Müharibə hələ də müharibədir: Kiber kultuna qulaq asmayın
Mədəniyyət kollektiv qrupun adət-ənənələri və sosial təcrübələri kimi müəyyən edilə bilər. Hansı mədəni təcrübələr gələcəyin rəqəmsal döyüşlərində kimlərin mübarizə aparacağını müəyyənləşdirir və onları fərqləndirir?
Təəssüf ki, kiber döyüşçü üçün əsl mədəniyyət yoxdur. Daha doğrusu, ardıcıl ideologiya və ideallar sistemi var. Bu ideologiya insan problemlərinin texnoloji həllərinə inanır və kiber fəaliyyətin təsirini artırır. Teleqraf, radio və televiziya kimi kompüterlərin də dünya siyasətində inqilab edəcəyi düşünülürdü. Kiber sistemlər əvvəlki texnologiyalar kimi, qarşılıqlı əlaqənin sürətini artırsa da, döyüş meydanında ciddi inqilab etmir. Kiber ideologiya müasir bir kultu təmsil edən uğursuz təcrübədir.
Kiber müharibə kultu
Kiber sistemlərin müharibənin aparılmasını asanlaşdıracağı gözlənilir. Bu, qarşı tərəflərin kompüter vasitəsilə döyüşləri simulyasiya etdiyi “Star Trek”ə bənzəyir. Bu, uzun müddət davam edən müharibədən daha humanist hesab edilir.
Bu nümunədən çıxarılan əsas (unudulmuş) dərs ondan ibarətdir ki, siz müharibənin dəhşətlərini zorakılıq təcrübəsindən çıxara bilməzsiniz. Müharibə heç vaxt dayanmayıb, çünki o, siyasi çəkişmənin həlli rolunu oynayır. Bunu kompüter vasitəsilə etmək heç bir halda əvəzedici deyil.
Buna baxmayaraq, kiber döyüşçü kultu qorxu ətrafında böyüyüb. Alimlərin hərbi işlərdə mədəniyyət dedikdə nəyi nəzərdə tutduqları ilə kultu yaradan şeylər arasındakı texniki fərq elə də çox əhəmiyyət kəsb etmir. Kultlar hansısa obyektə və ya ideyaya pərəstiş və bağlılıqla müəyyən edilir və kiber imkanların dəyişdirici gücünə kor-koranə inam bunu əks etdirir.
Biz əvvəllər də burada olmuşuq. Məsələn, Birinci Dünya Müharibəsindən əvvəlki dövr hücum kultu kimi təsvir edilib. Hücum doktrinalarının müdafiə əməliyyatlarından üstün olması fikri hücum planlarına həddən artıq inamın yaranmasına gətirib çıxardı, bu da səngər müharibəsi və pulemyotlar əsasında yaradılan taktikalara zərbə vurdu.
Kibermüharibənin məqsədi
Kiber kultçular hələ də kibermüharibədə uğurun möhtəşəm nümunəsini axtarırlar. Bununla belə, kiber müharibənin arxasında heç bir mərkəzi strateji məqsəd dayanmır. Bu, effektiv məcburedici taktika və ya faydalı casusluq forması deyil. Bunun əvəzinə kibermüharibə sistemlərin sıradan çıxarılması üçün istifadə olunan vasitədir. Hətta Rusiya prezidenti Vladimir Putin də bu yaxınlarda hakimiyyətin rəsmi saytlarına [Rusiyaya qarşı] ciddi hücumlar edildiyindən şikayətlənərkən bunu qeyd etdi. Ukrayna müharibəsi ərəfəsində kiberməkanda dramatik “şok və qorxu” ilə bağlı proqnozlar çoxalıb, lakin “qeyri-qanuni nüfuz cəhdləri”ndən başqa nəsə görmək olmur.
Hətta döyüş meydanı əməliyyatları ilə koordinasiya nümayiş etdirmək kiber döyüşçülər üçün əlçatmaz görünür. “Microsoft”un Rusiyanın Ukraynadakı kiberfəaliyyətinə dair xüsusi hesabatında verilən məlumatlara baxmayaraq kiber aktlar və adi hücumlar arasında koordinasiya nümayiş etdirilməyib.
Kultçular üçün ümid budur ki, kiber əməliyyatlar minaatanları və bombaları əvəz edəcək, düşmənə zərbə endirmək və onları təcavüzkarın iradəsinə uyğunlaşdırmaq üçün lifli kabellərdən istifadə olunacaq. Güman edilir ki, kiber imkanlar dövlətə atəş açmadan məqsədlərinə çatmaq üçün vasitələr təqdim edir. Reallıq budur ki, hücum edən tərəflər zəif qorunan kritik infrastruktura, döyüş meydanına təsir göstərə bilmirlər.
Kiber imkanlar əsasən ünsiyyəti asanlaşdırır. Buna nümunə kimi “GIS Arta”nı göstərə bilərik. Bu, Ukraynanın seçilmiş hədəfə atışları koordinasiya edən “Uber” taksi proqramına bənzəyən sistemdir. Alqoritmlər “Uber” sistemi kimi atışları məsafə, hazırlıq və qabiliyyətə əsaslanan qüvvələr arasında bölüşdürür. “GIS Arta” sistemi döyüş meydanında qüvvəni tez bir zamanda bölüşdürməklə bir problemi həll etsə də, istifadəçini sistemdən asılı vəziyyətə salaraq yeni zəifliklər yaradır.
Bir çox texnologiyaların problemi ondan ibarətdir ki, onlar digər problemləri həll edərkən yeni problemlər yaradırlar. İnternet təhlükəsizlik nəzərə alınmadan yaradılıb, tezliklə internetin yaratdığı problemləri həll etmək üçün bütöv bir sənaye formalaşdırılıb. Kiber döyüşçünün üstünlük təşkil edən mədəni xüsusiyyəti eyni texnologiya ilə problem yaratmaq və həll etməkdir.
Ukraynanın niyə proqnozlaşdırılan kibermüharibə ilə qarşılaşmadığını soruşanlar, ilk növbədə kiber əməliyyatların döyüş sahəsi effekti üçün istifadə oluna biləcəyini nə üçün güman edəcəyimizə dair əsas sualı diqqətdən qaçırırlar. Kibermüharibə ideologiyasına inananlar döyüş meydanının kiber hücumlarla dəyişdirilməsini gözləyirlər.
Təəssüf ki, texnologiya sahəsində ümidli ekspertlerin proqnozları baş tutmadıqda hökumətlər və ordular şoka girəcəklər. Transformativ kibermüharibə sadəcə illuziyadır.
Oxşar məqalələr
-
İlan hekayəsi: Çin Yaponiyanın hərbi şəbəkələrini necə sındırdı?
-
Azərbaycanda “Gais Cyber Security”/“GMP Lab Azərbaycan” açıldı| Bakı və Ankara kibertəhlükəsizlik səhəsində əməkdaşlığı gücləndirir
-
Kiber Təhdid Vəziyyəti Hesabatı: Yanvar-Mart 2023
-
Görünməyən cəbhədə görünməyən güc – Kiber güc və kiber müharibə
-
Biraz da Kiber/Nüvə Müqayisəsi aparaq| O, niyə bütün dünyanı risk altında saxlayır?
-
Təhlükəsizlikdən daha çox| Böyük Güc Rəqabətində Kiberhücum Faktorları
-
Şimali Koreya qlobal anlamda kiber təhlükədir?
-
İran “Hizbullah”ı necə ən yaxşı kiber gücə çevirdi?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı