ABŞ-Çin rəqabətini “silahlar yarışı” adlandırmaq olmaz: Burda “qalib hamısını” götürməyəcək

 ABŞ-Çin rəqabətini “silahlar yarışı” adlandırmaq olmaz:  Burda “qalib hamısını” götürməyəcək
1383     13:42     28 08 2021    
Birləşmiş Ştatlar və Çin şübhəsiz olaraq böyük güclər yarışı dövrünə artıq qədəm qoyublar. Hər iki ölkə digər tədbirlərlə yanaşı təbii sərvətlərini konsolidasiya edərək elm, texnologiya, sənaye məhsuldarlığına əhəmiyyətli yatırımlar edir. Bir çox yüksək texnologiyalar bu beynəlxalq rəqabətdən meydana gəlir. Bunlara 5G telekommunikasiya, kvant hesablama və süni zəkanı aid etmək olar. ABŞ-Çin rəqabəti barəsindəki dialoq tez-tez “silahlar yarışı” kimi xarakterizə edilir. Ən son olaraq ABŞ prezidenti Donald Trampın texnoloji siyasət üzrə köməkçisinin müavini Maykl Kratsios bu ifadəni səsləndirib.

Məsələ burasındadır ki, bu ifadə qalib tərəfin hər şeyi qazanacağını göstərir, lakin bir sıra amerikalı ekspertlər bunun məhz bu rəqabətə aid olmadığını irəli sürürlər. Onların fikrinə görə, ABŞ-ın SZ inkişafını gücləndirəcək və Çinin texnoloji yüksəlişi ilə rəqabət apara biləcək bir siyasəti formalaşdırması üçün bu rəqabəti daha düzgün ifadə ilə adlandırması lazımdır.

Çin kompaniyaları ABŞ SZ firmalarına milyardlarla dollar investisiya yatırıb və amerikalı firmaları geniş miqyasda Çin istehsalı texnologiyalardan istifadə edir. SZ-dən robotlar, dronlarda daha çox və daha çox istifadə edildikcə bu texnologiyalar da ABŞ üçün daha əhəmiyyətli olacaq. Bunun əksi də mövcuddur. Məsələn Çinin axtarış kompaniyası “Baidu” ABŞ mərkəzli SZ tərəfdaşlıq təşəbbüsünə məxsusdur. Çin və ABŞ-dan olan tədqiqatçılar bənzər problemlərlə bağlı məlumatları paylaşa, sənədlər hazırlaya və ümumiyyətlə birlikdə çalışa bilirlər.

Tramp administrasiyasının SZ üzərində ixraca nəzarət tənzimləmələri təklif etməsi həmin “qalib hamısını götürər” yanaşmasının sadəcə bir nümunəsidir və problemli təsirlər meydana gətirə bilər. Üstəlik daha geniş miqyaslı məhdudiyyətlər hər iki ölkənin daxilində universitetlər, bizneslər və s. sektorların maliyyələşməsini və inkişafını ləngidəcək.

Qısacası, qalibin hər şeyi götürdüyü bir silahlar yarışına daha çox vurğu edilməsi iki ölkənin texnologiya sektorlarını bir-birindən ayıra və SZ-nin inkişafını zədələyə bilər.
Strategyvision.org

Teq: ABŞ   Çin  


Oxşar məqalələr
Son əlavə olunanlar