NATO SZ sistemlərindən istifadə edərək Arktikada araşdırma aparacaq

NATO SZ sistemlərindən istifadə edərək Arktikada araşdırma aparacaq
828     13:02     07 08 2021    
NATO Arktika bölgəsində iqlim dəyişikliklərinin burada hərbi əməliyyatlara, planlaşdırmaya və infrasturuktura necə təsir etdiyini araşdırmaq üçün Süni Zəka (SZ), avtonom sistemlərdən istifadə etmək istəyir.

Bu barədə İttifaqın Dəniz Araşdırmalar və Təcrübə Mərkəzi məlumat yayıb.

İlkin olaraq bölgədən davamlı nümunələr toplamaq üçün avtonom sualtı platformalardan istifadə edilməsi planlaşdırılır.

NATO-nun qeyd olunan mərkəzi onilliklər ərzində qlobal sulardan məlumat toplayır, səs yayılmasını və akustikanı yoxlayır, həmçinin bu məlumatları suyun dərinliyi, duzluluğu və temperaturu ilə əlaqələndirməyə çalışır. Dəniz sahəsindəki bu uzunmüddətli təcrübə “NATO 2030” strategiyasının əsas elementini (iqlim dəyişikliyi) dəstəkləmək üçün unikal vasitədir.

Qeyd edək ki, araşdırma mərkəzləri Qrenlandiyada buzların sürətlə əriməsi barədə xəbərdarlıq edirlər. ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi bildirib ki, Qrenlandiyadan gələn buz itkisi 1992-2001-ci illər arasında ildə 34 milyard tondan 2012-2016-cı illərdə ildə 247 milyard tona çatıb.

Buzların əriməsi ilə Arktika ABŞ, Rusiya, Çin və digər ölkələrin rəqabət meydanına çevrilir.
Strategyvision.org

Teq: NATO   Arktika  


Oxşar məqalələr
Son əlavə olunanlar