Karbon nanoborulardan hazırlanan güllə keçirməyən gödəkcələrə az qaldı - "Nanoboru" zireh

Karbon nanoborulardan hazırlanan güllə keçirməyən gödəkcələrə az qaldı -
2147     16:52     09 06 2021    
İnsan həyatının və sağlamlığının odlu silahlardan, partlayıcı qurğulardan qorunması ilə bağlı başqa bir istiqamət yalnız bir neçə nanometr diametrli karbon nanoborulardan hazırlanan güllə keçirməyən gödəkcələr yaratmaqdan ibarətdir.

Çoxsaylı divarları olan nanoborular əsl konstruktor qurğusudur: karbon strukturlardan istifadə edərək, bir növ özünəməxsus "muncuq" boyunbağı toplamaq mümkündür.

Bu istiqamətdə ilk nəticələr hələ 2007-ci ildə əldə edilib. O zaman İsrail tədqiqatçıları volfram disulfid nanohissəciklərinin əsasında unikal, özü- özünü bərpa edən material yaradıblar.

Materialın sınaqları, "nanoboru" zirehli gödəkcə və qoruyucu vasitələrin inkişafı ilə bağlı bütün problemləri demək olar ki, tamamilə həll edəcəyini göstərdi. Elm adamları tərəfindən sintez edilən nanoborular hər kvadrat santimetr üçün 250 tona qədər dəhşətli bir təzyiqə davam gətirir. Alimlərin hesablamalarına görə, yeni material əvvəlki ənənəvi zirehli gödəkcələrdən 2 dəfə yüngül, 4 dəfə daha möhkəmdir, yüngül kevlardan isə 6 dəfə daha güclüdür.

Belə bir zirehin gələcəyinə baxmayaraq, İsrail mütəxəssisləri laboratoriya araşdırmalarından sonra daha çox irəliləyə bilmədilər. Kütləvi istehsal yüksək istehsal xərcləri səbəbi ilə başlanmadı.

Bu tip texnologiyaların tətbiqi əsasən belə bir məhsulun istehsal həcminə və nəticədə istehsal xərclərinə bağlı olur. Zirehli gödəkcələr kütləvi bir məhsuldur və bəzi yeni inqilabi mühafizə vasitələri istehsal edilərkən onların istehsal texnologiyasının bahalı olmaması və kütləvi istehsal üçün uyğunlaşması vacibdir. Bu növ məhsulların seriya istehsalına yaxınlaşmaq üçün bəzən 10 il lazım olur.

Strategvision.org
Strategyvision.org

Teq: Nanosilah  


Oxşar məqalələr
Son əlavə olunanlar