Balıqların dənizdə üzdüyü kimi xalqın içində üzmək?| Partizan və qiyamçılara qarşı müharibə necə aparılmalıdır? - IV YAZI

  Balıqların dənizdə üzdüyü kimi xalqın içində üzmək?|  Partizan və qiyamçılara qarşı müharibə necə aparılmalıdır? -  IV YAZI
1498     15:51     23 08 2021    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

İngilis dilində “counter-insurgency” və ya “counterinsurgency” adlandırılan partizanlara qarşı mübarizə (kontgerilla) lüğətlərdə partizanların və ya qiyamçıların fəaliyyətinə qarşı aparılan hərbi və ya siyasi fəaliyyət kimi izah olunur. Termin ABŞ Dövlət Departamenti tərəfindən “qiyamın eyni zamanda dağıdılması və qarşısının alınması, onun kök səbəblərinin aradan qaldırılması üçün həyata keçirilən hərtərəfli mülki və hərbi səylər” kimi izah olunub.


Qiyam (insurgency) mövcud hakimiyyətə qarşı çıxmaqdır, onun qoyduğu hüquq və qaydalarla razılaşmayıb ona qarşı mübarizəyə qalxmaqdır. Qiyamçılar beynəlxalq hüquq və beynəlxalq təşkilatlar tərəfindən müharibədə iştirak edən tərəf kimi tanınmır. Qiyam “bir bölgənin siyasi nəzarətini ələ keçirmək, onu məhv etmək və ya ona etiraz etmək üçün mütəşəkkil olaraq təhrik və zorakılıqdan istifadə” kimi izah olunur. Beləliklə qiyam ilk növbədə, hər iki tərəfin səmərəli siyasi, iqtisadi və nüfuzlu fəaliyyət aparmağa mühit yaratmaq üçün silahlı qüvvədən istifadə etdiyi siyasi mübarizədir.

Düzgün əsaslarla seçilmiş və ya siyasi cəhətdən tanınmış hökumətlər tərəfindən keçirilən qiyamçılara qarşı mübarizə kampaniyaları müharibə, xarici ordular və ya polis qüvvələri tərəfindən işğal, habelə pozuculuq fəaliyyəti və silahlı üsyanla bağlı daxili münaqişələr zamanı həyata keçirilir. Qiyamçılara qarşı ən effektiv mübarizə kampaniyaları “üsyançıların əhaliyə təsirini azaltmaqla yanaşı, hökumətin legitimliyi və səmərəliliyini möhkəmləndirən təhlükəsizlik siyasi, iqtisadi və informasiya komponentlərini birləşdirir və sinxronlaşdırır”. Belə strategiyalar, eyni zamanda əhalini qiyamçıların şiddətindən qorumaq üçün hazırlanmalı; məsuliyyətli idarəetmə üçün dövlət qurumlarının qanuniliyi və imkanlarını gücləndirir və eyni zamanda üsyançılar siyasi, sosial və iqtisadi cəhətdən məhdudlaşdırmalıdır.

Məqsədlər


Araşdırmaçıların fikrincə, sözügedən partizanlara qarşı mübarizə strategiyasının hərtərəfli başa düşülməsi üçün onun nə üçün yaradıldığını anlamaq çox vacibdir. Qiyamçıların əsas məqsədi hökumətə qarşı yerli əhalinin dəstəyinə nail olmaqdır.

Müasir qiyamçılara qarşı müabrizə kampaniyasının əsas məqamı təkcə qiyamçıları öldürmək və ya ələ keçirmək deyil, həm də xalqın şəraitini yaxşılaşdırmaq, insanlara xidmət göstərməklə onların hökumətə dəstəyini təmin etmək və üsyançılara hər cür dəstəyi aradan qaldırmaqdır.

Modellər

Partizanlar balıqların dənizdə üzdüyü kimi xalqın içində üzməlidirlər.
Mao Zedonq

Qiyamçılara qarşı mübarizə adətən, ənənəvi hərbi əməliyyatlarla təbliğat, psixoloji əməliyyatlar və sui-qəsdlər kimi demoralizasiya formalarının kombinasiyasını əhatə edir. Bu cür mübarizə stategiyaları bir çox formada ola bilər: hərbi, yarımhərbi, siyasi, iqtisadi, psixoloji, qiyamı yatırtmaq üçün istifadə olunan vətəndaş hərəkatları və s.

Qiyama qarşı mübarizəni başa düşmək üçün biz qiyamın özünü başa düşməliyik. Qiyamçılar adətən nöqsan adlandıra biləcəyimiz ictimai problemləri əldə rəhbər tutaraq hərəkət edirlər. Qiyama qarşı mübarizə strategiyası ilk növbədə bu nöqsanları aradan qaldırmalıdır. Nöqsanlar hədiddəndən artıq çox olanda, qiyamçıların rahat fəaliyyət göstərə biləcəyi bir “narazılıq dənizi” yaranır.

Con Makkinli !The Insurgent Archipelago” (Qiyam arxipelaqı) kitabında qiyamın qızıl dövrünün Maoist paradiqmasından XXI əsrin başlanğıcındakı qlobal üsyana qədər təkamül konsepsiyasını təqdim edir. O, kitabda “Maoist” və “post-Maoist” olaraq fərqli qiyamlardan bəhs edir.

“Qiyam” termininin tərifi


Hakimiyyətə (məsələn, ölkənin beynəlxalq səviyyədə tanınmış hökumətə) qarşı bir üsyan varsa və üsyanda iştirak edənlər döyüşçü kimi nəzərdən keçirilmirsə bunu qiyam adlandırmaq olar. Bununla belə, bütün üsyanlar (rebellion) qiyam (insurgeny) deyil. Çünki qiyam bir və ya bir neçə suveren dövlətlə üsyançı qüvvələr arasında yarana bilər. Məsələn, Amerika Vətəndaş Müharibəsi illərində Amerika Konfederativ Ştatları suveren bir dövlət kimi tanınmasa da, müharibədə iştirak edən bir güc olaraq tanındı və beləliklə Konfederasiya hərbi gəmilərinə xarici limanlarda ABŞ hərbi gəmiləri ilə eyni hüquqlar verildi.

Qiyam bir hərəkətin qanunsuzluğunu və ya ölkənin qanunlarına uyğun olmadığını izah etmək üçün istifadə edildikdə, onun istifadəsi neytraldır. Dövlət və ya təhlükə altında olan başqa güc tərəfindən “qiyam” sözü istifadə edildikdə, bu, o deməkdir ki, üsyançıların etdiyi hərəkət qeyri-legitimdir və ayağa qalxanlar isə gücün və ya dövlətin özünü qeyri-legitim hesab edir. İnsanların ayağa qalxmasını izah etdiyimiz zaman “qiyam” ifadəsindən istifadə ediriksə, deməli biz qiyamda iştirak edənlərin siyasi motivini qəbul edirik.

Bir qiyamın az dəstəyi varsa (məsələn, müttəfiqlərinin çoxu təslim olduqda silahlı qarşıdurmanın sonuna qədər müqavimət göstərməyə davam edənlər), belə bir müqavimət qaçaq hərəkatı (brigandry), belə bir dəstənin üzvünü isə qaçaq adlandıra bilərik.

Bir iğtişaşın qiyam və ya müharibə tərəfi olub-olmaması ilə bağlı fərq beynəlxalq səviyyədə qəbul edilmiş müharibə qanunları ilə izah olunmayıb. Birincisi, beynəlxalq hüquq ənənəvi olaraq suveren bir dövlətin daxili işlərinə aid olmayan məsələlərə qarışmır, lakin qorumaq məsuliyyət adlandırılan son hadisələrlə ənənəvi yanaşma pozulmağa başlayıb. İkincisi, 1899-cu ildə Haaqa konfransında Frankı tyrerləri qanunsuz kombatantlar hesab edən, ələ keçirilərkən edam edilməli olan böyük dövlətlər və onların qanuni kombatantlar hesab edilməli olduğunu iddia edən daha kiçik dövlətlər arasında fikir ayrılığı meydana gəldi. Mübahisə maddəni hazırlayan diplomatın şərəfinə “Martens Closed” kimi Haaqa Konvensiyalarına daxil olması ilə nəticələndi.

Hüquqi və etik problemlər


Silahlı münaqişə qanunu tələb edir ki, güc tətbiq etmək üçün “kombatantlar” təhdid yaradan şəxsləri günahsız mülki şəxslərdən fərqləndirməlidirlər. Bu təməl prinsip bütün intizamlı hərbçilər tərəfindən qəbul edilir. Müharibədə intizamlı güc tətbiq edilməsi daha da vacibdir, çünki düşmənlər mülki əhalidən özlərini kamuflyaj etmək üçün istifadə edir.

Beynəlxalaq humanitar hüquq müharibədə mülki əhalidən, tibbi personaldan və ya hər hansı xüsusi emblemi olan insanlardan qalxan kimi istifadəni qadağan edir.

Döyüş sahəsində texnoloji cəhətdən üstün olan rəqibə qarşı mübarizə üçün başqa bir taktika qoruyucu emblemlərdən sui-istifadə edilməsidir. Son münaqişə əsnasında İraqdakı nizamlı və nizamsız qüvvələr döyüş bölgəsinə çatmaq, kəşfiyyatçı vasitə kimi xidmət etmək və Koalisiya Qüvvələrinə hücum etmək üçün qeyd olunan təcili yardım maşınlarından istifadə etdilər. Bundan əlavə, Bəsrədəki BƏƏS Partiyasının binası BQXK emblemi ilə işarələnmişdi. Partiya binaları çox vaxt hərbi texnikalar üçün təchizat anbarı və milis üçün toplama məntəqələri kimi istifadə olunurdu. Yuxarıda qeyd olunduğu kimi, İraq qüvvələri də tibb müəssisələrindən hərbi əməliyyatlar keçirdi.

Tibbi və dini personalın, nəqliyyat vasitələrinin və bölmələrin və ya Beynəlxalq Qızıl Xaç Komitəsinin və Qızıl Aypara Hərəkatının şəxsi heyətinin, əmlakının və fəaliyyətlərinin fərqli məqsədli nişanlarının təyinatından kənar istifadə edilməsi beynəlxalq humanitar hüququn açıq formada pozulmasıdır.

Sui-istifadə dedikdə rəqibin əsir götürülməsinə, yaralanmasına və ya öldürülməsinə kömək etmək məqsədi ilə istifadə nəzərdə tutulur. Bu qadağa beynəlxalq humanitar hüquqda uzun müddət mövcuddur, 1863-ci il Layber kodeksində, 1899 və 1907-ci il Haaqa qaydalarında, 1906, 1929 və 1949-cu illər Cenevrə Konvensiyaları; I Əlavə Protokol və bu günlərdə bir çox xalqların hərbi dərsliklərində var. Sui-istifadə məqsədi sadəcə düşməndən “gizlənərək” xaincəsinə hücum etmək üçün emblemdən istifadə edilməklə baş verir.


İntihar bombaları (Kamikadze hücumu) da texnoloji cəhətdən zəif tərəfin getdikcə daha çox istifadə etdiyi asimmetrik texnikalardan biridir. Məsələn, 2003-cü ildə İraqda 20 intihar bombalaması oldu. 2003-cü il üçün bu rəqəm təxminən 50 idi, 2005-ci ildə intihar hücumları bu rəqəmi xeyli üstələdi.

İntihar hücumları nadir hallarda dini və ya digər fanatiklər tərəfindən həyata keçirilirdi. Əksinə, intihar bombalarının əksəriyyəti mütəşəkkil siyasi və ya hərbi kampaniyalar tərəfindən edilirdi, adətən “müasir demokratiyaları terrorçuların vətəni hesab etdikləri ərazilərdən hərbi qüvvələri çıxarmağa məcbur etmək” üçün təşkil olunurdu.

İntihar bombalarının özü qanunsuz deyil. İkinci Dünya müharibəsi zamanı Yapon Kamikadzelərin keysləri qanuni döyüşçülərin fərqlilik prinsipinə uyğun olaraq düşmən döyüşçülərinə intihar hücumları edə biləcəyini göstərir.

Bununla yanaşı, bu texnika döyüşçülər tərəfindən geyim forması üzərilərində olmayan zaman həyata keçirilirsə, bu, xəyanət hesab olunduğu kimi, həm də qanunsuzdur. Adətən, mülki şəxslər (qanunsuz döyüşçülər) intihar hücumlarını həyata keçirirlər. Əgər döyüşçülər özlərini partlatmaq üçün hədəflərinə kifayət qədər yaxınlaşmaq üçün mülki görünüşlərindən qəsdən istifadə etsələr, xəyanət ehtiva edən hərəkət etmiş hesab olunurlar.

Qiyamçılara qarşı mübarizə nəzəriyyəçiləri


Santa Kruz de Marsenado

Santa Kruz de Marsenado (1684-1322) yəqin ki, bu mübarizəni yazılarında sistematik şəkildə işləyən ən ilkin müəllifdir. 1726-1730-cu illər arasında nəşr olunan “Reflexiones Militares” əsərində o, hiss olunan bir qiyamın ilk əlamətlərini necə aşkar etmək, qiyamların qarşısını almaq və qarşısını almağın mümkün olmadıqda onlara qarşı necə çıxmağı diqqətə çatdırıb. Təəccüblüdür, Santa Kruz qiyamların ümumiyyətlə həqiqi şikayətlərdən qaynaqlandığını yazır. “Bir xalq nadir hallarda idarəçilərin günahı olmadan qalxır”. O, qiyama qarşı ən yaxşı mübarizə metodunun xalqın “qəlbini və sevgisini” qazanmaqdan olduğunu düşünür.

B. H. Liddell Hart

Ötən əsrdə böyük güclərin qiyamla mübarizə səylərinin əksəriyyəti nəticəsiz qaldı. Buna bir sıra səbəbləri mövcuddur.

Birincisi, B. H. Liddell Hart “Strategiya” kitabının ikinci versiyasına edilən “Qiyam” əlavəsində qeyd etdiyi kimi: Dolayı yanaşma qiyamda bir işğalçı qüvvəyə xas bir üstünlük yaradır. O, Napoleon müharibələri zamanı Fransanın İspaniyanı işğal etməsinə ən yaxşı nümunə kimi göstərdi. İspan qüvvələri özlərini nizamlı bir döyüş qüvvəsi halına gəldikcə üstün fransız qüvvələri hər dəfə onları əzirdi.

Taktikalar

Əhaliyə nəzarəti


Taktika məsələsinə gəldikdə, “suyu qurutmaq” və ya “bataqlığı qurutmaq” ifadələri ilə adlandırılan taktika mövcuddur. Belə olan halda üsyançıları və ya qiyamçıları (“balıq”) aşkar etmək üçün əhalinin (“su”) məcburi köçürülməsi həyata keçirilə bilər. Başqa sözlə, köçürülmə üsyançı və qiyamçıları yerli əhalinin dəstəyindən, əhatə dairəsindən və resurslardan məhrum edir.

Strategiyanın ən erkən nümunələrindən biri kimi İkinci Bur müharibəsini göstərmək olar. Bur komandolarını potensial tərəfdarlarından ayırmaq üçün burlar xaricə və ya məcburi köçkünlər üçün qaçqın düşərgələrinə çevrilmiş konsentrasiya düşərgələrinə göndərildi, onların əkin sahələrini məhv etmək üçün torpaq yandırma (ərazinin faydalılığını azaltmaq üçün torpaqların yandırılması) taktikasından istifadə edildi.

Bu taktikadan daha sona Malay müharibəsi vaxtı Briqqs planı həyata keçirilərkən istifadə olundu, Malay Qurtuluş ordusu adlanan partizan qruplaşmasının dəstəyini azaltmaq üçün onlara rəğbət bəsləyən Çinin kənd ərazilərində yerləşən əhalini qapalı və ciddi mühafizə olunan “Yeni kəndlər” adlanan ərazilərə köçürdülər. Həmin kəndlərdə əhalini britaniyalılara dəstək verməsi üçün zəruri şəraitlə, o cümlədən su, elektrik enerjisi, səhiyyə və təhsil xidmətləri ilə təmin etdilər.

Oxşar strategiya geniş şəkildə 1969-cu ilə qədər Cənubi Vyetnamda Amerika qoşunları tərəfindən istifadə edilib, əvvəlcə məcbur olaraq əhali Strateji Kiçik Oba (Hamlets) adlanan çəpərlənmiş, yaxşı qorunan kəndlərə yerləşdirildi, daha sonra atəş zonasında yaşayan insanları müxtəlif vasitələrlə həmin obalara çağırdılar.


Vyetnam Milli Qurtulu Cəbhəsinin (Vyetkonq) və Şimali Vyetnam qoşunlarına qaynaq təmin edə biləcək bitkiləri məhv etmək üçün təyyarələrdən fermalara, əkin sahələrinə və digər təsərrüfat obyektlərinə “Agent Orange” adlanan, tərkibində sirkə turşusu olan məhlul püskürtüldü. (ilk dəfə Malay müharibəsi vaxtı ingilislər tərəfindən istifadə edilən bu məhlul bitkilərin yarpaqlarını məhv edir).

Oba proqramına rəhəbrlik edən Fam Nqoç Tao kommunist agenti olduğu və proqramı sabotaj etdiyi üçün bu, səmərsiz oldu. Tezliklə Vyetkonqun fəalları obalara girərək propaqanda aparmağa başladılar. Hər bir halda qiyamçılarla mübarizə üçün effektiv vasitədir.

ABŞ Donanmasının Aspirantura Məktəbinin bir hesabatında qeyd olunur ki, ən təsirli vasitələr arasında nəqliyyat vasitəsi və personal yoxlama məntəqələri və milli şəxsiyyət vəsiqələri kimi əhaliyə nəzarət tədbirləri də var. Malayada şəxsiyyət vəsiqəsi ilə yanaşı şəkil və barmaq izi tələb edilməsi kommunistləri orijinal üçfazalı hərbi-siyasi strategiyalarından imtina etməyə məcbur etdi.

Neft spotları

Neft spotları yanaşması qiyamçılarla mübarizə aparan qüvvələrin genişlənən, təhülkəsiz bir zonaya cəmləşməsidir. İfadənin mənşəyi, Fransız müstəmləkə müharibəsinin və əksinqilabi strategiyanın əsas nəzəriyyəçisi Marşal Hubert Lyautey tərəfindən ilk dəfə istifadə edilib. Neft spotu yanaşması sonradan Pentaqon sənədlərində Strateji Oba Proqramı üçün verilən əsaslandırmalardan biri oldu.

(Ardı var...)
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar