NATO müttəfiqləri SZ sahəsində əməkdaşlığı sürətləndirməlidirlər - Çin və Rusiya təhdidi günbəgün artır
NATO rəqəmsal müdafiə startaplarını gücləndirmək üçün hərbçiləri sənaye ilə bir araya gətirən yeni texnoloji innovasiya mərkəzinin yaradılmasını təklif edir. Bunlardan bəziləri ayrıca müzakirə ediləcək fərqli təşəbbüslə (üzv dövlətlərin seçim edə biləcəyi innovasuya üçün müəssisə kapitalı fondu) maliyyələşdirilə bilər.
NATO-nun baş katibi Yens Stoltenberqin də etiraf etdiyi kimi addımlar gecikir: “Onilliklərdir, texnologiya mövzusunda NATO müttəfiqləri liderlik edir, amma bu artıq aydın deyil. Çinin xüsusilə SZ, avtonom sistemlər, “big data” kimi yeni, amma dağıdıcı texnologiyalara çox sərmayə qoyduğunu və bunları silah sistemlərinə, PUA-lara, sualtı qayıqlara, təyyarələrə və s. inteqrasiya etdiyini görürük”.
Stoltenberq bu barədə həyəcan siqnalı verən ilk adam deyil. “Google” şirkətinin keçmiş icraçı direktoru Erik Şmidt ABŞ-ın SZ ilə əlaqədar Milli Təhlükəsizlik Komissiyasına rəhbərlik edir. O, bu ilin əvvəlində Pekinin yeni texnologiyalarda “sıçrayış edərək” adi hərbi qüvvələri sarsıtmağı planlaşdırması barədə xəbərdarlıq edib. Komissiyanın mart ayında nəşr olunan hesabatı Çinin SZ-dən “kəşfiyyat, elektromaqnit əks tədbirlər və koordinasiyalı atəş gücü zərbələri” üçün istifadə edəcəyi ilə bağlı narahatlıqları artırdı.
Problemin bir hissəsi qərb müdafiə qurumlarının öz sənaye sahələri xaricində inkvasiya potensialını tanımaqda gecikmələridir.
“Onilliklər ərzində müdafiə sektorunda bir çox texnoloji inkişaf olacaq - internet, nüvə, GPS, bunların hamısı müdafiə sənayesi tərəfindən hazırlanmış və sonra mülki sektorla paylaşılmışdı”, - deyə Stoltenberq bildirib və əlavə edib ki, indi proses əksinə gedir, SZ, kvant hesablama və bir çox yeni texnologiyaların inkişafında lider olan sivil sektordur.
Bəzi NATO üzvləri digərlərindən üstündür. ABŞ və Fransa hərbi SZ strategiyalarını nəşr edib, İngiltərə isə bu il SZ üçün bir mərkəz quracağını açıqlayıb. İlk dəfə Britaniyanın MI6 kəşfiyyat agentliyinin Ceyms Bond filmlərində məşhur olan “Q” şöbəsinin yeni rəhbəri özəl sektorda məşhur olan şəxsləri texniki laboratoriyaya işə qəbul edir.
Massaçusets Texnologiya İnstitutunun innovasiya təşəbbüsünün həmtəsisçisi professor Fiona Murreyin sözlərinə görə, texnoloji şirkətlərin və silahlı qüvvələrin üzvlərinin yeni ideyalar üzərində sınaqdan keçə biləcəyi “sürətləndirici” olaraq bilinən yeni NATO mərkəzinin qurulmasının üstünlükləri var.
Murrey startap və investorların “sınanması çətin, bazarları parçalanmış və tədarükün yavaş olduğu zaman” müdafiə problemlərini həll etmək üçün hər zaman vaxt tapmadıqlarını söylədi. O, birlikdə çalışmaqla yeni məhsullar üçün daha geniş bazar yaradacağını və kollektiv təhlükəsizliyi artıracağını qeyd etdi. Onun sözlərinə görə, ölkələrin bu işi fərdi şəkildə həll etməsi kifayət etmir.
ABŞ müttəfiqlərini yeni texnologiyadan istifadə etməyin siyasi təsirləri ilə əlaqələndirməyə başlayıb. Pentaqonun 13 ölkəni (NATO üzvləri olan Kanada, Danimarka, Estoniya, İngiltərə, Fransa və Norveç daxil olmaqla) əhatə edən “SZ üçün Müdafiə Tərəfdaşlığı” adlı paneli keçən il ilk dəfə olaraq SZ-yə dair birgə hərbi standartları qəbul etmək üçün bir araya gəldi. Şmidt adlanan komissiya Beş Gözlü kəşfiyyat paylaşma ittifaqını (ABŞ, İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya) SZ sistemlərinin inkişafı üzərində daha yaxından işləməyə çağırdı.
Avropa Xarici Əlaqələr Şurasının hərbi texnologiya mütəxəssisi Ulrik Frank NATO-nun texnoloji mərkəzinin birgə hərbi əməliyyatları asanlaşdırmaq üçün hazırlanmış sistemlərə üstünlük verəcəyi təqdirdə güclü təsirə mlaik olacağını iddia edir. Alyans məlumatları filtrləmək üçün ağıllı məlumat analizindən istifadə edərək üzvlərə bir çox bölgədəki döyüş sahəsinin vahid şəklini verə biləcək SZ ilə idarə olunan idarəetmə və nəzarət kimi sahələrə baxmalıdır.
Frank PUA-ların kvant hesablamalarına qədər geniş sahələrdə çox şeyi örtmək üçün cazibə mərkəzi olduğunu söyləyir: “NATO -nun bu [texnologiyaya] daha çox diqqət yetirməsi böyük əhəmiyyətə malikdir. Sual budur ki, konkret olaraq nəyə diqqət yetirirlər?”.
Oxşar məqalələr
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı