Axtar
-
Təhlükəsizlikdən daha çox| Böyük Güc Rəqabətində Kiberhücum Faktorlarıİnsanların çoxu kibertəhlükəsizlik haqqında yanlış düşünür. Bir konsepsiya olaraq, kibertəhlükəsizlik qəsdən, birbaşa və fiziki olan “təhdid” anlayışlarından çox asılı olaraq qalır. Bu, Qərb, xüsusən də Şimali Amerika mədəniyyətinə uyğundur. Üstəlik, biz kiberməkanda qarşılıqlı əlaqəmizin nəticələrini az qiymətləndirmişik. Nəticədə, biz pis strategiya və pis siyasətlə, o cümlədən fərdi səviyyədə, eləcə də beynəlxalq siyasi nəticələrdə artan zərər riski ilə qarşı-qarşıyayıq.
-
Şimali Koreya qlobal anlamda kiber təhlükədir?Rusiya və Ukrayna arasındakı müharibə Rusiyanın sanksiyalara cavab vermək üçün kiberhücumlardan istifadə edə biləcəyi, münaqişə və onun nəticələrinin Rusiyanın kiberməkanda strategiyasını necə yenidən formalaşdıra biləcəyi ilə bağlı beynəlxalq narahatlıqlara kifayət qədər diqqət çəkib. Həmin debatlarda mərkəzi istinad nöqtəsi Şimali Koreyadır, bu dövlət uzun müddətdir kiber münaqişələrdə həm iqtisadi, həm də siyasi motivləri qarışdıran, girov ziyanı və ya gözlənilməz nəticələr üçün az narahatlıq göstərən hücumlarla mürəkkəb təcavüzkar hesab olunur. “Truesec” təhlükəsizlik firmasının son təhdid kəşfiyyatı hesabatında belə bir fərziyyə irəli sürülür ki, Rusiyaya qarşı sanksiyalar onun “təcrid olunmuş yaramaz dövlət” kimi fəaliyyət göstərməsinə səbəb ola bilər. Onlar hücum kiber strategiyasını daha çox Şimali Koreya ilə uyğunlaşdıra, pul oğurlamaq üçün kiberhücumlardan, eləcə də kəşfiyyat məlumatlarından istifadə edə bilərlər.
-
İran “Hizbullah”ı necə ən yaxşı kiber gücə çevirdi?İranın nüvə obyektlərinə “Stuxnet” hücumundan sonra Tehran öz kiber əməliyyatlarını və rəqəmsal müşahidə imkanlarını genişləndirməyə diqqət ayırıb. İran müttəfiqi “Hizbullah”ı inkişaf etmiş kiber proqramın əsas hissəsi kimi görür. İran hökuməti “Hizbullah” əməliyyatçılarına kiber təlim və texnologiya ötürüb və bu yaxınlarda Livanda yerləşən qruplaşmaya öz əks-kəşfiyyat kiber bölməsini qurmaqda kömək edib. Bu, yeni bir inkişafdır: 2018-ci ildə Karnegi Sülh Fondunun hesabatında İran və “Hizbullah” arasında “kiber alətlərin birbaşa paylaşılmasına dair əvvəlcədən çox az dəlil olduğu” qeyd edilirdi. İŞİD-in məhv edilməsindən sonra “Hizbullah” kiberməkanda Yaxın Şərqin ən təkmil və nüfuzlu qeyri-dövlət aktoru oldu.
-
Müharibə hələ də müharibədir: Kiber kultuna qulaq asmayınMüharibədə döyüşçüləri qələbəyə sövq edən hansısa mədəni atribut, etos və ya kollektiv ideal varmı? Bunlar kibertəhlükəsizliyə tətbiq olunurmu, kiber döyüşçü mədəniyyəti nədir? Bu cür suallar kibermüharibənin əsasını təşkil edir və bu, dövlət əsaslı haker üçün bəzi kollektiv etosun olduğunu göstərir.
-
İsrail necə ən yaxşı kiber gücə çevrildi? – Düzgün siyasət və təşkilatlanma açardırDünyanın ikinci ən böyük kibertəhlükəsizlik klasteri 500 ən böyük qlobal kibertəhlükəsizlik firmasının 12 faizinə sahib olan İsraildir. Birincisi isə bu firmaların 32 faizinin yerləşdiyi San-Fransiskodur. Canlı innovasiya ekosistemi onlarla böyük şirkətə, 470 aktiv kibertəhlükəsizlik startapına, adambaşına düşən ən çox vençur kapitalına və güclü istedad fonduna malikdir. Artıq 2014-cü ildə İsrailin mülki kibertəhlükəsizlik ixracı Böyük Britaniyanın 2016-cı il üçün təyin etdiyi hədəfdən üç dəfə çox idi.
-
ABŞ kiberdöyüşçüləri Ukraynada Rusiyaya qarşı vuruşur?Artıq hər kəsə məlumdur ki, Rusiya Ukraynada əhəmiyyətli irəliləyiş əldə edə bilməyib və Ukrayna hakimiyyətinin əsas qovşaqları hələ də nəzarət altındadır. Bu, təkcə quruda deyil, kiberməkanda da belədir. Müharibənin əvvəlində həm kiber, həm də hərbi ekspertlər Rusiya qüvvələrinin ukraynalıları tez bir zamanda məğlub edə biləcəyini iddia edirdi. Ukraynalıların qəhrəmancasına əzmkarlıq göstərməsi, uğursuz rus logistikası və Qərbin yardımı ilə hərbi ekspertlərin səhvi tez bir zamanda sübuta yetirildi. ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes Senatın Kəşfiyyat üzrə Komitəsində açıq şəkildə deyib ki, bu müqavimət Moskvanı sürətli qələbədən məhrum edib. Bununla belə, müharibənin başlanğıcında Ukraynanın nə üçün kütləvi kiberhücumlara məruz qalmadığı bir çox kiberekspertləri çaşdırırdı. Mövcud kibermünaqişə nəzəriyyəsi ümumiyyətlə kiberhücumların ilk növbədə silahlı münaqişənin başlanğıcında həlledici üstünlük əldə etmək və erkən mərhələdə əsas irəliləyişlərə nail olmaq üçün rəqibi çaşdırmaq, yönünü dəyişmək və ya sıradan çıxarmaq üçün istifadə edildiyini bildirir. Bu, Rusiyanın irəliləməsi üçün əvəzolunmaz üstünlük ola bilərdi. Müharibənin ilk günlərində və həftələrində nəzəriyyənin nə üçün reallıqla üst-üstə düşmədiyinə dair yalnız dumanlı ipuçları və təxminlər irəli sürmək olar. İndi isə o taleyüklü günlərdə kiberməkanda həqiqətən baş verənlərin daha yaxşı, lakin hələ də natamam mənzərəsi var.
-
“Bayraktar”, MMU, SİPER - hər birində onun imzası var| Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSANTürkiyənin müdafiə sənayesi sektoru son illərdə ölkə iqtisadiyyatında önəmli yer tutmağa başlayıb. Sektor həm nüfuzli sahibkarların, həm də yeni başlayan startapçıların diqqətini çəkir. Sənaye 2015-ci ildən etibarən sürətlə artır. Sektorun həmin vaxtkı dövriyyəsi təxminən 5 milyard dollar təşkil edirdi, 2019-cu ildə isə bu rəqəm iki dəfə artıb. Pandemiya səbəbindən ötən il müdafiə sənayesinin gəlirləri azalsa da, ekspertlər yenidən artacağını düşünür.
-
Niyə Ukraynadakı müharibə Belarusda narahatlıqları artırır?Həm birbaşa, həm də dolayısı ilə Rusiyanın Ukraynada apardığı müharibə Belarus sərhədinin o tayında narahatlıqlara səbəb olur. Beləliklə, martın 30-da hakimiyyət Belarusdakı Rusiya hərbi təchizat xətlərini pozmağı hədəfləyən “dəmir yolu müharibəsi”nin bir qrup günahkarını həbs edib. Bir mənbəyə görə, onlardan ikisi, 27 və 28 yaşlı şəxslər Mogilev vilayətinin Bobruysk şəhərindəndir. Başqa bir mənbəyə görə, 3 şübhəli martın 30-da, daha 1-i, Minskdən olan 40 yaşlı kişi aprelin 1-də saxlanılıb.
-
Rusiya kibermüharibənin aparılmasında da bacarıqsızdır?Ukrayna müharibəsində hadisələrin sürətlə inkişaf etdiyi bir vaxtda daha maraqlı suallardan bəziləri baş verməyənlər ətrafında fırlanır. Rusiya niyə Ukraynanın ciddi müqavimət göstərməyəcəyini düşünürdü? Rusiya niyə öz qüvvələrini daha yaxşı əlaqələndirmədi? Bəs nə üçün Rusiya Ukraynaya və onun Qərb himayədarlarına qarşı təriflənmiş kiberhücum imkanlarından istifadə etmədi?
Kompüter (91)
Son əlavə olunanlar
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
“İradə azadlığı deyə bir şey yoxdur” "/>Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır "/>Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar "/>“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
Şərtlər müəyyən edilib "/>İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük? "/>Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
-
“Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”? "/>Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı... "/>Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası "/>Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə... "/>SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ) "/>Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ)