ABŞ-dan yeni avtonom yükqaldırma PUA-sı - KARGO

 ABŞ-dan yeni avtonom yükqaldırma PUA-sı -  KARGO
767     15:58     15 10 2021    
Vaşinqtonda keçirilən Amerika Birləşmiş Ştatları Ordusu Birliyinin (AUSA) illik görüşündə “Kaman Air Vehicles” şirkəti “Kargo” adlı yeni kvadrakopter tipli ağır yükqaldırma PUA-sını təqdim edib.

Avtonom PUA təxminən 400 kq-a yaxın yük daşıya bilir. Hava vasitəsi ABŞ Dəniz Piyadaları Korpusunun müxtəlif uzaq adalardakı bazalarına lazım olan yükləri daşımaq üçün istifadə edilir.

“Kargo” qısa məsafələrə nisbətən yüngül yükləri daşımaq üçün V-22 “Osprey” konvertoplanları kimi bahalı təyyarələrdən istifadə etməmələri üçün ABŞ silahlı xidmətlərinin logistika variantları təmin edəcək.

ABŞ dəniz piyadaları bu tip PUA-ları Sakit okean, Baltik dənizi və ya digər mübahisəli dəniz bölgələri kimi yerlərdə istifadə etmək niyyətindədir.
Strategyvision.org

Teq: ABŞ   Kargo  


Oxşar məqalələr
Son əlavə olunanlar