ABŞ Çinin asimmetrik müharibə planlarının üstəsindən gələ bilərmi?
Çinin qeyri-nizami müharibəyə fokuslanması ABŞ hərbi doktrinasına meydan oxuyur və mövcud Amerika müharibə strategiyasının doğurduğu zəifliklər haqqında yeni təfəkkür tələb edir. Çin taktikası və silahlarına qarşı düzgün müdafiə olunmaq üçün, Birləşmiş Ştatların ÇXAO tərəfindən şəbəkə və kiber sızmalardan qorunması, elektromaqnit dalğaları silahlarının potensial istifadəsinə qarşı imkanlarını gücləndirməsi və Pekinin beynəlxalq hüququn yenidən formalaşdırılması səylərini pozmaq üçün qanuni mexanizmlərdən istifadə etməsi lazımdır. Bütün bunlar və daha çoxu amerikalı hərbi planlaşdırıcıların diqqət mərkəzində olmalıdır, çünki onlar ÇXR ilə potensial gələcək münaqişələrdə necə səy göstərmək barədə düşünürlər.
Asimmetrik müharibədə çinlilərin hərbi düşüncəsi klassik strategiyadan ağırlıqlı olaraq faydalanmaqdadır. “Hərbi Strategiya Elmi 2013” adlı müasir aparıcı hərbi əsərdə Sun Tzunun “Müharibə sənəti”ndən olan direktivinə istinad edilir. Əsərdə qeyd edilir ki, dəqiq qələbələr qazanmaq üçün təəccüblü hərbi hərəkatlarla asimmetrik vasitələrdən (“fei duicheng”) istifadə etmək lazımdır. Sun Tzu, ordunun nəzərinə çatdırır ki, birbaşa, normal hücum və müdafiə hərəkətlərinin birləşməsini təmin etmək və döyüş sahəsində üstünlük əldə etmək üçün qeyri-adi, gözlənilməz və qəfil bir hücum həyata keçirmək lazımdır.
Çin planlaşdırıcıları üçün xüsusilə narahatlıq doğuran “Tayvan ssenarisi”dir. Burada daha güclü Çin qüvvələri zəif bir düşmənlə üzləşir, lakin daha güclü bir düşmən qüvvəsi (ABŞ kimi) münaqişəyə müdaxilə edə bilər. Bu ssenariyə görə, çinli strateqlər ABŞ-la müharibə halında, bu ölkənin həm iqtisadiyyatının, həm də kommunikiasiyasının dağıdılması üçün “sui-qəsdçilərin silahlarından” istifadə olunmasını irəli sürürlər.
Belə silahlardan biri kiber və şəbəkə hücumlarıdır. Çinin strateqləri müzakirə edirlər ki, şəbəkələr cəmiyyətin əsas təməlləridir və milli təhlükəsizlik üçün həyati dərəcədə əhəmiyyətlidirlər, həmçinin hərbi münaqişələr üçün yeni bir sahədir. Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) tədqiqatçıları inanırlar ki, bir rəqibin informasiya sisteminə qarşı hücum əməliyyatları insanlara, iqtisadiyyata ciddi zərər verə və böyük maliyyə itkilərinə səbəb ola bilər.
Çin, həmçinin bir nüvə silahının partlamasının təsirləri üzərində eksperimentlər həyata keçirir. Bu eksperimentlərdə yüksək dərəcədə dağıdıcı elektromaqnit zərbə dalğası (EMD) yaradılır ki, bununla da Amerika infrastrukturunun və texnologiyasının geniş sahələrini sarsıdıla və pozula bilər. Çin və ABŞ arasında EMD silahlarını inkişaf etdirmək üçün ciddi mübarizə gedir. ÇXAO bu istiqamətdəki texnologiya üzərində aktiv olaraq işləyir. Bu qəbildən olan digər silahlara radio dalğalı silahlar, yüksək güclü mikrodalğalı və şüa hissəcikli sistemlər daxildir ki, Çin də bu sahəyə daha çox fokuslaşıb. Çinin hərbi liderləri müharibənin gələcəyini bu cür imkanlardan asılı görür.
Çin ordusu dünya ictimaiyyətinin fikrini formalaşdırmağa da böyük diqqət ayırır. “Üç müharibə” kimi tanınan konsepsiyada ÇXAO propaqanda, psixoloji əməliyyatlar və “hüquq müharibəsi”nə (düşmənə qarşı hüquqi sistemin istifadə olunduğu döyüş formasıdır) böyük investisiyalar qoyub. Siyasi və ya informasiya müharibəsinin bu üç formasından Çin liderləri sülh və müharibə dövründə məqsədlərini inkişaf etdirmək üçün ayrılıqda və ya birlikdə istifadə edə bilər.
Eyni zamanda Çin sabahın münaqişələrində dominant olmasına kömək edəcəyinə inandığı yeni nəsil silahların üzərində böyük işlər görür. Bunlara manevr edə bilən ətalətli hipersəs raket vasitələri də daxildir. Bu silahlar quruda və dənizdə raketdən müdafiə sistemlərini təsirsiz hala gətirmək üçün istifadə olunur. Bundan əlavə, ABŞ kimi Çin də asimmetrik texnoloji rəqabətin mühüm arenasını təmsil edən elektromaqnit topunu inkişaf etdirir. Bu silahlar ona görə əhəmiyyətlidir ki, belə bir yumru dalğa saatda 5 min mil məsafəyə çata bilər. Bu da inkişaf etdiriləcəyi təqdirdə ənənəvi və hipersəs silahlarından daha böyük mənzilə və sürətə sahib olmaq imkanı yaradır.
Son olaraq, Pekin hər hansı bir gələcək müharibə üçün vacib olacağına inandığı, kosmik domeynə də üstünlük verir. Xüsusilə, ÇXAO strateqləri ABŞ-ın peyklər və informasiya sistemlərindən asılılığının münaqişə halında zəiflik kimi istifadə olunacağına inanırlar. Çünki ABŞ uzaq məsafələrdəki əməliyyatlarda bu kimi sistemlərdən əhəmiyyətli dərəcədə asılıdır.
Çinin qeyri-nizami müharibəyə fokuslanması ABŞ hərbi doktrinasına meydan oxuyur və mövcud Amerika müharibə strategiyasının doğurduğu zəifliklər haqqında yeni təfəkkür tələb edir. Çin taktikasına və silahlarına qarşı uyğun müdafiə olunmaq üçün Birləşmiş Ştatların ÇXAO tərəfindən edilən şəbəkə və kiber hücumlardan qorunması lazımdır, EMD silahlarının potensial istifadəsinə qarşı qabiliyyətlərini sərtləşdirməli və leqal mexanizmlər Pekinin beynəxalq hüququ yenidən şəkilləndirmək cəhdləri ilə mübarizə aparmağa yönləndirməlidir.
Oxşar məqalələr
-
Ukraynada partizan müharibəsini hansı qüvvələr aparır?
-
Rusiyada müharibə əleyhinə gizli mübarizə – Hər an “partlayış” baş verə bilər
-
Ukrayna müharibəsinin asimmetrik üzü – Qara dəniz ticarət gəmiləri də hədəfdədir
-
Kamikadze hücumları qanunsuz deyil| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - IV YAZI
-
Xəyanətkarlığın dəqiq parametrləri bəllidir?| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - III YAZI
-
Strateji, əməliyyat və taktiki səviyyə| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - II YAZI
-
İsrailin İrana qarşı asimmetrik müharibəsi| İranın kəskin reaksiya göstərmək qabiliyyəti var?
-
Asimmetrik müharibə nədir?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı