Dördüncü Sənaye İnqilabı sürətlə yaxınlaşır: Süni Zəka nədir?
Süni zəka insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm və texnologiyadır. Digər bir tərifdə isə qeyd olunur ki, süni zəka kompüterin və ya kompüter tərəfindən idarə olunan robotun ağıllı canlılara bənzər müxtəlif fəaliyyətlər göstərmə qabiliyyətidir. Yəni süni zəka maşınlara, təbii zəka insanlara xas olan qabiliyyətdir. Süni Zəka ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni zəkanı “maşınları intellektual etmək elmi və mühəndisliyi” adlandırıb.
Süni zəka onsuz da həyatımızın bir hissəsidir və texnologiya yetişdikcə gələcək müharibələrdə əsas rol oynayacaq. Ancaq onun təhlükəsiz olması hələ də mübahisə mövzusudur.
Müasir müharibələrdə istifadə edilən silahların hədəflərini olduqca dəqiq vura bilməsi aktiv döyüş teatrından hərbi qulluçuların çıxarılmasını tələb edir. Onların yerini artıq müxtəlif sensorlar alır və məlumatları toplayaraq çox sayda məlumat göndərir. İnsanların buradakı əsas işi toplanan məlumat dağını anlamağa çalışmaqdır. Süni zəkadan ən çox bu məqamda istifadə edilir – böyük miqyaslı məlumatları analiz etmək, müvafiq qərarın veirilməsinə dəstək vermək.
Bir sözlə, süni zəka normal olaraq insan zəkasının yavaş həll etdiyi problemləri (məsələn nitqlərin kimə məxsus olduğunu müəyənləşdirmək) çox sürətlə həll edən, məlumatları daha sürətli həll edən “düşünmək” qabiliyyətidir.
Süni zəka və maşın öyrənmə (machine learning) artıq bir müddətdir ki, mülki həyatın bir hissəsidir. “Amazon” və “Google” kimi meqakorporasiyalar xidmətlərindən istifadə edən insanların istək və ehtiyaclarını qismən proqnozlaşdırmaq və bununla da geniş ticarət imperiyaları qurmaq üçün süni zəkadan istifadə edirlər.
ABŞ ordusu Pentaqonun Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) vasitəsilə uzun müddət mülki sahədə süni zəka layihələrinə önəmli miqyasda sərmayə qoyur və süni zəka tədqiqatlarının əsas sahələrinə pul köçürürdü. Lakin Pentaqon xüsusi hərbi narahatlıqların öhdəsindən gəlmək üçün süni zəkadan istifadə edilməsinin lazım olduğunu başa düşdü. Beləliklə ABŞ hərbçiləri Silikon Vadisinə yaxınlaşaraq sürətlə böyüyən məlumat yığını ilə işləmək üçün lazımlı alətlərin verilməsini xahiş etdilər.
Bir neçə şirkətin nümayəndələri araşdırmalarının ordu tərəfindən istifadə edilməsindən son dərəcə narahat olmağa başladılar və digər şirkətləri (“Google” onlardan biri idi) müdafiə təşkilatı ilə əməkdaşlığından imtina etməyə və ya heç olmasa işi dayandırmağa inandırdılar.
Süni zəka ilə işləyən proqramlar və sistemlər daim inkişaf edir, çünki təhdid və çağırışlara sürətli reaksiya verilməsi və məlumatların işlənməsi onları inkişaf etdirməyə imkan verir.
Müharibə oyunlarında və simulyasiyalarda süni zəka “pilotları” artıq insan həmkarları üzərində əhəmiyyətli qələbələr qazanmağa başlayırlar. Radar qurğularını axtarmaq və məhv etmək üçün dizayn edilmiş silahlar artıq fəaliyyət göstərir və Qarabağ müharibəsinin ikinci mərhələsində Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan “Harop” adlı İsrail istehsalı “gəzən sursatlar” (kamikadze PUA-lar) Ermənistan ordusuna məxsus bir çox Hava Hücumundan Müdafiə sisteminin radarını aşkarlayaraq məhv edib.
Maşın zəkası getdikcə insanlı platformalara daxil edilir. Süni zəka proqramları daha çox şey edə biləcəyi üçün vasitələrdə daha az heyət üzvü olacaq, PUA-lar insan təlimatları olmadan uça biləcəklər. Süni zəka ilə işləyən hərbi sistemlər yetkinləşdikcə müvəffəqiyyətləri daha çox artacaq, hərbçilər getdikcə daha sürətli düşünə bilən ağıllı sistemlərə etibar etməyi öyrənəcəklər. Süni zəka sistemi aldığı və işlədiyi məlumatın miqdarı qədər effektivdir, yəni onun qəbul etdiyi məlumat nə qədər çoxdursa, verəcəyi qərar bir o qədər dəqiqdir.
Təhlükələr
İnkişaflarla yanaşı, bu süni zəka sistemlərinin nə qədər ölümcül ola biləcəyi ilə bağlı bir narahatlıq artmaqdadır. Bu mifik robotların uğursuz olacağına və insanların nəzarəti itirəcəyinə dair narahatlıqlar var.
Ancaq burada maraqlı məqam budur ki, süni zəka sistemi hirslənmir, düşməninə nifrət hiss etmir və ya qətl törədibsə günahı başqasının üzərinə atmır. Hətta onun proqramına müharibələrlə bağlı beynəlxalq qaydaları da əlavə etmək mümkündür.
Digər bir əsas narahatlıq budur ki, bir maşın hücuma məruz qala bilər (“hack” oluna bilər). Bir dəqiqədə həm sizinlə birgə, həm də sizə qarşı döyüşə bilər. Onları itaət altında saxlamaq olduqca çətindir. Proqram səhv edə bilər. Müasir mülki həyatda geniş yayılmış bir ifadə var: “Bağışlayın, sistem çöküb”. Bunun döyüşdə iştirak edən silahlı maşınlara tətbiq edildiyini təsəvvür edin.
Rəqabət
Gələcəkdəki qarşıdurmalarda qlobal hərbi tarazlığı pozacaq bu yeni silahların dizaynı və istehsalı ABŞ ilə Rusiya və Çin arasında silahlanma yarışına səbəb oldu. Süni zəka həm də asimmetrikdir, yəni kiçik bir ölkə yeni silah sistemi araşdırmaq, inkişaf etdirmək və sınaqdan keçirmək üçün lazımi sənaye gücü olmadan effektiv süni zəka proqramı inkişaf etdirə bilər.
Rusiya bunu hərbi araşdırma üçün yeni sərhəd elan edib. Prezident Vladimir Putin 2017-ci ildə etdiyi müraciətdə bildirdi ki, süni zəka sahəsində lider olan “dünyanın hökmdarı olacaq”. Bunu dəstəkləmək üçün, elə həmin il Rusiyanın Hərbi-Sənaye Komitəsi süni zəka alqoritmlərinin 2030-cu ilədək ölkənin silahlı qüvvələrinin 30%-nə inteqrasiya edilməsinə qərar verdi.
Çin də açıq şəkildə bildirdi ki, tədqiqat və inkişafın əsas istiqaməti “ağıllı müharibədə” qazanmaq yollarıdır. Pekin 2030-cu ilədək süni zəkada qlobal lider olmağı planlayır. Kanada başda olmaqla, bir çox ölkə “Süni Zəka Strategiyası”nı açıqlayıb. Burada əsas məsələ isə bu sahəyə nə qədər investisiya edildiyi və ağıllı texnologiyaların kimin əlində olduğudur. Yanlış insanların əlində olan texnologiya “qorxu”nun, doğru insanlar tərəfindən idarə edilən texnologiya isə “ümid”in qalib gəlməsinə gətirib çıxaracaq.
Yenilənmiş orduları ilə Rusiya və Çin kimi ölkələr artıq ABŞ ilə bərabərlik əldə etmək istəmirlər, gələcəyin silahlarını çox araşdıraraq onu üstələməyə çalışırlar.
Silah dizaynında hər hansı bir kəmiyyət sıçrayışı həmişə narahatlıq doğurur, çünki bir ölkəyə döyüşdə qalib gələ biləcəyinə inam verir və beləliklə münaqişə həddini aşağı salır. Müharibə daha da sürətləndikcə mübarizə aparmaq, tövsiyələr vermək və nəticədə qərar vermək daha çox süni zəka sistemlərinin əlində olacaq.
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı