Ukrayna NATO-nun kiber müdafiə mərkəzinə qoşulmaq istəyir

Ukrayna NATO-nun kiber müdafiə mərkəzinə qoşulmaq istəyir
978     13:08     05 08 2021    
Ukrayna rəsmi olaraq Tallində yerləşən NATO Kooperativ Kiber Müdafiəsi Mükəmməllik Mərkəzinə (CCDCOE) üzv olmaq üçün rəsmi müraciət edib.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb.

Bəyanatda deyilir ki, avqustun 3-də Şuranın Kibertəhlükəsizlik üzrə Milli Koordinasiya Mərkəzinin nümayəndə heyəti Estoniyada səfərdə olub və burada iki ölkənin kibertəhlükəsizlik sahəsində əməkdaşlığını daha da inkişaf etdirmək məqsədi ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Qeyd olunur ki, NATO-nun təşəbbüsünə qoşulmaqla Ukraynanın milli kibertəhlükəsizlik sisteminin imkanlarını gücləndiriləcək.

Təşkilat NATO tərəfindən akkreditə edilmiş kibermüdafiə mərkəzi olaraq üzv ölkələri və NATO-nu kiber müdafiə təcrübəsi ilə dəstəkləyir. Mərkəz Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ tərəfindən maliyyləşdirilir.

Təşkilatın əsas missiyaları üzv ölkələrə və NATO-ya texnologiya, strategiya, əməliyyatlar və hüquq sahələrini əhatə edən kiber müdafiə araşdırmaları, təlimlər sahəsində təcrübə ilə dəstək olmaq, dövlətlərarası əməkdaşlığı gücləndirmək, NATO müttəfiqlərini və İttifaqdan kənar tərəfdaşları bir araya gətirirməkdir.
Strategyvision.org

Teq: NATO   Ukrayna  


Oxşar məqalələr
Son əlavə olunanlar