Pentaqon gələcəyin kiber müharibələrinə hazırlaşır

Pentaqon gələcəyin kiber müharibələrinə hazırlaşır
799     14:22     30 07 2021    
ABŞ Ordusu Milli Kibertəhlükəsizlik Mərkəzinin maraqlarına uyğun olaraq xidmət göstərmək üçün 14 texnologiya şirkəti ilə uzunmüddətli müqavilə imzalayıb.

“Lockheed Martin” və “Boeing” kimi nəhənglərin də daxil olduğu şirkətlər Pentaqonun sifarişləri uğrunda yarışacaq.

Müqavilə 2031-ci ilə qədər olan dövr üçün 2,4 milyard dollar ayrılmasını nəzərdə tutur. ABŞ Silahlı Qüvvələri komandanlığına uzunmüddətli müqavilə iştirakçılarından 29 müraciət daxil olduğu bildirilir.

Müqaviləyə əsasən, şirkətlər ABŞ Kiber Komandanlığına dəstək verəcək, hərbi obyektlərin şəbəkə təhdidlərindən təhlükəsizliyini təmin edəcək, informasiya texnologiyalarını idarə edəcək və “National Cyber Range” layihəsinin modernləşdirilməsində iştirak edəcək. Bu, ABŞ ordusunun haker hücumlarından və kiber terrorizmdən qorunmaq üçün hazırlanmış yeni texnologiyaları sınaqdan keçirə biləcəyi bir növ informasiya məkanında sınaq poliqonu olan DARPA layihəsidir.

Qeyd etmək lazımdır ki, ABŞ gələcəyin kiber müharibələrinə hazırlığı ciddi qəbul edir. Prezident Co Bayden milli təhlükəsizlik və kritik infrastruktur nəzarət sistemləri üçün təkmilləşdirilmiş kibertəhlükəsizlik haqqında memorandum imzalayıb. Sənəd bu sahədə səlahiyyətlilərlə özəl şirkətlər arasında əməkdaşlıq imkanlarını təmin edir.
Strategyvision.org

Teq: ABŞ   Kibermüharibələr  


Oxşar məqalələr
Son əlavə olunanlar