Qarabağ müharibəsində məğlub olan dövlətlərdən biri də İrandır? - Tehranın Qafqazdakı təsiri getdikcə azalacaq
Razılaşma çərçivəsində Ermənistanın işğal olunmuş ətraf üç bölgədən tədricən geri çəkilməsinə qərar verildi. Azərbaycan bununla da Qafqazda yeni bir geosiyasi tarazlıq yaratdı, eyni zamanda torpaqlarını erməni işğalından azad etdi. Həmçinin, müharibə nəticəsində Rusiya Minsk qrupunun digər iki həmsədrinin (Fransa və ABŞ) köməyi olmadan münaqişəni “həll edərək” Zaqafqaziyanı özü üçün təhlükəsiz etdi. Buna görə də Rusiya Fransa ilə ABŞ-ı, başqa sözlə, iki NATO üzvünü Azərbaycanla ittifaqına zərər vermədən Qafqazdan kənara itələməyi bacardı. Rusiya eyni zamanda qərbyönümlü siyasəti ilə tanınan Ermənistanın baş naziri Nikol Paşinyanı da dolayısı ilə cəzalandırdı. Digər tərəfdən, Türkiyənin mövcud müharibədən sonrakı prosesdə bu sahədə fəal şəkildə iştirak edəcəyi Türkiyənin hərbi siyasi uğuru olaraq qəbul edilə bilər.
İranın proses idarəçiliyi
Qarabağ münaqişəsində İran İslam Respublikasının Azərbaycanı açıq şəkildə dəstəkləməsi gözlənilirdi. Bununla birlikdə, Tehranın Azərbaycan və Türkiyəni tarazlaşdırmaq və müharibədən əvvəlki status-kvonu qorumaq üçün inadlı münasibəti dolayı yolla da olsa Ermənistanın xeyrinə hesab olunurdu. Qarşıdurmalar başlayanda İran əvvəlcə Azərbaycanın ərazi bütövlüyünə öz adi passiv vurğusunu davam etdirmək istədi, çünki status-kvonun qorunması Azərbaycanın İrana olan asılılığının davam etməsi deməkdir, çünki Naxçıvana getmək üçün Azərbaycan İran ərazisindən keçməsi lazımdır. Eynilə, status-kvo Türkiyə sahibkarlarının quru yolu ilə Asiya bazarlarına çatmaq üçün İran ərazilərindən keçməsi tələb olunur. İran bu bazarı itirmək istəmir.
Digər tərəfdən, Tehran müharibədə Azərbaycanın qələbə çalmasının İranda yaşayan etnik azərbaycanlılar üzərində psixoloji təsirlər göstərə və hərəkatlara səbəb ola biləcəyindən narahatdır. İran Xarici İşlər Nazirliyinin müharibənin ilk bir neçə günü ərzində “toqquşmaları dərhal dayandırmaq” çağırışlarının səbəblərindən biri də budur. Şübhəsiz ki, qarşıdurmalar dayandırılsaydı, ölkmiz vəziyyətdən bu qədər qazana bilməzdi.
Ermənistanı işğalçı dövlət kimi qələmə vermək bir yana qalsın, Tehran adminstrasiyasının bəzi yüksək rütbəli rəsmiləri heç bir dəlil gətirmədən guya Suriyadakı cihadçı qrupların Azərbaycanı dəstəkləmək üçün müharibəyə cəlb olunduğunu iddia edəcək qədər irəli getdi. Üstəlik, Azərbaycanın haqlarını geri almaq üçün başlatdığı əks-hücum bir çox media orqanı tərəfindən Türkiyənin bölgənin sabitliyini pozması kimi qələmə verildi. Bu iddialarla bağlı müxtəlif media qurumları və düşüncə mərkəzləri tərəfindən təhlillər yayımlandı. Əslində, bu iddialarda İran üçün praqmatik məqsədi öz ictimai fikirlərini və xüsusən də İran azərbaycanlılarının Qarabağ müharibəsi haqqında təsəvvürlərini formalaşdırmaq idi. Belə ki, Azərbaycan tərəfini tutan və həqiqətən onun tərəfində mübarizə aparan Suriya radikal qruplarının olması İran azərbaycanlılarında məyusluq və inamsızlıq yarada bilərdi. İran mediası propoqandanı bunun üzərində qurmuşdu.
Belə motivlərə sahib olan İran 1992-1994-cü illər arasında baş verən Qarabağ müharibəsinin birinci mərhləsində qəbul etdiyi münasibəti yenidən nəzərdən keçirərək bu prosesi keçmək istədi. Bununla yanaşı, ictimai-siyasi baxımdan, İran azərbaycanlıları 1992-ci ildə müharibədən əziyyət çəkmədikləri üçün müharibədən yorulmuş insanlar deyildi, eyni zamanda Azərbaycan da ordusunu gücləndirməyə laqeyd yanaşmadı və bütün diplomatik imkanları tükəndirmədi.
Müzakirə üçün açıq olsa da, mətbu orqanlarda bəzi PKK elementlərinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İranın Suriyadan Qarabağa nəql etməsi ilə bağlı xəbərlər yayımlandı. İranla PKK arasında “qazanc-qazanc” (win-win) vəziyyətinə əsaslanan üzvi əlaqələrin olması iddiaları var. Bu səbəbdən əsir götürülmüş erməni əsgərlərindən PKK üzvlərinin həqiqətən müharibədə vuruşduqları barədə etiraflar etməsi təəccüblü olmamalıdır. İranda radikal qrupların Qarabağa göndərildiyi barədə daha çox yayılan iddialardan psixo-siyasi bir nəticə çıxarılsa, deyə bilərik ki, İran sadəcə bir müdafiə mexanizmindən istifadə edərək öz şüuraltını Türkiyəyə yönəldir. Burada Qarabağın azadlığı üçün Azərbaycana “Haşd əş-Şaabi”, “Ənsarullah” və “Hizbullah” kimi strukturları yaratmağı təklif edən Ərdəbilin keçmiş valisi Mansur Həqiqətpuru xatırlamaq yerinə düşərdi.
Müharibə Azərbaycanın xeyrinə irəlilədikcə İranın Azərbaycanın ərazi bütövlüyünə vurğusu daha da güclənsə də, İranın münaqişənin başlanğıc mərhələsində qəbul etdiyi “gözlə və bax” siyasətinin İrandan Ermənistana keçən hərbi maşınların sosial şəbəkədəki videoları ilə birləşdiyi üçün İranın Ermənistanla tərəf-müqabil olduğuna inam həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinin fikirlərində möhkəmləndi. İranın ali liderinin təmsilçiləri olan Cümə Namazı imamları İran Azərbaycanındakı xalqın reaksiyalarını sakitləşdirmək üçün Azərbaycanı dəstəkləyən açıqlamalar versələr də, bu kifayət etmədi. Üstəlik, İran hökumətinin mətbuat katibi Əli Rabiei, Cümə Namazı imamlarının ilk dəfə xarici siyasət mövzusunda açıqlamalar verdikləri kimi reaksiya göstərdi və bu mövzuda ölkənin rəsmi mövqeyinin yalnız Xarici İşlər Nazirliyin verdiyi açıqlamalarından irəli gələcəyini bildirdi.
İranın Qarabağ planları əks nəticə verdi
Görünən odur ki, İran səhv hesablama aparıb. İran əvvəlcə münaqişələrin bölgəni sabitləşdirəcəyini iddia edirdi, çünki müharibənin bu qədər qısa müddətdə bitəcəyini əvvəlcədən bilmirdi. İran millətçiliyin İranda gözə çarpan şəkildə irəliləməsinə, irticaçı və bəzən təşəbbüskar yollarla irəliləməsinə baxmayaraq, İran azərbaycanlılarının bu qədər sürətli bir şəkildə səfərbər olacağını da təxmin edə bilməzdi. Bundan əlavə, Qarabağ məsələsi yalnız gənc millətçi nəslin məsələsi deyil, bu, nəsillərarası səviyyədə həssas bir mövzudur. Belə bir məsələ üçün İranın Azərbaycanı dəstəkləməyə dair zəif və gec danışması İran azərbaycanlıları ilə İranın mərkəzi hakimiyyəti arasındakı emosional əlaqələrin zəifləməsinə yol açır. Əhalisi çox olan şəhərlərdə görülən bütün tədbirlərə baxmayaraq baş verən etirazlar bu fikri təsdiqləmək üçün kifayətdir.
Müharibə başlayanda Rusiyanın dərhal Ermənistanı dəstəkləməməsi, ehtimal ki, İranın gözləmədiyi digər bir hərəkət idi. Əslində, İranın açıqlamaları müharibənin irəliləməsi ilə yanaşı Rusiyanın mövqeyi ilə formalaşıb. İranın siyasəti tərəfləri “atəşkəsə” dəvət etməkdən, daha sonra “Azərbaycanın ərazi bütövlüyü”nə vurğu etməkdən və nəticədə nəticə bəlli olduqda “Azərbaycan torpaqlarını Ermənistanın nəzarətindən almağa” doğru təkamül etdi. Bir daha görüldü ki, Rusiya regional məsələlərdə İranın prioritetlərini nəzərə almır və Suriya böhranında müşahidə etdiyimiz kimi bu ölkə İran üçün strateji müttəfiq ola bilməz. Müharibə davam edərkən İranın Xarici İşlər Nazirinin müavini Abbas Arakçinin İranın Qarabağ planını iştirak edən tərəflərə təqdim etmək üçün diplomatik səfəri çox ciddi qarşılanmadı. Rusiya sonda hər iki döyüşən tərəfin qonşu olduğu bir ölkə olan İranı oyundan kənarlaşdırdı.
Digər tərəfdən, beynəlxalq siyasi konyunktura əlverişli olduğundan, Bakı Tehranla heç bir sürtüşməyə səbəb olmadan Qarabağın İranla sərhədini geri almaq üçün ilk qətiyyətli addımlarından birini etdi. Azərbaycan, şübhəsiz ki, əvvəlcədən düşünülmüş bir döyüş strategiyasına əməl edirdi, İran isə bütün mənzərənin daha aydın olacağını gözləyirdi. Müharibədən əvvəl Türkiyədən Azərbaycana texnologiya transferinə əlavə olaraq Bakının bu illərdəki hərbi investisiyaları da Azərbaycana üstünlük qazandırdı. Toqquşmaların ilk günündən etibarən Türkiyə tərəfindən Azərbaycana verilən kart-blanş Azərbaycana da psixoloji üstünlük verdi.
Bakının İranın Ermənistana verdiyi iddia edilən maddi dəstəklə bağlı xəbərlərin davamlı yayılmasına baxmayaraq müharibədə tutduqları mövqe ilə bağlı Tehrana rəsmi təşəkkür mesajları göndərməsi Azərbaycanın əldə etdiyi hərbi qazancı riskə atmamaq səyləri kimi yozulmalıdır. Bakı, beynəlxalq hüquqa uyğun olaraq və Moskva ya da Tehranla üzləşmədən Qarabağı xilas etməyi bacardı.
Nəticə
İranın artıq Qarabağ məsələsindəki tarazlıqlara müdaxilə etmək imkanı yoxdur. Ermənistana qarşı çəkindirici tədbir görməməklə yanaşı, siyasi doğruluq adı ilə Azərbaycanı dəstəkləmək kimi çıxış etmək İranın beynəlxalq müşahidəçilər tərəfindən Ermənistan tərəfindəki bir ölkə kimi təsnif edilməsinə səbəb oldu. Bu səbəbdən İranın siyasi missiya rəhbərləri Azərbaycanı dəstəklədiklərini bildirmək üçün xeyli səy göstərdilər. Bununla belə, bu cür səylər Türkiyə və Azərbaycan ictimaiyyətini razı salmadı.
Tehran, ilk növbədə müharibə prosesini yaxşı idarə edə bilmədiyi üçün Ermənistanla birlikdə “cihadçı qruplar Qafqaza nəql edildi” kimi saxta məlumatlar ətrafında fırlanan manipulyativ yanaşmalarına görə yeni yaranmış geosiyasi balansda “məğlublar klubu”na qoşulmuş kimi görünür.
Müharibə İranın bu sahədəki inkişafları düzgün şəkildə şərh edə bilməməsi və eyni zamanda İran-Azərbaycan münasibətlərində lakmus sınağı kimi fəaliyyət göstərməsi ilə Tehranın əlini zəiflətdi. İranın Ermənistanla müqayisədə Azərbaycandan daha çox qazanc əldə etməsinə baxmayaraq, sekuritizasiya və status-kvo perspektivi yeni vəziyyətə uyğun siyasətlər irəli sürməsinə mane oldu.
Rusiya, Türkiyə ilə birlikdə Qarabağla bağlı son razılaşmaya görə müşahidə mərkəzi yaratsa da, İranın orta və uzunmüddətli Qafqaz siyasətində Azərbaycan və Türkiyə ilə yaxınlaşma istiqamətində bir paradiqma dəyişməsinin onun xeyrinə olacağı aydın görünür. Əks təqdirdə, İranın Qafqazdakı təsiri getdikcə azalacaq.
Oxşar məqalələr
-
Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı