Soyuq Müharibə Dövründə Hibrid Müharibə - II YAZI
Bu propaqanda kinolar, nəşriyyatlar, məktəblər və digər yerləri ehtiva edirdi. Məqsəd isə ictimai rəyi, əsasən daxili, lakin eyni zamanda beynəlxalq rəyi yönləndirmək idi. Bu prosesin əsas problemi isə belə ideoloji təsirlərin adətən qeyri-dəqiq stereotiplərə vurğu etməsi və sonradan nəzarətdən çıxa biləcək ictimai paranoya yarada bilməsi təhlükəsi idi. Belə stereotiplərə misal olaraq kommunistlərin robot, emosiyasız və s. olması ilə bağlı fikirlərdir.
Daha bir neçə ABŞ propaqanda posterləri ilə tanış olun: (Fotolar burda - https://manspropaganda.wordpress.com/the-cold-war/)
Soyuq Müharibə propaqandasının məğzi ümumilikdə qarşı-qarşıya dayanan iki əsas siyasi sistemin birinin üstünlüyünü diqqətə çatdırarkən, digərini tənqid etmək və yanlış olduğunu qabartmaqdan ibarətdir. Bu propaqanda özünün ən yüksək zirvəsinə 1950-1960-cı illərdə çatdı. Həmin dövrdə Qərb mətbuatında Amerika dəyərləri filmlər, televiziya proqramları, musiqi, ədəbiyyat və incəsənət vasitəsilə təşviq edilirdi. 1950-ci illərdə Amerikada hazırlanmış radio seriyallar, dramlar, verilişlər zəngin, kapitalist dövlətdə yaşamağın üstünlüklərinə işıq tuturdu.
Bunun qarşılığında kommunizm həm siyasi ideologiya, həm də iqtisadi sistem kimi tənqid edilirdi. Uşaqlar üçün kitablarda belə kommunist diktatorluğunun nəzarətində olan Amerika təsviri canlandırılırdı. Buna klassik nümunələrdən biri 1962-ci ildəki “Qırmızı Kabus” filmi idi. Filmdə bütün ABŞ şəhərlərinin Sovet ərazisində model olaraq qurulduğu və bunun kommunist cəsusların yetişdirilməsində istifadə edildiyi iddia edilirdi.
Cizgi filmi “This Godless Communism”də (“Bu Allahsız Kommunizm”) amerikalı bir ailədən, ABŞ-ın kommunistlər tərəfindən ələ keçirildiyini və onun “Amerika Birləşmiş Sovet Ştatları” olduğu səhnəsi canlandırılırdı. Həmin ailə yardım tapmağa çalışarkən, bütün hüquq və azadlıqlarının ləğv edildiyini görür. Ata uzaq bölgədə bir taxta sexinə, ana şəhər fabrikinə, uşaqlar isə dövlət məktəbləri və bağçalarına göndərilirlər. 1950-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsi Corc Oruelin “Heyvanıstan” alleqoriyası əsasında animasiya filmi hazırladı.
Həmin dövrdə çəkilən kinolarda nəhəng ekranlarda demokratiya və kommunizm arasında döyüş canlandırılırdı. Həmçinin geniş yayılmış ssenarilərdən biri yadplanetlilərdən ibarət qaranlıq qüvvələrin gizlicə gələrək dünyanın nəzarətini ələ keçirməsi idi. Bu, açıq-aşkar kommunizmə işarə idi.
Hələki yeni çağında olan televiziyada əsas proqramlar musiqi, əyləncə və komediya tərkibli olurdu ki, bu da anti-kommunist propaqandanın daha yaxşı aparılmasına imkan verirdi. 1950-ci illərdə Amerika televiziyaları konservativ ailə dəyərləri və Amerika cəmiyyətinin məziyyətlərini irəli çəkir, “James Bond” kimi filmlərdə Sovet şipyonları ələ keçirilirdi.
Xüsusilə ABŞ prezidenti Harri Trumen ən azı Birləşmiş Ştatların xarici siyasətinə dəstək vermək məqsədilə informasiya proqramının hazırlanmasında təkid edirdi. 1940-cı illərə qədər heç kəsin digər xalqlara təsir etmək məqsədilə təşkilatlanmış, dövlət dəstəkli səylərin atılması barəsində ciddi düşünməməsini nəzərə aldıqda, bunun əhəmiyyətli addım olduğunu demək mümkündür.
Trumen propaqandanın sülh dövrü üçün xarici siyasətin instrumenti kimi əhəmiyyətli olduğunu düşünsə də, Soyuq Müharibə dövrü boyunca institutlaşdırılmış belə bir propaqanda ABŞ xarici siyasətinin daimi instrumenti oldu. Geniş yayılmış fikrə görə, Birləşmiş Ştatlar “ideyalar müharibəsində” Sovet İttifaqının böyük propaqanda aparatına məğlub olurdu. Soyuq Müharibə gərginliyi böyüdükcə, ABŞ da tədricən özü qabiliyyətlərini genişləndirdi.
1948-ci ildə informasiya proqramı “Smit-Mundt Qanunu”nun keçməsi ilə daimi hüquqi sanksiya aldı. Bu qanun sülh dövrü propaqanda proqramı üçün ilk qanun idi. Qanun həm beynəlxalq informasiya əməliyyatları, həm də mədəni və təhsil mübadilə proqramlarına nəzarət imkanını Dövlət Departamentinə (yaxud Xarici İşlər Nazirliyi) verirdi. Yenicə yaradılmış Mərkəzi Kəşfiyyat Agentliyi, Beynəlxalq İnkişaf Agentliyi, Silahlı Qüvvələr tərəfindən əlavə propaqanda fəaliyyətləri həyata keçirildi.
1950-ci ildə Trumen “Həqiqət Kampaniyası” adlanan propaqanda proqramının intensivləşdirilməsinə çağırdı. Amerikalı Qəzet Redaktorları Cəmiyyətində etdiyi çıxışında Trumen rəsmi ABŞ propaqandası üçün çoxillik daxili əsasını dilə gətirdi: düşmənin yalanlarına qarşı mübarizə aparmaq məqsədilə ABŞ-ın həqiqətin təşviqinə ehtiyacı vardı. Həqiqət Kampaniyası altında Dövlət Departamentinin informasiya fəaliyyətləri büdcəsi 4 ildə 20 milyon dollardan, 115 milyon dollaradək artırıldı.
1951-ci ilin aprelində Trumen Amerikanın psixoloji müharibə səylərini koordinasiya etmək məqsədilə Psixoloji Müharibə Strategiyası İdarəsi yaratdı. İdarə bütün qeyri-hərbi Soyuq Müharibə fəaliyyətləri, həmçinin məxfi əməliyyatları koordinasiya edən qurum kimi fəaliyyət göstərirdi. Təcavüzkar gizli müharibə və Sovet blokuna qarşı propaqanda tədbirləri üçün proqramları idarə edir, Qərbi Avropa, Asiya və Yaxın Şərqdə onlarla ölkə üçün psixoloji müharibə planları ərsəyə gətirirdi. Trumenin vəzifədən getdiyi vaxtda ABŞ hökuməti həm dost, həm də rəqib ölkələrdəki ictimai rəyə təsir etmək üçün geniş miqyaslı aparat qurmuşdu.
Həmin illər ərzində propaqanda praktikası psixoloji müharibə və məxfi aktların ayrılmaz hissəsi oldu. İkinci Dünya Müharibəsi zamanı psixoloji müharibə hərbi əməliyyatlara köməkçi kimi nəzərdən keçirilirdisə, Soyuq Müharibə dövründə psixoloji müharibə mütəxəssisləri bu anlayışı ictimai rəyi yönləndirmək, yaxud xarici siyasi maraqları gücləndirmək məqsədilə istifadə edilə bilinəcək bütün qeyri-hərbi tədbirləri əhatə edən geniştərkibli konsepsiya halına gətirdilər. Psixoloji müharibə gizli əməliyyatları, ticarət və iqtisadi yardım, diplomatiya, güc təhdidini, mədəni və təhsil mübadilə proqramlarını, eyni zamanda çoxsaylı gizli fəaliyyətləri mənimsəyərək adi propaqandadan daha uzağa gedən bir mübarizə formuluna çevrildi. Psixoloji müharibə “Soyuq Müharibə” ifadəsi üçün sinonim halını almışdı. O zamanlar bir çox siyasi analitik və politoloq Soyuq Müharibənin ideoloji, psixoloji və mədəni mübarizə olduğunu, bu mübarizədə döyüş meydanında qan axıdılmasından daha çox ictimai rəylə qalib gəlməyin mümkün olduğunu düşünürdü. Psixoloji müharibə, propaqanda və digər Hibrid Müharibə texnikalarının bu qədər geniş tətbiq edilməsi də bunun təcəssümü idi.
“Əhatələmənin atası” Corc F. Kennan Sovet blokuna qarşı psixoloji müharibə və gizli fəaliyyətə dair aqressiv proqramın arxasında gücdən istifadə edirdi. 1948-ci ilin əvvəllərində, o vaxtlar Dövlət Departamentinin Siyasi Planlaşdırma bölməsinin rəhbəri Kennan kommunizmə qarşı “təşkilatlanmış siyasi müharibə” planı ərsəyə gətirdi. Bu, Milli Təhlükəsizlik Şurasının 10/2 (NSC 10/2) saylı protokolunda əks olunub və 1948-ci ilin iyununda ABŞ prezidenti Trumen tərəfindən təsdiqlənib. Plan geniş miqyaslı kölgə müharibənin təşkil olunmasına səlahiyyət verirdi. Bu müharibədə istifadə olunacaq texnikalar arasında qarayaxma kampaniyası, psixoloji müharibə, təxribatçılıq, yeraltı müqavimət hərakatlarına yardım, yarımhərbi əməliyyatlar və iqtisadi müharibə də vardı. O, sonralar qəbul olunacaq NSC 68 kimi geniş şəkildə əsas siyasi sənəd olaraq tanınmasa da, formalaşdırdığı psixoloji müharibə və gizli əməliyyatlarla bu mənada əhəmiyyətli rol oynadı. Həmin texnikalar isə Soyuq Müharibə dövründə ABŞ xarici siyasətinin həyati instrumentləri arasında yer aldı.
NSC 10/2-nin təmin etdiyi səlahiyyət çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsi Albaniyanı Kremlin təsirindən çıxarmağa cəhd etdi. Bunun üçün MKİ nəhəng pilotsuz hava şarlarından istifadə edərək broşürlər dağıtmışdı. Bu broşürlər vasitəsilə o, “Dəmir Pərdə” arxasındakı ayrılma meyillərini və provokativ yarımhərbi əməliyyatları təşviq etməyi planlaşdırırdı, lakin bunlar əsasən uğursuz olurdu. MKİ-nin ən məşhur anti-Sovet propaqanda forması Azad Avropa Radiosu və Azadlıq Radiosudur. Onlar uyğun olaraq Şərqi Avropa və Rusiyada yayımlanırdı. Bu radioların tərkibi isə Sovet blokundan qaçmış miqrantlar və sürgün edilən siyasi liderlərindən ibarət idi. MKİ daima Azad Avropa üçün Milli Komitə (ABŞ hökumətinin iştirakı ilə yaradılmış, amma görünüş olaraq özəl təşkilat kimi fəaliyyət göstərirdi) vasitəsilə bu radiolar üzərində təsirini saxlayırdı.
MKİ həm də müttəfiq və neytral dövlətlərdə də gizli propaqanda əməliyyatları həyata keçirib. İdarə qeyri-kommunist həmkarlar ittifaqlarını, jurnalistləri, siyasi partiyaları, siyasətçiləri, tələbə qruplarını maliyyələşdirirdi. Qərbi Avropada MKİ Mədəni Azadlıq Konqresi vasitəsilə mədəni və ideoloji propaqanda üzrə gizli proqram həyata keçirib. Bu konqres də, həmçinin kənardan özəl qurum kimi fəaliyyət göstərsə də, əsasən MKİ maliyyəsi və təşkilati dəstəyi ilə fəaliyyət göstərirdi.
Bununla yanaşı, MKİ İtaliya, Filippin, İran, Qvatemala, İndoneziya, Kuba, Vyetnam, Tailand, Çili, İraq və Anqolada siyasi proseslərə təsir etməyə çalışıb. Məqsəd həmin ölkələrin Birləşmiş Ştatların milli təhlükəsizlik maraqları istiqamətində fəaliyyətini təmin etmək idi.
Oxşar məqalələr
-
Soyuq Müharibə Dövründə Hibrid Müharibə - I YAZI
-
Ukraynadan Hibrid Müharibənin Gələcəyi üçün Dərslər
-
Rusiyanın hibrid müharibəsi: Axı o qədər də yeni deyil?
-
Hibrid müharibə: Rusiyanın Ukraynaya hücumunu izah edir
-
Hibrid əməliyyat qüvvəsi hazırdır| Çeçen “Rosqvardiya” qoşunları Ukrayna yolunda
-
“Kiçik Mavi Dənizçilər”: Açıq dənizlərdə hibrid müharibəyə xoş gəlmisiniz
-
Hibrid Müharibələrin aparılmasında yeni paraqraf - QAÇQIN BÖHRANI
-
Beyin mərkəzlərində qızğın müzakirələr aparılır: Hibrid Müharibə anlayışı nə deməkdir? (ÜMUMİ BAXIŞ)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı