Süni Zəka qorxu və ümid arasında

 Süni Zəka qorxu və ümid arasında
523     14:50     09 06 2021    
Süni Zəkanın sürətlə inkişaf etdiyi son illərdə ictimaiyyət “qorxanlar” və “ümidlilər” olaraq iki hissəyə bölünüb. Bəs Süni Zəka bizə necə bir gələcək təqdim edəcək?

İngilis riyaziyyatçı Alan Turinqin “Maşınlar düşünə bilərmi?” sualını ilk dəfə ortaya atmasından 59 il keçib. Bu gün kompüterlər şahmat çempionunu məğlub edə bilir, bilik yarışlarında iştirak edir, hətta müəyyən alqoritmlərlə müstəqil qərarlar verir.

Ekspertlərə görə, süni zəkada bu sürətli inkişafın ən mühüm səbəbi hazırda əvvəlkindən daha çox məlumat olmasıdır. Süni zəka insana xas hərəkətlərin və davranışların, proqramlar və alqoritmlər tərəfindən ətraf mühitdən öyrənilərək, ətrafdakı məlumatı istifadə edərək və təcrübə toplayaraq və ətraf mühitə adaptasiya edilərək təqlid edilməsidir.

Süni zəka dedikdə, adətən, ağlımıza robotlar gəlsə də, gündəlik istifadə etdiyimiz ağıllı telefonlar, axtarış mühərrikləri və s. özləri də süni zəka tətbiqetmələridir.

Bundan əlavə, süni zəka ölkələr arasında da yeni bir rəqabət platforması təşkil edib. Çin 2030-cu ilədək süni zəkada qlobal lider olmağı planlayır. Kanada başda olmaqla, bir çox ölkə “Süni Zəka Strategiyası”nı açıqlayıb. Burada əsas məsələ isə bu sahəyə nə qədər investisiya edildiyi və ağıllı texnologiyaların kimin əlində olduğudur. Yanlış insanların əlində olan texnologiya “qorxu”nun, doğru insanlar tərəfindən idarə edilən texnologiya isə “ümid”in qalib gəlməsinə gətirib çıxaracaq.
Strategyvision.org

Teq: Süni-Zəka  


Oxşar məqalələr
Son əlavə olunanlar