Böyük güclər asimmetrik müharibələrdə məğlub olur - Səbəb nədir?
Yüngül silahlı partizanlar və ənənəvi ordular arasında baş verən partizan müharibəsi, assimetrik müharibəyə nümunədir. Təyyarə qaçırma və intihar hücumları kimi terror taktikaları da asimmetrik sayılır. Çünki onlar daha güclü bir qüvvəyə qarşı hücum edən daha kiçik, daha zəif bir qrupun taktikalarını əhatə edir. Nüvə silahlarından istifadə etmək istəyən və imkanı olan bir ölkə ilə nüvə silahına malik olmayan bir ölkə arasındakı müharibə də asimmetrik müharibəyə başqa bir nümunədir.
Müharibədə qələbə həmişə hərbi cəhətdən güclünün tərəfində olmur. Əslində, müstəmləkə dövlətləri və xalqları imperiyaların inkişaf etməsindən bəri asimmetrik təhdidlərə qarşı mübarizə aparıblar.
Eramızdan əvvəl 6-cı əsrdə, o zamanın ən böyük və ən güclü ordusunun başında olan İran hökmdarı I Dara özününkündən daha kiçik, lakin daha çox mobil qüvvəyə malik olan iskitlərlə üz-üzə gəldi. Bu barədə Heredotun “Tarix” kitabının 4-cü cildində qeyd edilib. İskitlər ilk öncə Fars ordusunun əsas hissəsi qarşısında geri çəkilərək onları öz ərazilərinin içərilərinə doğru çəkirlər və daha sonra farsların düşərgə saldıqları ərazilərə ölümcül hücumlar həyata keçirirlər. Dara qaçmaq və Dunay çayı ətrafını iskitlərin nəzarətinə buraxmaq məcburiyyətində qalır.
Müasir dövrdə inkişaf etməkdə olan ölkələrdə mübarizə aparan Qərb qüvvələri ənənəvi hərbi güc baxımından əhəmiyyətli dərəcədə güclü olmalarına baxmayaraq bəzən yerli hərbi qüvvələr tərəfindən məğlub ediliblər. Müstəmləkə hakimiyyətləri təkcə döyüşdə məğlubiyyət nəticəsində Əlcəzair, Hind-Çin və digər bölgələrdən çəkilməyə məcbur edilmədi, eləcə də müharibəni davam etdirmək üçün iradəsi olmadığı üçün bu ölkələrdən geri çəkildilər. Vyetnamda 1954-cü ildə Dien Bien Fu döyüşündə əzici bir məğlubiyyət Fransız əsgərlərinin iradəsini qırdı. Oxşar bir şəkildə Vyetnam müharibəsində ABŞ-ın təxminən 20 illik iştirakından sonra ölkədəki ictimai və siyasi mühit ABŞ-ı məğlubiyyətlə barışmağa və qüvvələrini geri çəkməyə məcbur etdi. Müstəmləkə ölkələrindəki üsyançılar bəzən uzun müddət öncə qurulan müstəmləkəçi gücləri məğlub etməyə ehtiyac görməmişdilər, ancaq uzunmüddətli asimmetrik taktikalarla onu bölgədən çəkilməyə sövq etmişdilər. Burada gücün və iradənin hər ikisinin asimmetriyası fəaliyyət göstərirdi: müstəmləkə qüvvələri üstün hərbi resurslara malik idi, lakin bəzən istəksiz olurdular və ya onları bir araya gətirmək mümkün olmurdu.
Asimmetrik taktikanın dəyəri partizan müharibəsində ən açıq şəkildə görülə bilər - əslində partizan (gerilla) ispan dilində "kiçik müharibə" deməkdir. Partizanlar, ümumiyyətlə, az sayda olur və adətən, rəqib qüvvədən daha az sayda və zəif silahlara malik olurlar. Partizan taktikaları tələyə düşürmək, açıq döyüşdən qaçmaq, kommunikasiya xətlərini kəsmək və ümumiyyətlə, düşmənə təcavüz etməkdir. Partizan müharibəsi tarix boyunca tətbiq edilib. Bu, bir düşmən ordusunun arxasından həyata keçirilən və yerli əhalinin bir işğalçı qüvvə əleyhinə həyata keçirilmiş əməliyyatlarını da özündə ehtiva edir. Partizan döyüşçülərinin məqsədi müharibəni davam etdirmək üçün düşmənin iradəsinin eroziyasıdır. Henri Kissincer bu barədə qeyd edib: “Partizan məğlub olmursa, qələbə qazanır. Ənənəvi ordu qələbə qazanmırsa, məğlub olur”.
Çox vaxt kiçik bir qüvvə tətbiq etsələr də, xüsusilə də şəhər ərazilərindəki partizan döyüşçüləri, ənənəvi hərbi gücə qarşı zəhmli bir düşmən ola bilər. Partizan döyüşçüləri, adətən, böyük, yaxşı qurulan hərbi bazalarda məskunlaşmırlar. Bu da düşmənlərin onları və infrastrukturunu məhv etmək üçün hava bombardmanı kimi texnoloji üstünlüklərdən istifadə etməsini mümkünsüz edir. Partizanlar bir şəhər ərazisində olduqda isə, düşmənləri yalnız çox sayda mülki itki vermək və partizanların xalq tərəfindən dəstəklənməsini riskə atmağa hazır olduqları təqdirdə güclü ənənəvi silahlarını istifadə edə bilərlər. Kiçik partizan ya da qiyamçı birliklər də az ierarxik olmağa meyllidirlər, yəni bir neçə liderin ələ keçirilməsi və ya ölməsi ilə bir qüvvə təsirsiz hala gətirilə bilmir.
Hərbi və ya siyasi cəhətdən güc almağa qadir olmayan qruplar bir dövlətin ürəyində terror hücumlarına baş vura bilər. Şəhərlərdəki terror hücumları ucqar yerlərdə olanlara nisbətən daha çox media əhatəsini cəlb edir: bomba yüklü avtomobillərin partladılması, sui-qəsdlər və kütləvi ictimai yerlərdə partladılan bombalar şəhər terrorizminin ümumi taktikasıdır.
Ölkəsinin sağ qalması riski olmadığı müddətcə hücuma məruz qalan ölkə siyasi olaraq tam hərbi gücünü istifadə edə bilməyəcək və beləliklə terrorçuların özlərini və onların resurslarını geniş müharibəyə həsr etməsi fonunda məhdud bir müharibə aparmaq məcburiyyətində qalacaq. Terrorçu qruplar kamikadze hücumları və ya vətəndaşları hədəf almaq kimi taktikalara güvənməyə daha çox meyil edirlər.
Oxşar məqalələr
-
Ukraynada partizan müharibəsini hansı qüvvələr aparır?
-
Rusiyada müharibə əleyhinə gizli mübarizə – Hər an “partlayış” baş verə bilər
-
Ukrayna müharibəsinin asimmetrik üzü – Qara dəniz ticarət gəmiləri də hədəfdədir
-
Kamikadze hücumları qanunsuz deyil| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - IV YAZI
-
Xəyanətkarlığın dəqiq parametrləri bəllidir?| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - III YAZI
-
Strateji, əməliyyat və taktiki səviyyə| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - II YAZI
-
İsrailin İrana qarşı asimmetrik müharibəsi| İranın kəskin reaksiya göstərmək qabiliyyəti var?
-
Asimmetrik müharibə nədir?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı