Axtar
-
Britaniya-Polşa-Ukrayna hərbi ittifaqı nə qədər real səslənir?Ukrayna sərhədləri boyunca davam edən Rusiya hərbi birləşmələri vəziyyətin genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ilə bağlı çoxsaylı narahatlıqları artırıb və bu, geniş miqyaslı beynəlxalq reaksiyaya səbəb olub. Qeyd edək ki, böhran ABŞ-ı Ukrayna ilə bağlı rəsmi diplomatik danışıqlara daha enerjili şəkildə yenidən cəlb edib və Kiyevə fəal hərbi yardım göstərən ölkələr qrupunu genişləndirib. Ola bilsin ki, Rusiyanın indiyə qədər əldə etdiyi yeganə fayda, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) və Avropa İttifaqının Ukrayna ilə bağlı siyasətlərinin uyğunluğu ilə bağlı yeni şübhə toxumları səpmək, eləcə də Almaniya siyasətini sarsıtmaq olub. Ukrayna məsələsi Berlinin Moskvaya qarşı yumşaq siyasətində ən çox tənqid olunan mövzudur.
-
Qərb-Rusiya toqquşması fonunda Prezidentin Kiyevə səfəri: motivlər və nəticələr2021-ci il dekabrın ortalarında Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskidən dəvət aldı və bir ay sonra Ukrayna ətrafında təhlükəsizlik böhranı fonunda Kiyevdə işgüzar səfər etdi.
-
Tevton cəngavərlərindən NATO-ya: Rusiyanın işğal paranoyasını başa düşməkBeynəlxalq ictimaiyyət Ukraynanın Krımın və Donbas hövzəsinin bir hissəsinin Rusiyanın dəstəklədiyi separatçı qüvvələr tərəfindən işğalının yeddinci ilində baş verən hadisələrdən narahatdır. Məsələ Rusiya ilə Ukrayna arasında ərazi mübarizəsi olmaqdan çıxıb, Ukraynanın NATO üzvü olub-olmaması məsələsinə çevrilib. Üçüncü Dünya Müharibəsi küləklərinin əsdiyi və ya hətta nüvə münaqişəsi ilə bağlı narahatlıqların olduğu günlərdə milyonlarla insan Ukraynanın NATO-ya üzv olacağı təqdirdə bunun Moskvada yaradacağı narahatlığı anlamağa çalışır. Bu məsələnin 800 illik tarixinə səyahət etmədən bu gün Qara dənizin şimalındakı hərbi fəaliyyəti anlamaq mümkün olmayacaq.
-
ABŞ-Rusiya qarşıdurması Kuba raket böhranından etibarən ən pis vəziyyətdə| Donbas üçün öhdəlik, yoxsa güzəşt?Rusiya mart ayında Ukrayna ilə sərhədində ilk dəfə qoşun, tank və artilleriya yığmağa başlayanda Vladimir Putin bildirdi ki, bu, sadəcə təcili təlimdir. Lakin qoplanan qoşun sayı 175,000-ə çatan zaman ABŞ müttəfiqlərinə xəbərdarlıq etdi ki, Rusiya lideri bu dəfə real olaraq yeni işğal planlaşdırır və Moskva getdikcə döyüşkən əhval-ruhiyyəyə qapılır.
-
Məntiq və Qrammatika: Klauzevitz və Müharibənin dili“Müharibə Haqqında” kitabının birinci cildində Klauzevitz müharibə konsepsiyasını “sadəcə olaraq, siyasətin digər vasitələrlə davamı” kimi təqdim edir. Klauzevitzin ən məşhur fikri deyə biləcəyimiz bu ifadə bir müharibəyə bir tərəfdən siyasətin diktə etdiyi böyük strategiyanın aləti donu geyindirdiyi halda, digər tərəfdən onun mahiyyətcə müvəqqəti bir şey olduğunu irəli sürür. Müharibə konsepsiyası prinsip etibarilə onu tətikləyən, öyrənən və silahlar susduqdan sonra belə fəaliyyətinə davam edən yüksək siyasi konteksdən asanlıqla ayrıla və ya təcrid edilə bilməz. 8-ci cilddə “müharibə siyasətin instrumentidir” fikri ilə bu ehkamlar bir qədər də təkmilləşdirildi. Məqalənin açılış sitatlarını təşkil edən bu ifadələr onun diqqət mərkəzinin nə olacağını da açıq ortaya qoyur. 8-ci cild müharibə planları konsepsiyasını öyrənir. Burada Klauzevitz siyasət (məntiq) və müharibə əxlaqı (qrammatika) arasındakı əlaqə üzrə apardığı müşahidələrini pərçimləmək üçün müharibə və siyasət bağlarını (tellərini) bir araya gətirir.
-
Gələcəyin silahları: Qarabağ müharibəsindən sonra dünyada PUA-ların yayılması ilə bağlı müşahidə olunan trendlər2001-ci ilin yanvar ayında ABŞ-da “Predator” adlı Pilotsuz Uçuş Aparatı (PUA) dünya tarixində ilk dəfə müvəffəqiyyətli raket sınağı həyata keçirdi. PUA-ya inteqrasiya edilən “Hellfire” raketi saxta bir tanka zərbə endirdi. Həmin sınaqlardan 20 ildən artıq müddət keçib. 20 il sonra PUA-lar o vaxt az adamın xəyal edə biləcəyi dərəcədə döyüş vasitəsinə çevrilib. Dünyanın 100-dən çox dövlətinin ordusu müəyyən dərəcədə silahlı və ya silahsız PUA-ya sahibdir. Tezliklə bu rəqəmin artacağı istisna olunmur. PUA-ların görünüşü, daşıdığı sursatlar və digər faydalı yüklər bu hava vasitələrinin növünü çox artırıb. Bunların növləri artdıqca onlara qarşı əks-tədbirlər hazırlamaq qabiliyyəti də potensial olaraq çətinləşib.
-
Rusiya Afrikanın silah bazarında necə ən önəmli aktora çevrilib?Rusiyanın “Rosoboronexport” adlı silah satışlarına nəzarət edən dövlət orqanı ötən ilin aprel ayında Afrikanın Sahara bölgəsində yerləşən bir ölkəyə hücum katerləri tədarükü üçün müqavilə bağlanıldığını elan etdi. Katerlərin tədarük edildiyi ölkənin adı açıqlanmayıb. Amma bu, son 20 ildə Rusiyanın Afrika bölgəsinə hərbi dəniz məhsulu ilə bağlı ilk ixracat müqaviləsi idi. Bu məlumat beynəlxalq miqyasda çox diqqət çəkməsə də, müqavilə Rusiyanın Afrika bölgəsinə silah ixracatında genişlənmə və dominant mövqe tutma cəhdlərinin xəbərçisidir.
İlhaq (34)
Son əlavə olunanlar
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
“İradə azadlığı deyə bir şey yoxdur” "/>Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır "/>Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar "/>“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
Şərtlər müəyyən edilib "/>İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük? "/>Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
-
“Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”? "/>Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı... "/>Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası "/>Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə... "/>SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ) "/>Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ)