimdən sonra hibrid müharibə anlayışı ilə bağlı yeni nəticələr əldə edildi. Belə ki, hibrid müharibə elə bir şeydir ki, o mütləq şəkildə çəkindirilməli, yaxud qarşısı alınmalıdır, halbuki məğlub edilməsi elə də asan deyil.Əgər bircə dəfə hibrid taktikaların effektiv olmasına imkan verən sosial, siyasi və iqtisadi şərtlər mövcud oldusa, çox güman ki, onun qarşısının alınması üçün artıq çox gec olacaq.
Nəticə etibarilə hibrid müharibələr üzərində qələbə onlar başlamamışdan əvvəl çalınmalıdır. Bunu etmək üçün Mərkəzi və Şərqi Avropadakı hər hansı azlıqda olan və cəmiyyətdə marginallaşma riski daşıyan bir qrupun mövcud olduğu ölkələrin, digər ölkə tərəfindən hirbid taktikalardan effektiv istifadəsinə imkan verəcək şərtləri aradan qaldırması gərəklidir.
Bunu etməyin üç əsas yolu var.
Birincisi yerli və milli səviyyədə yaxşı idarəçilik formalaşdırmaqdır. Əgər xalq özlərinin ədalətli və yaxşı idarə olunduğunu düşünərsə, onda rəqib dezinformasiya və propaqanda cəhdlərinə qarşı daha az meyilli olar. Endemik korrupsiya, güclü yerli hökumətin və yerli səviyyədə siyasi narazılığı aradan qaldırmaq üçün mərkəzi hökumətlə əlaqənin zəif olduğu yer hibrid müharibə üçün daha münbitdir.
İkincisi, iqtisadi azadlıqdır. İnsanlar hiss etməlidirlər ki, onların iqtisadi stabilliyi var və uşaqlarının iqtisadi gələcəyi parlaqdır. İqtisadi çiçəklənməyə kömək edəcək siyasətin yeridilməsi hibrid taktikalarına qarşı mübarizənin əsas şərtlərindəndir.
Nəhayət orta statistik bir şəxslə hüquq mühafizə orqan və ya kəşfiyyat xidmətləri arasında inam, etimad olmalıdır. Əgər insanlar onların ədalətli mühafizə edildiklərinə, kəşfiyyat xidmətlərinin öz sərhədlərini aşmadıqlarına inansa, cəmiyyət hibrid taktikalara qarşı daha elastik olacaq.
Əlavə olaraq, hüquq-mühafizə orqanları tez-tez hibrid müharibə ssenarisinə qarşı müdafiənin ön xəttini təşkil edir. Çox bacarıqlı hüquq-mühafizə və kəşfiyyat xidməti istənilən bir provokatorun effektivliyinə əngəl ola bilər.
Bu üç tədbirin tətbiqi, səsləndirilməsindən daha çətin olsa da, əgər onlar milli və yerli hökumətlər tərəfindən dürüst şəkildə icra edilsə, sözsüz ki, hibrid taktikaları çəkindirmək, və ya ən azından onların effektivliyini azaltmaq mümkündür.
Hibrid müharibəyə qarşı binanın elastikliyində görülən mükəmməl işə nümunə kimi Estoniyanı göstərmək olar. Məsələn, rus azlığın ölkə əhalisinin dörddə-birini təşkil etməsinə baxmayaraq, Moskva burada istədiyi şəkildə fəaliyyət göstərə bilmir.
Estoniyadakı rus əhalinin hibrid taktikalara qarşı belə möhkəm olmasının səbəbi aydındır. Keçirilən sorğular göstərir ki, böyük əksəriyyət öz idarəçilik institutlarına etimad bəsləyir.
Məsələn, Estoniya Müdafiə Nazirliyi tərəfindən bu yaxınlarda təşkil edilən sorğunun nəticələrinə əsasən, estoniyalıların 66%-i ölkə prezidentinə, 56%-i isə Baş nazirə inanır. Eyni sorğuda həm də aydın olub ki, 87% eston polisə etibar edir. Təəccüblü deyil ki, İrs Fondunun 2018-ci il İqtisadi Azadlıq İndeksində iqtisadi azadlığın göstəricisinə görə Estoniya dünya yeddincisi kimi göstərilib.
Hökumət və polisə etibar ölkədəki iqtisadi imkanlarla birləşdikdə hər hansı bir hibrid taktikanın effektivliyini imkansız edir. Estoniya bu müharibəni hələ o başlamazdan öncə qazanıb.
Estoniyadakı bugünkü vəziyyəti 2013 və 2014-cü ilin Ukraynası ilə müqayisə etsək, görərik ki, iqtisadi vəziyyət, hökumətin ən yüksək postlarında uzun illərdir davam edən siyasi, iqtisadi korrupsiya sayəsində tezliklə “kiçik yaşıl adamlar” peyda oldu və artıq hər şey üçün çox gec idi.
Birləşmiş Ştatlardakı 2016-cı il prezident seçkiləri də bunun başqa bir nümunəsidir. ABŞ cəmiyyətinin müəyyən sektorları xarici müdaxilə üçün münbit vəziyyətdə idi. Müəyyən azlıq qruplar polis tərəfindən yanlış münasibət gördüklərini düşünürdülər. Siyasi sağda mövqe tutan bəziləri FTB-dən narahat idilər. Həmçinin amerika cəmiyyətinin bəzi sektorlarında federal hökumətə qarşı güclü şübhə duyulurdu.
Bunlardan hər hansısa birinin gerçək olub-olmaması önəmli deyil. Belə söyləntilərin olması belə kiminsə ondan öz mənafeyi naminə istifadə etməsi üçün kifayətdir.
Ən nəhayət, yaxşı idarəçilik, iqtisadi azadlıq, etibarlı hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri hibrid müharibəni hələ başlamazdan əvvəl dayandırmaq üçün vacibdir.
Siyasilər alyansın üzvləri üçün möhkəm ənənəvi və nüvə çəkindirməçiliyinin təminatı üçün NATO-ya göz dikərkən, ancaq milli kapital hibrid taktikanın effektiv olmasına əngəl ola biləcək siyasi və iqtisadi vəziyyət yarada bilər.
Oxşar məqalələr
-
Soyuq Müharibə Dövründə Hibrid Müharibə - II YAZI
-
Soyuq Müharibə Dövründə Hibrid Müharibə - I YAZI
-
Ukraynadan Hibrid Müharibənin Gələcəyi üçün Dərslər
-
Rusiyanın hibrid müharibəsi: Axı o qədər də yeni deyil?
-
Hibrid müharibə: Rusiyanın Ukraynaya hücumunu izah edir
-
Hibrid əməliyyat qüvvəsi hazırdır| Çeçen “Rosqvardiya” qoşunları Ukrayna yolunda
-
“Kiçik Mavi Dənizçilər”: Açıq dənizlərdə hibrid müharibəyə xoş gəlmisiniz
-
Hibrid Müharibələrin aparılmasında yeni paraqraf - QAÇQIN BÖHRANI
Son əlavə olunanlar
-
ARKTİKA "/>Soyuq Müharibənin İstiləşən Cəbhəsi: ARKTİKA
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?