Dünyanın ən böyük kiber gücə malik ölkələri hansılardır?

 Dünyanın ən böyük kiber gücə malik ölkələri hansılardır?
576     16:50     09 06 2021    
Çin dünyanın ən böyük ordusuna sahibdir. Ən çox tanka sahib olan ölkə Rusiyadır, ABŞ ən dəbdəbəli peyklərə sahibdir. Bəs ən böyük kiber gücə sahib olan ölkə hansıdır?

Harvard Universitetindəki Belfer Mərkəzi yeni Milli Kiber Güc İndeksi hazırlayıb. Mərkəz 30 ölkənin kiber qabiliyyətini ölçərək onları sıralayır. Siyahı hazırlanarkən ölkələrin kiber hücum qabiliyyəti, kibermüdafiə gücü, kibertəhlükəsizlik sənayesinin xüsusiyyətləti, təbliğatdan (propaqanda) istifadə etmək və ona qarşı mübarizə aparmaq qabiliyyəti nəzərə alınıb.

Siyahının başında ABŞ dayanır. Ölkənin 2020-ci maliyyə ili üçün kiber təhlükəsizlik büdcəsi 17 milyard dollardan çox olub və ölkənin siqnal-kəşfiyyat agentliyi olan Milli Təhlükəsizlik Agentliyi 10 milyard dollardan çox vəsait əldə edib.

Ölkə daxilində ciddi internet nəzarəti quran, ölkə xaricində isə kiber casusluq fəaliyyətləri ilə məşğul olduğu bildirilən Çin bu siyahıda ikinci yeri tutur.

Əvvəlki illərdə hazırlanan kiber güc siyahılarına rəhbərlik edən Böyük Britaniya bu siyahıda üçüncü yeri tutur. Dördüncü yerdə isə Rusiyadır.

Böyük sürpriz isə beşinci yerdədir. Belə ki, beşinci yeri Fransa, Almaniya və Kanada kimi böyük gücləri qabaqlayan Niderland tutub. Ölkənin son illərdə zərərli proqramları aşkarlamaq, onların qarşısın almaq qabiliyyəti kəskin şəkildə artıb.

Bunlardan başqa siyahıda Türkiyə, İran, İsrail, Estoniya, Ukrayna, Litva, Misir və digər ölkələr var.

Strategvision.org
Strategyvision.org

Teq: Kibermüharibə   Kibertəhlükəsizlik  


Oxşar məqalələr
Son əlavə olunanlar