Beyin mərkəzlərində qızğın müzakirələr aparılır: Hibrid Müharibə anlayışı nə deməkdir? (ÜMUMİ BAXIŞ)

 Beyin mərkəzlərində qızğın müzakirələr aparılır:  Hibrid Müharibə anlayışı nə deməkdir? (ÜMUMİ BAXIŞ)
2726     15:00     22 11 2021    
Hibrid müharibə... Hibrid müharibə... Hibrid müharibə...

Cəmi bir-iki ildir leksikonumuza daxil olan bu ifadə sürətlə siyasi gündəmi zəbt etməyə davam edir. Bu gün “Google” axtarış sistemində cəmi bir neçə ilin anlayışı olan ingiliscə “Hybrid war” (Hibrid müharibə) ifadəsi yazaraq axtarışa verəndə təxminən 70 illik “nuclear war” (nüvə müharibəsi) anlayışı ilə eyni sayda nəticə ortaya çıxır. 20-ci əsr ərzində bəşəriyyəti lərzəyə salan nüvə müharibəsi təhlükəsi bu günlərdə artıq arxaikləşir. Beynəlxalq aktorlar, rəqiblər bir-birinə qarşı başqa metodlardan istifadə etməyə maraqlıdır. Lakin təəssüf doğurucu məqam budur ki, bu gün dünyanın mühazirə zallarında, beyin mərkəzlərində üzərində qızğın müzakirələr aparılan, kəşfiyyat agentliklərinin divarları arasında planlar qurulan hibrid müharibə ölkəmizdə hələ anlayış olaraq belə tam dərk edilməyib. Bir saniyə öncəki məlumatın köhnəldiyi informasiya əsrində geri qalmanın hansı fəlakətlərə gətirib çıxara biləcəyindən bəhs etməyə belə gərək yoxdur. Məhz bu səbəbdən dolayı ölkəmizdə “Hibrid müharibə” anlayışının, metodlarının, istifadə üsublarının və vasitələrinin tədqiqinə ehtiyac var. Silsilə xarakterli olacaq araşdırma yazısının ilk hissəsində sadəcə “Hibrid Müharibə” anlayışını daha ətraflı prizmadan izah etməyə çalışmışıq. Təbii ki, bu və bundan sonrakı yazılar da bu mövzunu tam öyrənməyə kifayət etməyəcək. Buna görə də, yazının elm ictimaiyyətinin bu anlayışa diqqətini yönəldəcəyinə və onun daha da dərindən və elmi əsaslarla araşdırılmasına təşviq edəcəyinə ümid edirik.

Hibrid müharibə ilə bağlı beynəlxalq konsensus aydındır: heç kəs onu anlamır, amma hər kəs, içi NATO və Avropa İttifaqı qarışıq onun problem olduğuna razıdır. Yazıda bu problemi həll etmək üçün ilk olaraq onu anlamağa çalışmışıq. İlk addım hibrid müharibənin ən yeni literatura və empirik dəlillərə əsaslanan fundamental anlayışını formalaşdırmaqdır. Fundamental dəyərləndirmə hibrid müharibəyə aid konseptual çaşqınlığı aradan qaldırmaq və bu konsepsiyanı təsvir edəcək ümumi dil yaratmaq üçün əhəmiyyətlidir. O, (fundamental dəyərləndirmə) “hibrid müharibəni” interaktiv (bir-birinə bağlı) effektlərə (təsirlərə) nail olmaq üçün sosial funksiyaların tam spektri boyunca spesifik zəifliklər yaratmağı hədəfləyən çoxsaylı güc instrumentlərinin sinxronlaşdırılmış istifadəsi kimi izah edir.

Hibrid müharibənin qəribəliyi aktorun çoxsaylı güc instrumentlərini eyni zamanda sinxronlaşdırma və qəsdən müharibənin yaradıcılığı, bəlirsizliyi, qeyri-xəttiliyi və koqnitiv (təfəkkür) elementlərini istismar etmə qabiliyyətində dayanır. Hibrid müharibə (fərqi yoxdur dövlət yoxsa, qeyri-dövlət aktorları tərəfindən aparılsın) tipik olaraq bariz təsbit və cavab hüdudlarından kənarda qalmağa hesablanır və müasir informasiya dövrünü xarakterizə edən rəqəmsal texnologiyanın sürəti, həcmi və hər yerdə ola bilmə özəlliklərinə əsaslanır. Beləliklə, hibrid müharibənin hal-hazırda geniş yayılıb və həm dövlət, həm də qeyri dövlət aktorları tərəfindən istifadə edildiyi, bundan sonra daha da böyüyəcəyi, meydana gətirdiyi təhdidlərlə üzləşmək üçün dövlətlərin tətbiq edəcəyi yeni səylərə haqq qazandırdığı nəticəsinə gəlinib. Bu yazı özündə həm də Fundamental Dəyərləndirməni (FD) ehtiva edir.

Hibrid müharibə milli zəifliklərdən hərbi, iqtisadi, siyasi, sosial, informativ və infrastruktur (HİSSİ) spektrində istismar etməyə hədəflənib. Buna görə də, milli hökumətlər bütün sektorlar boyunca kritik funksiyalar və zəifliklərlə bağlı özünüdəyərləndirmə aparmalı və onu aradan qaldırmağa çalışmalıdır.

Hibrid müharibə koordinasiyalı olaraq HİSSİ güc instrumentlərini istifadə edir. Milli səylər ənənəvi təhdid dəyərləndirmə fəaliyyətlərini gücləndirməli və qeyri-ənənəvi siyasi, iqtisadi, sivil, beynəlxalq alətlər və imkanları da özündə birləşdirməlidir.

Hibrid müharibə sinxronlaşdırılmış və sistemli olur – cavab da belə olmalıdır. Milli hökumətlər özünüdəyərləndirmə və təhdid analizlərinə milli yanaşmanı idarə və koordinasiya etmək üçün bir proses başlatmalı və yönləndirməlidir. Bu proses hibrid müharibəni anlamaq, aşkarlamaq və cavab vermək məqsədi daşıyan geniş miqyaslı hökumətboyu səylərə istiqamətlənməlidir.

Hibrid müharibələr beynəlxalq məsələdir – cavab da belə olmalıdır. Milli hökumətlər öz kollektiv maraqları üçün hibrid müharibənin anlayışı, aşkarlanması və cavab verilməsində özləri arasında tutarlı yanaşma koordinasiya etməlidir.

Bizim hibrid müharibə ilə bağlı ümumi anlayışımız hələ formalaşma mərhələsindədir və buna görə də təhdid aşkarlama, yumşaltma və mübarizə aparma bacarıqlarımız da məhduddur.

Fundamental Dəyərləndirmə

Fundamental Dəyərləndirmə (FD) iki spesifik tapşırığı yerinə yetirir. Birincisi, o, hibrid müharibə ilə bağlı konseptual çaşqınlığı və lüğəti aydınlaşdırır, ümumi dil yaradır. İkincisi isə o, bizim hibrid müharibəni anlamamızda olan boşluqları müəyyənləşdirir və daha sonra əhatəli analitik komponentlərə çevriləcək ümumi xarakteristikalar ortaya çıxarır.

Hibrid Müharibənin Təsviri

Həm dövlət, həm də qeyri-dövlət aktorlarının hibrid müharibəyə qarışmasına baxmayaraq, onlar öz istifadə etdikləri vasitə və metodlarına görə fərqlənirlər. Yuxarıda deyildiyi kimi, onlar spesifik zəifliklərə qarşı müxtəlif növ güc instrumentlərini sinxronlaşdırma qabiliyyətlərini nümayiş etdirirlər. Hibrid müharibə aktorlarının (HMA) qabiliyyətlərinin bu xarakteristikalarına fokuslanmaqla FD hibrid müharibənin əhatəli təsvirini yarada bilir. O, hibrid müharibəni belə təsvir edir: interaktiv (bir-birinə bağlı) effektlərə nail olmaq üçün sosial funksiyaların tam spektri boyunca spesifik zəifliklərə (boşluqlara) istiqamətləndirilmiş çoxsaylı güc instrumentlərinin sinxronlaşdırılmış istifadəsi.

Hibrid müharibə asimmetrikdir, bir üfüqi və şaquli ox boyunca müxtəlif, çoxsaylı güc instrumentlərindən istifadə edir. Həmçinin dərəcələrin dəyişdirilməsi üçün müharibənin yaradıcılıq, qeyri-müəyyənlik, qeyri-xəttilik və məntiqi elementlərinə vurğu edir. Bu, hibrid müharibəni (opponentlərin qabiliyyətlərini deqradasiya etmək üçün birinin digərinin gücünə ya kəmiyyət, ya da keyfiyyət baxımından uyğunlaşdığı) tükəndirmə yanaşmalı müharibədən fərqləndirir.

Əsas olan, müxətlif güc instrumentlərinin sinxronlaşdırlmış tərzdə eyni zamanda bir neçə səviyyədə və ölçüdə istifadə edildiyini başa düşməkdir. Bu cür düşüncə imkan verir ki, HMA müxtəlif HİSSİ (hərbi, iqtisadi, siyasi, sivil, informativ) vasitələrdən sinxronlaşdırılmış hücum paketləri (SHP) yaratmaqda istifadə etsin. Bu spesifik olaraq hədəf sistemin zəifliklərinə istiqamətlənir. Güc instrumentlərinin istifadəsi HMA-nın imkanlarından və onun opponentində aşkarladığı zəifliklərdən asılıdır. Həmçinin HMA-nın siyasi məqsədləri, onun bu məqsədə nail olmaq üçün planlaşdırdığı yol da, hansı instrumentlərin istifadə ediləcəyinə təsir edir. Bütün müharibə və münaqişələr kimi, hibrid müharibənin xarakteri də onun konteksindən asılıdır.

Hibrid Müharibə Anlayışı

Hibrid müharibəyə bu baxışı nəzərə aldıqda, düşmən çoxsaylı səbəblərdən dolayı qabiliyyət və niyyətinə əsaslanan ənənəvi təhdid analizinə özünü ifşa etdirmir.

1. Hibrid müharibə HİSSİ alətlərin və texniklərin geniş imkanlarından istifadə edir. Bunlar isə adətən ənənəvi təhdid dəyərləndirmələrinə baxmayacaq.

2. O, cəmiyyətdəki zəiflikləri elə yolla hədəf alır ki, biz onlar haqqında ənənəvi olaraq düşünmürük.

3. O, öz alətlərini müasir yollarla sinxronlaşdırır. Məsələn sadəcə düşmənin sahib olduğu müxtəlif növ güc instrumentlərinə baxmaqla, onların məlum effektləri yaratmaq üçün necə və hansı səviyyədə sinxronlaşdırıla biləcəyini təxmin etmək olmaz. Buna görə də, hibrid müharibə düşməninin funksional qabiliyyətləri, problemi anlamaq üçün doğru informasiya təmin etməyəcək.

4. Hibrid müharibə hücumu daha az görünəbilən etmək üçün bizim müharibə anlayışımızı, müharibənin yaradıcılıq və qeyri-müəyyənliyini qəsdən istismar edir. Bu bir fakta görədir. Belə ki, onlar bununla aşkarlama və cavab vermə hüdudlarından kənarda qala bilirlər.

5. Hibrid müharibə kampaniyası ənənəvi növ müharibələrdən daha çox əlaqəli və mübahisəli olaraq, tətbiq mərhələsində olana qədər sezilməyə bilər. Beləliklə onlar aşkarlanana qədər artıq dağıdıcı effektlər yarada və hədəfin özünü müdafiə qabiliyyətini deqradasiya edə bilərlər.

Analitik Strukturun Qurulması: Onun üç əsas kateqoriyasının anlayışı

Analitik Struktur üç fərqli, amma bir-birinə kilidlənmiş kateqoriyaya əsaslanır. Analitik olaraq ayrılsalar da, onların bir bütöv olaraq başa düşülməsi lazımdır, çünki hibrid müharibənin toplamı hər bir individual hissədən daha böyükdür. Bu hissələr aşağıdakılardır:

1. Kritik funksiyalar və zəifliklər
2. Vasitələrin sinxronizasiyası (horizontal gərginləşdirmə)
3. Effektlər və qeyri-xəttilik


Kritik funksiyalar və zəifliklər

Kritik funksiyalar HİSSİ spektr boyu yayılan fəaliyyətlər və əməliyyatlardır. Əgər o hesaba alınmasa, ondan asılı olan bütöv bir sistemin məhv olmasına gətirib çıxara bilər. Kritik funksiyalar aktorların (məsələn fərdlər və təşkilatlar), infrastrukturların (məsələn kritik dövlət enerji şəbəkələri) və proseslərin (məsələn qanunu/hüquqi, texniki, siyasi) kombinasiyasına parçalana bilər.

Bütün kritik funksiyaların zəiflikləri var və bu, hibrid müharibə aktorlarına/rəqiblərinə istismar üçün imkan yaradır. Lakin birmənalı olaraq anlamaq lazımdır ki, heç də bütün zəifliklər opponentlər üçün fürsət demək deyil. Alternativ olaraq, düşmən öz niyyətindən asılı olaraq hansısa xüsusi boşluğu istifadə etmək istəməyə bilər. Üstəlik, kritik funksiyalar daxilindəki zəifliklər hədəf sistemə məlum olmaya və hadisələr baş verdikcə üzə çıxa bilər.

Alətlərin sinxronlaşdırılması və horizontal gərginləşdirmə

Sinxronizasiya HMA-nın HİSSİ güc instrumentlərini zamanında effektiv koordinasiya etmə bacarığıdır. Eyni döyüş fəzası daxilində həm hərbi, həm də qeyri-hərbi vasitələri eyni zamanda sinxronlaşdırma bacarığı HMA-nın açar xarakteristikası kimi qəbul edilir.

Sinxronizasiya HMA-nın sadəcə vertikaldan daha çox horizontal olaraq gərginləşdirmə və gərginliyi azaltma imkanı yaradır. Buna görə də, o, hücum edən tərəf üçün daha çox seçim şansı verir. Məsələn, müxtəlif vasitələrin sinxronlaşdırılması sayəsində horizontal ox boyunca HİSS gərginlik yaratmaqla, HMA aşkarlanma və cavab verilmə hüdudundan kənarda qala bilər. Bu metoddan istifadə etməklə, onlar bir instrumenti vertikal olaraq gərginləşdirərkən əldə edəcəklərindən daha çox təzyiq edə bilərlər. Başqa sözlə, horizontal gərginlik sayəsində HMA aşkar iğtişaş (məsələn hərbi və ya siyasi güc instrumenti ilə) vasitəsilə əldə edəcəyinə bənzər, hətta daha çox effekt əldə edə bilər.

Effektlər (təsirlər) və qeyri-xəttilik

Hibrid müharibədə effektlər bir varlığın vəziyyətini dəyişmək kimi başa düşülür. Onlar, hədəf sistemin spesifik zəifliklərinə istiqamətlənən sinxronlaşdırılmış fəaliyyətlərin nəticəsi ola bilər. HMA-nın effektlər yaratmaq məqsədilə spesifik zəifliklərə qarşı vasitələri sinxronlaşdırma bacarığı o deməkdir ki, hücuma məruz qalan tərəf xətti səbəb-nəticə hadisələr zəncirini asanlıqla görə bilmir. Bu qarışıqlıqda daha çox elementin olması səbəb-nəticəni daha mürəkkəb hala gətirir.

Fəaliyyət A heç də zəruri olaraq B nəticəsini doğurmur. Üstəlik eyni fəaliyyət müxtəlif konteksdə müxtəlif effekt doğura bilər. Effektləri məxsusi hədəfə qarşı görülən müxtəlif spesifik fəaliyyətlərin nəticə/təsir analizinə əsasən (bir bəndi partlatmaq selə gətirib çıxarar, bu isə rezervdə nəzərdə tutulan su miqdarına X miqdarda itki ilə nəticələnəcək) analiz etmək mümkün olsa da, bu birinin necə hücuma məruz qala biləcəyinə dair dolğun anlayış təmin etmir. Səbəb-nəticənin bəzi formaları, ikinci və üçüncü ardıcıl effektləri sonradan anlaşılsa da, qeyri-xəttilik keçmiş empirik nümunələr və ekstremal çətinliklərə əsaslanan analiz və xüsusi proqnozlar yaradır. Qeyri-xətti təsirlərin problemi onların sadəcə sonda aydın olmasıdır. Onları öncədən təxmin etmək mümkün olmur. Bu həm də o deməkdir ki, düşmən bu təsirləri planlaşdıra və idarə edə bilməz. Daha da önəmlisi, əgər onlar fəaliyyətlərinin meydana çıxan müxtəlif təsirlərindən yararlanmaq istəyirlərsə, yüksək səviyyədə adaptasiya qabiliyyətinə malik olmalıdırlar.

FD – Fundamental Dəyərləndirmə
HMA – Hibrid Müharibə Aktoru
HİSSİ - Hərbi, İqtisadi, Siyasi, Sivil, İnformativ
SHP - Sinxronlaşdırılmış Hücum Paketləri
Strategyvision.org

Teq: Hibrid-Müharibə   HMA  


Oxşar məqalələr
Son əlavə olunanlar