Axtar
-
Soyuq Müharibə Dövründə Hibrid Müharibə - I YAZI“Soyuq Müharibə dövründə meydana gələn yeni şərtlər, əldə edilən texnoloji üstünlüklər və digər nailiyyətlər öz növbəsində hibrid müharibəyə yeni forma verdi. Bu səbəbdən dolayı müasir və qədim dövr hibrid müharibələrini bir-birindən ayırarkən Soyuq Müharibə dövrünün meydana gətirdiyi taktikaları öyrənmək zəruridir”.
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?Fevraldan başlayaraq Çin qəzetlərində “Eastern Data Western Computing” layihəsi barədə davamlı məlumatlar dərc olunur. İndiyə qədər bir çox (və bəlkə də çoxu) Çin Kommunist Partiyasının kadrları və Çin vətəndaşları deyə bilər ki, bu, Çinin Böyük Məlumat (Big Data) Mərkəzlərinin Milli İnteqrasiya Sistemi qurmaq planının açılış mərhələsidir. Onlar deyə bilərdilər ki, bu, həm cari On dördüncü Beşillik Planı, həm də On dördüncü Milli İnformasiyalaşdırma Planının mərkəz nöqtəsidir. Onlar, həmçinin bunun Pekinin hərtərəfli rəqəmsal strategiyası olan “Rəqəmsal Çin”in əsas texniki alt kateqoriyası olduğunu və onun hazırda sürətləndirilməsi üçün işarələndiyini söyləyə bilərlər.
-
Biraz da Kiber/Nüvə Müqayisəsi aparaq| O, niyə bütün dünyanı risk altında saxlayır?Tədqiqat sahəsi kimi “kiber” zəif analogiyalarla doludur, çünki “kiber” strategiya qəbul edir və dövlətçilik heç bir qaynama nöqtəsi olmadan daha da gərginləşir. Rəqəmsallaşmanın başlanğıcı ilə həm alimlər, həm də ekspertlər cəmiyyətin və iqtisadiyyatın rəqəmsal asılılığının böyük güc rəqabətinə mane olacağı çoxqütblü dünyanı proqnozlaşdırmağa başladılar. Həqiqət budur ki, bu, onu daha da çirkin edir.
-
Təhlükəsizlikdən daha çox| Böyük Güc Rəqabətində Kiberhücum Faktorlarıİnsanların çoxu kibertəhlükəsizlik haqqında yanlış düşünür. Bir konsepsiya olaraq, kibertəhlükəsizlik qəsdən, birbaşa və fiziki olan “təhdid” anlayışlarından çox asılı olaraq qalır. Bu, Qərb, xüsusən də Şimali Amerika mədəniyyətinə uyğundur. Üstəlik, biz kiberməkanda qarşılıqlı əlaqəmizin nəticələrini az qiymətləndirmişik. Nəticədə, biz pis strategiya və pis siyasətlə, o cümlədən fərdi səviyyədə, eləcə də beynəlxalq siyasi nəticələrdə artan zərər riski ilə qarşı-qarşıyayıq.
-
Çin Yaxın Şərqin məlumat, kiber və texnologiya yarışında qalib gəlir – 5G texnologiyası yeni səhifə açırVaşinqton məlumat, kiber və texnologiyanı Yaxın Şərqdəki xarici siyasətinin mərkəzinə inteqrasiya etməlidir. Hazırda Birləşmiş Ştatlar Yaxın Şərqi özünün əsas maraq mərkəzi kimi prioritetləşdirir və bütün dünyada strateji diqqətini əsas yüksələn rəqibi Çinə yönəldir. Çinin aparıcı geostrateji təsir alətlərindən biri Pekinin texnologiya və innovasiya siyasətindən istifadə etməsidir. Pekinin geotexnoloji təsiri demək olar ki, indiyədək görünməyən və ənənəvi hərbi ekspansionizmdən istifadə etmədən Çini qlobal geosiyasətdə əhəmiyyətli oyunçu kimi yerləşdirməyi hədəfləyir. Pekin aktiv 5G diplomatiyası, texnologiya infrastrukturu və təhsili vasitəsilə geotexnoloji təsir yaradır.
-
Ukraynadan Hibrid Müharibənin Gələcəyi üçün DərslərHibrid müharibə kontekstində dezinformasiyanın istifadəsini başa düşmək üçün yeni qərar-analiz yanaşması lazımdır. Ukraynadakı müharibədə iki fərqli rəqabət aparan cəmiyyət var: açıq və qapalı. Bununla belə, bu rəqabətin kritik xüsusiyyətlərini tək bir təhlil çərçivəsində istifadə edərək başa düşmək mümkün deyil. Əvəzində müasir hibrid təhdidlərə güclü siyasət reaksiyası yaratmağa kömək etmək üçün çoxsaylı alətlər inteqrasiya edilməlidir.
-
Heç bir sürpriz gözləməyin| Putin Valdayda sadəcə məyus olduğunu bildirirValday Klubunun illik konfransı əvvəllər Rusiya elitası ilə əlaqələri olan və prezident Vladimir Putinin ənənəvi çıxışından Moskvanın xarici siyasətində yeni tendensiyalar və ambisiyaları eşidəcəklərini gözləyən Qərb və beynəlxalq ekspertlərin qala-toplanışı idi. Bu il isə bir neçə veteran Moskvaya gəlməyi seçdi və “İmperial” mehmanxanasının salonları, əsasən, Putinin anti-imperialist ritorikasının rezonans doğuracağı gözlənilən Qlobal Cənubdan gələn yeni qonaqlarla dolu idi. Kremlin məzmunca zəngin kimi satmağa çalışdığı nitq üzərində yalnız dərin araşdırmalar onun bütün əhəmiyyətini aydınlaşdıra bilər. “İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən təhlükəli onilliyin” başlandığını etiraf edən Putin dünyanı bu təhlükəli reallığa saldığına görə günahı öz boynuna götürmədi, onu birbaşa Qərbin üzərinə atdı.
-
Rusiyanın Qarabağ üzrə Yeni Oyun Planı: Putin Azərbaycanın qətiyyətli mövqeyi qarşısında bükülür?İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan belə qənaətə gəlib ki, Qarabağ məsələsi onun ölkəsinə baha başa gəlib, milli institutlardakı uğursuzluqları ifşa edib və iqtisadiyyatı çökdürüb. Nəticədə, iqtisadiyyatı bərpa etmək və daha yaxşı imakanlar axtaran ermənilərin artan köçünü dayandırmaq üçün dramatik bir cəhd edildi, Paşinyan Qarabağın separatizm iddiaları hesabına dövlət maraqlarını vurğulamağa yönəldi. Lakin o, ölkəsinin istər qondarma qurum, istərsə də Ermənistanla “birləşməsi” ilə bağlı barışmaz mövqeyinin “qeyri-real arzular” olduğunu yaxın gələcəkdə beynəlxalq diplomatik ictimaiyyət və heç bir beynəlxalq məhkəmə tərəfindən heç vaxt qəbul olunmayacağını göstərdi.
-
Növbəti ABŞ-Çin Silah Yarışı: Süni Zəka?Çin ilkin olaraq yalnız Hərbi Məsələlərdə İnformasiya-Texnologiya İnqilabının gəlişini müşahidə edə bilir. Hal-hazırda Xalq Azadlıq Ordusu (XAO) müharibəni dəyişdirmək üçün SZ-nin hərbi tətbiqlərindən istifadə etmək üçün unikal fürsət əldə edə bilər. Birləşmiş Ştatlar birinci Körfəz Müharibəsi zamanı şəbəkə mərkəzli müharibədə öz üstünlüyünü ilk dəfə nümayiş etdirdikdə, XAO informasiya texnologiyaları sahəsində özünün nisbi geriliyinin tam miqyası ilə üzləşmək məcburiyyətində qaldı.
İnformasiya (145)
Son əlavə olunanlar
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
“İradə azadlığı deyə bir şey yoxdur” "/>Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır "/>Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar "/>“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
Şərtlər müəyyən edilib "/>İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük? "/>Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
-
“Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”? "/>Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı... "/>Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası "/>Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə... "/>SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ) "/>Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ)