Elmi-texnoloji liderliyə aparan yol - MAŞIN ZƏKASI (İLKİN BAXIŞ)
Maşın zəkası olaraq da adlandırılan süni zəka termini insan və ya hər hansısa heyvanların sahib olduğu, məqsədyönlü fəaliyyətlərin həyata keçirilməsi üçün tətbiq edilən təbii zəkadan fərqli olaraq, texnologiyalara inteqrasiya edilən əqli keyfiyyətləri ifadə etmək üçün istifadə olunur. Kompüter elmləri sahəsində süni zəka tətqiqatı “zəkalı təmsilçilər” elmi kimi də adlanır. Buradakı “zəkalı təmsilçi”lər ifadəsi ətraf mühiti anlamaq və hədəflərinə nail olmaq imkanını maksimum səviyyəyə çatdıran tədbirləri icra etmək qabiliyyətinə sahib hər hansısa texnoloji vasitə olaraq qəbul edilir. Qısaca yekun vurası olsaq, “süni zəka” ifadəsi geniş mənada insanla əlaqələndirilən “öyrənmə”, onu “saxlama” və ondan istifadə edərək “problem həll etmə” kimi əqli funksiyaların hər hansısa elektron maşına ötürülməsini nəzərdə tutur.
1956-cı ildə akademik intizam kimi qurulan və geridə qalan 62 il ərzində bir sıra müsbət dalğalar yaşayan süni zəka məqsədlərdə (robotlaşdırma, maşın öyrənilməsi və s.), istifadə olunan vasitələrdə (məntiq, süni sinir şəbəkələri və s.) və fəlsəfi yanaşmalarda mövcud olan fərqliliklərə əsasən formalaşdırılıb. Bu şöbələr arasındakı bölgünü formalaşdıran bir faktor da institutlar və müstəqil tədqiqatçılar sosial bölgüsüdür. Süni zəka tədqiqatlarının ənənəvi məqsədləri avtomat əsaslandırma, bilik təmsilçiliyi, planlaşdırma, öyrənmə, təbii dil emalı, qavrayış, obyektlərin köçürülməsi və manipulyasiya etdirilməsi qabiliyyətlərinin təkmilləşdirilməsini ehtiva edir. Ümumi zəka isə sektorun uzun perspektivli hədəfləri arasında yer alır. Yanaşmalara statistik metodları, hesablama zəkası və ənənəvi simvolik süni zəka daxildir. Süni zəkada statistika, ehtimal və iqtisadiyyata əsaslanan axtarış versiyaları, riyazi optimallaşdırma, süni sinir sistemləri şəbəkəsi və s. daxil olmaqla çox sayda vasitədən istifadə olunur. Bütövlükdə bu sahənin müxtəlif şöbələri kompüter elmləri, riyaziyyat, psixologiya, dilçilik, fəlsəfə və bir çox digər sahələrə əsaslanır. Süni zəkanın qurulmasının təməlindəki başlıca ideya insan zəkasının edə bildiyi hər bir funksiyanın maşınlar tərəfindən edilməsinin mümkün olduğu iddiasıdır. Bu, antik dövrlərdən bu yana insan kimi əqli keyfiyyətlərə sahib varlıqların mövcudluğu ilə bağlı ortaya atılan miflər, fantastik bədiiləşdirmə və sürreal fəlsəfi ideyaların müzakirəsinə əsaslanır. Əslində, bu, süni zəka ilə maraqlanan kimlərəsə olduqca gülünc və mənasız gələ bilər, lakin unutmamaq lazımdır ki, bu sahənin inkişafında bu uydurma idealar olduqca əhəmiyyətli olub. Başqa sözlə desək, süni zəka üzərində elmi araşdırma edən alimlər sözügedən miflərin reallaşdırılması üzərində işləyirlər. Məhz buna görə də bu sahənin tarixini öyrənmək kifayət qədər yararlı olacaq.
Süni zəkanın əhatə dairəsi mübahisə mövzusudur. Belə ki, bir çox alimlər süni zəkanın hələ də tətbiq olunmadığını iddia etsələr də, digərləri onun müəyyən sərhədlər daxilində həyata keçirildiyi fikirini irəli sürür. Bu fikirlərin hansının daha doğru olduğunu aydınlaşdırmaq üçün ilk olaraq zəka anlayışının lüğəvi mənasını müəyyənləşdirməyə ehtiyac var.
Məhz buna görə süni zəkanın əhatəli izahına keçməzdən öncə ümumi olaraq zəka anlayışının nə olduğunu qeyd etmək lazımdır. Zəka məntiq, qavrama, yaddaş, anlaqlılıq, öyrənmə, emosionallıq, mühakimə və analiz yürütmə, planlaşdırma, yaradıcılıq və problem həll etmə kimi bir çox əqli funksiyaların toplamını ifadə edən mücərrəd bir anlayışdır. “Zəka informasiyanı qəbul etmək, saxlamaq və onu biliyə, vasitəyə çevirmək və lazım olan adekvat addımları atmaq bacarığıdır” və bu, ümumi olaraq veriləcək ən uyğun tərif kimi qəbul edilə bilər. Əsasən, insan üçün istifadə edilən bu anlayışa əslində insan olmayan digər canlı varlıqların hamısında da rast gəlmək mümkündür. Burada zəka və şüur anlayışlarını qarışdırmamaq gərəklidir. Belə ki, şüur əslində zəkanın bir alt çoxluğunu formalaşdırır. Başqa sözlə, qeyri-instinktiv olaraq atdığımız addımlar şüurlu zəkanın, instiktiv olaraq atdığımız addımlar isə şüursuz zəkanın nümunələridir. Məsələn təhlükələrə qarşı reaksiya vermək funksiyası bütün canlılarda mövcuddur ki, bu da ümumi yaxud şüursuz zəka nümunəsidir. Lakin sadəcə olaraq insan özünü qorumaq üçün hər hansısa bir silah istehsal edir ki, bu addım da şüurlu zəkaya ən bariz misallardan biri kimi göstərilə bilər. Bu, müəyyən mənada marketinqdəki ehtiyac və istək anlayışları ilə eynilik təşkil edir. Yəni özünümüdafiəyə bütün canlıların ehtiyacı olsa da, nüvə silahı yalnızca insanların istəyidir, yaxud susuzluğu yatırmaq hər bir canlı üçün ehtiyaclar rolunda çıxış edir, lakin sadəcə olaraq insan övladı “kola” istehsal edə bilər. Əslində bu nümunələr məsələnin dərinliklərinə enməyən birisi üçün müəyyən qədər yanıldıcı səslənə bilər. Belə ki, şübhəsiz hər bir oxucu ilkin olaraq şüurlu zəka dedikdə nüvə silahını və “kola”nı xəyal etdi. Əslində isə şüur və zəka hər ikisi konkret yox, tam olaraq mücərrəd anlayışları ifadə edir. Yəni bu nümunələr şüurlu zəkanın özünü ifadə etməyib, əksinə özləri onun nəticəsində formalaşıblar. Başqa sözlə, bu nümunələr şüur və zəkanın özü yox, onların mövcudluğunu isbatlayan faktorlardır. Yəni “kola”nı istehsal etməyimiz əslində şüurumuzu konkret şəkildə nümayiş etdirmir, bu sadəcə bizim şüurumuzun mücərrəd isbatıdır.
Qeyd olunan bu kiçik izah bizə süni zəka üçün bir vasitə rolunda çıxış edəcək. Çünki süni zəka hələlik sadəcə şüursuz zəkaya əsaslanaraq inkişaf etdirilib və bir çox elm adamları şüurlu zəkanın mümkünsüz olacağını ehtimal edir. Əslində bunun üçün ciddi əsaslandırmalar da mövcuddur. Ən geniş yayılmış fikir budur ki, şüursuz zəka fiziki, şüurlu zəka isə həm fiziki, həm də mənəvi bir hal və vəziyyəti əks etdirir. Məsələn, siz hər hansısa bir kompüterə və ya telefona yaddaş əlavə edə və ona yazdığınız proqram vasitəsilə öz yaddaşındakı məlumatları müəyyən sərhəd çərçivəsində analiz etdirə bilərsiniz. Lakin burada əsas nüans budur ki, qeyd olunan funksiyaların hər birində insan təsiri ortaya çıxır. Yəni siz yaddaşı əlavə etdiniz, siz onu genişləndirdiniz və siz filtrləyici kod yazaraq ona sərhədli analiz etmə qabiliyyəti verdiniz. Bütün bunlar sırf riyaziyyat, riyazi məntiq, kibernetika və texnologiyaya əsaslanır. Bu isə hələlik süni zəkanın sadəcə olaraq şüursuz sahəsinin inkişafını təşviq edib. Bir çox elm adamları hesab edirlər ki, mövcud olan bəzi stereotiplərin əksinə olaraq süni zəkanın həm də şüurlu süni zəka olaraq inkişaf etdirilməsi mümkündür. Bunun üçün isə sözügedən sahədə biologiya, xüsusilə də neyrobiologiyanın tətbiqinə ehtiyac var. Məhz bu izahat bizə onu sübut edir ki, süni zəkanın tətbiq edilməməsi fikri sadəcə olaraq mifdir və elm aləmində debatları işğal edən sözügedən mövzunun süni zəka yoxsa, şüurlu süni zəka olduğu müəyyən edilməlidir.
Bu baxımdan, hazırda mövcud olan ən innovativ süni zəka nümunələri kimi simvollların optik tanınması, insan nitqini uğurlu şəkildə qavrama və strateji oyunlarda (məsələn şahmat) yüksək səviyyədə rəqabət apara bilmə, avtonom idarəetməyə sahib olma, məzmun çatdırılması şəbəkəsində ağıllı istiqamətləndirmə və hərbi simulyasiyalandırma proqramları qəbul edilir.
Süni zəka ilə bağlı bir sıra önəmli problem və yanaşmaların içində ən önə çıxanları hazırda mövcud olan maliyyə yetərsizliyi, süni zəkanın texnologiya vasitələrinə inteqrasiya edilməsinin mümkün olacağı təqdirdə onların bəşəriyyət üzərində bir üstünlük əldə edəcəkləri və onun geniş miqyaslı işsizlik probleminə səbəb olacağı iddialarıdır. Birinci məsələ ilə bağlı onu qeyd etmək olar ki, hazırda bir çox şirkət və dövlətlər bu sahəyə olduqca yüksək invesitisiyalar yatırır. İllik on milyardlarla dollar vəsaitin sərf edilməsinə baxmayaraq, bu sahədə “süni zəka qışı” olaraq adlandırılan maliyyə yetərsizliyinin mövcudluğu sektorun nə qədər baha olduğunu göstərir. Artıq qlobal miqyasda şüursuz süni zəka standart texnologiya olaraq qəbul edilir və bu sahəyə yeni nəfəsin verilməsi üçün şüurlu süni zəkanın tətbiqinə ehtiyac var. Bu inqilab üçün vahid mərkəzdən aparılacaq effektiv və məqsədyönlü elmi araşdırmaların maliyyələşdirilməsi üçün illik təxminən 200-300 milyard dollar vəsaitə ehtiyac duyulur. Bunun səbəbini izah etmək üçün insan beyni ilə bağlı bir nümunəni qeyd etməkdə fayda var. Belə ki, insan sahib olduğu şüur üçün beynindəki 1 milyard neyrona və hər neyrondan digərlərinə doğru istiqamətləndirilmiş min ədəd əlaqələndiriciyə borcludur. Yəni insan beyni 1 trilyona qədər neyron kompozisiyasından ibarətdir ki, bu da şüurumuzu formalaşdırır. Məsələ burasındadır ki, bizim sadəcə bir neçə yüz qram ağırlığındakı beynimizə yerləşdirilən bioloji sistemin texnologiyaya tətbiqi yüzlərlə ton ağırlığındakı bir maşının formalaşdırılmasına səbəb olacaq. Qurulması mümkün olacağı tədirdə, bu vasitənin enerji tələbatı ABŞ kimi bir ölkənin bir illik enerji tələbatını üstələyər. Məhz, bu da həm maliyyə problemlərini, həm də fiziki problemləri ortaya çıxarır. Digər iddialar isə sahənin işsizliyə yol aça biləcəyi və gələcəkdə süni zəka texnologiyalarının insanlığa təhdid doğura biləcəyi ilə bağlıdır ki, bunlar da hələlik bir o qədər də əsaslı səslənmir. Belə ki, sözügedən texnologiyaların insanlar tərəfindən yaradılması onların ola bilsin ki, fiziki olaraq insanlardan daha üstün ola bilməsinə imkan yaradar. Məsələn, bir kompüterin yaddaşını insan yaddaşından üstün etmək mümkündür, lakin onun sərhədsiz analiz qabiliyyətinin insanın sahib olduğu analoji keyfiyyəti üstələməsi bir o qədər də inandırıcı görünmür. Eynilə bir robot insandan daha səlis atəş aça, daha sürətli və güclü ola bilər, ancaq onun insan qədər kəskin taktiki keyfiyyətlərə sahib olması müşkül məsələdir.
Həmçinin bu sahənin yüksək səviyyəli işsizliyə səbəb olması da o qədər aktual səslənmir. Belə ki, vaxtilə kompüterlərin və avtomatlaşdırılmış istehsal maşınlarının da ortaya çıxmasının işsizliyə səbəb olacağı iddia edilsə də, bu əksinə yeni bir çox iş sahələrinin ortaya çıxmasına səbəb oldu. Məhz buna görə də innovativ süni zəka texnologiyalarının ortaya çıxmasının işsizlikdən daha çox yeni iş yerlərinin formalaşmasına səbəb olacağını demək mümkündür.
Sahənin predmetinə yekun vurarkən onu qeyd edə bilərik ki, süni zəka hazırda bütün dünyada ən aktual mövzulardan biridir və bir çox tədqiqatçılar onun elmdə yeni inqilab olacağını iddia edir. Gələcək dövrlərdə bütün dövlətlərin milli təhlükəsizliyinin və strateji planlaşdırılmasının süni zəka üzərində dizayn ediləcəyi şübhəsizdir. Bu baxımdan bu sahədə ilk olaraq təşəbbüskar rolunda çıxış edəcək dövlətlərin gələcək dünya liderləri olacaqları aşkardır. Məhz buna görə də ölkəmizin bu sektorda ilk təşəbbüskarlardan biri rolunda çıxış etməsinin qazandıra biləcəyi üstünlükləri təxmin etmək yəqin ki, o qədər də çətin deyil.
(Ardı var...)
Oxşar məqalələr
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı