Yaponiya rəsmi olaraq Rusiya, Çin və Şimali Koreyanı kiber düşmən elan etdi

 Yaponiya rəsmi olaraq Rusiya, Çin və Şimali Koreyanı kiber düşmən elan etdi
722     10:40     29 09 2021    
Yaponiya Nazirlər Kabinetinin sonuncu iclasında kiber təhdidlər problemi, həmçinin onlara qarşı mübarizə tədbirləri müzakirə edilib.

İclasda Rusiya, Çin və KXDR rəsmən Yaponiyanın kiber düşməni elan edilib.

Rəsmilər üç ölkəyə qarşı bir strategiya hazırlayıblar. Nəşrin yazdığına görə, hökumət sənaye və biznes nümayəndələrini kiber təhdidlərə qarşı mübarizədə iştirak etməyə və informasiya texnologiyalarının təhlükəsizliyini gücləndirməyə çağırır.

Bu hərəkətlər Tokionun Moskva, Pekin və Pxenyanla kiber müharibəyə başladığı təəssüratı yaradır.

Qeyd etmək lazımdır ki, Yaponiyanın rəsmi dairələrində heç vaxt ÇXR, Rusiya Federasiyası və Şimali Koreya kiberməkanda təhdid mənbəyi kimi qeyd edilməmişdi.

“Çin hazırda hərbi sənaye sektoru ilə əlaqəli Yapon şirkətlərindən və qabaqcıl texnologiyaya malik şirkətlərdən məlumatları fəal şəkildə oğurlayır, Rusiya hərbi və siyasi məqsədlərə çatmaq üçün kiberhücumlar həyata keçirir”, - deyə hökumətin bəyanatında bildiriblər.
Strategyvision.org

Teq: Kibermüharibə  


Oxşar məqalələr
Son əlavə olunanlar