Axtar
-
“Dördlük” strategiyası: Şərqi Avropada parçalanma, Hind-Sakit Okeanda birləşmə?Dördtərəfli Təhlükəsizlik Dialoqu (“Dördlük”, ingiliscə “Quad”) 2022-ci il martın 4-də Ukrayna böhranı ilə bağlı fikir ayrılıqları səbəbindən qrupun ciddi problem içində olduğuna dair fərziyyələrə son qoymaq üçün toplandı. Dörd tərəfdaşdan üçünün Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, qruplaşma birgə olaraq Rusiyanın işğal əməliyyatını qınamadı. Əksinə, “daha geniş təsirlərə”, xüsusən də humanitar aspektə toxundular.
-
Rusiya Ukraynadakı müharibəyə görə parçalana bilərmi? – İngiltərə və Fransaya nəzər salınRusiyanın Ukraynaya hücumu 1956-cı ildə İngiltərə və Fransanın Süveyş kampaniyasını xatırladır. İngiltərə və Fransanın alçaldıcı şəkildə geri çəkilməsi onların birinci dərəcəli güclər statusunun sona çatması, siyasi böhranların və müstəqillik hərəkatları üçün ərazi itirilməsinin çətin dövrünün başlanğıcı oldu.
-
Ukraynakı müharibə Aİ-nin Hind-Sakit Okean ambisiyalarını yenidən konfiqurasiya etdi? – STRATEJİ BAXIŞUkrayna böhranı artıq bütün dünyada ciddi humanitar təsirindən başqa bir çox fərqli əks-səda doğurur. Geosiyasi baxımdan o, artıq müttəfiqlər arasında çatışmazlıq xətlərini ifşa edib (məsələn, Hindistan digər “Dördlük” (Quad) Təhlükəsizlik Dialoquna qarşı). Müharibə strateji sükutla da olsa, rəqiblərin, yəni Hindistan və Çinin bilmədən bir araya gəlməsinə səbəb oldu, Amerika Birləşmiş Ştatlarının və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) işğalın dayandırılmasında və ya gərginliyin azaldılmasında etibarını azaltdı və Avropada görünməmiş birliyə təkan verdi. Bundan əlavə, iyun ayında (Madrid sammitində) NATO-nun ən son Strateji Konsepsiyasının qəbul edilməsi ərəfəsində Avropa İttifaqının (Aİ) bu yaxınlarda Strateji Kompası təsdiq etməsi Avropanın təhlükəsizlik siyasəti üçün gec, lakin xoş qarşılanan hərbi və strateji dəyişiklik hesab edilir.
-
Pekin Moskva ilə tərəfdaşlıqdan imtina etsə nə baş verə bilər?Ukraynaya təcavüzündən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun iqtisadiyyatını məhv edəcək, lakin şiddətin dərəcəsi Çindən və onun nə qədər iqtisadi yardım əlini uzatmağa hazır olmasından asılıdır. Qısa müddətdə artan əmtəə qiymətləri Moskvanın sərt valyuta ehtiyatlarını artıracaq, buna parallel olaraq Ukraynaya qarşı genişmiqyaslı müharibə aparmağın böyük xərclərini azaldacaq. Lakin Qərbin sanksiyalarının sərt olmasına baxmayaraq, o hələ Rusiyanı iqtisadi uçuruma aparmayıb. Bu arada Çin Qərbin Rusiyaya qarşı sanksiyalarına və ya bu məsələ ilə bağlı hər hansı digər birtərəfli sanksiyalara kəskin etirazını bildirib. Məsələn, bu yaxınlarda keçirdiyi mətbuat konfransında Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, birtərəfli sanksiyaların artması qlobal sənaye və təchizat zəncirlərini qıracaq, bütün ölkələrin insanlarının güzəranına zərər verəcək və onlar geosiyasi münaqişələrin və böyük ölkə rəqabətinin ağır yükünü daşımaq məcburiyyətində qalacaqlar.
-
Rus tankları hər yerdə məhv edilir| Onlar müasir döyüş meydanında hələ də lazımdır?Rusiya-Ukrayna müharibəsi hələ də bütün şiddəti ilə davam edir, nəticəsi bəlli deyil. Öyrənilən dərslər haqqında qəti mühakimə yürütmək çox tezdir. Ancaq bu günə qədər gördüyümüz müharibənin gələcəyi ilə bağlı hərbi dairələrdə davam edən müzakirələrə, xüsusən də tankın quru müharibəsinin kralı kimi 80 illik padşahlığını davam etdirə bilməyəcəyinə dair yeni sübutlar təqdim edir.
-
Artıq ABŞ Avropada kimə zəng edəcəyini bilir – Titan yenidən dirçəlirRusiyanın Ukraynaya müdaxiləsi Almaniyanın onilliklər boyu davam edən təhlükəsizlik siyasətini bir neçə gün ərzində kəskin şəkildə dəyişdi. Kansler Olaf Şolts bu yaxınlarda müdafiə xərcləri üçün 100 milyard avro (113 milyard dollar) artırıldığını, həmçinin Almaniyanın hər il büdcəsinin 2 faizindən çoxunu müdafiəyə xərcləməyi öhdəsinə götürdüyünü açıqladı. Vaşinqton indi ABŞ-Almaniya tərəfdaşlığını “xüsusi əlaqələr” statusuna yüksəltmək üçün bu tarixi fürsətdən istifadə edə bilər.
-
Çin və Rusiya arasında ayrılmaz tellər| Pekin Moskvaya niyə dəstək verməyə məcburdur?Rus tanklarının Kiyevə doğru hərəkətə başlamasından etibarən Çin liderlərinin Kremlin müharibə planları barədə əvvəlcədən məlumatlı olub-olmaması ilə bağlı mübahisələr yaranıb. Rusiyanın Ukraynaya gözlənilməz hücumu ilə bağlı ABŞ-ın xəbərdarlığı geosiyasi hiylə kimi qiymətləndirildiyi üçün Çinin xarici siyasət ictimaiyyəti mat qalıb. Bununla belə, Çin-Rusiya strateji tərəfdaşlığının yüksək dərəcədə fərdiləşdirilmiş xarakterini nəzərə alsaq, (Prezident Si Cinpin 2013-cü ildən bəri həmkarı Vladimir Putinlə 38 dəfə görüşüb) yüksək rəhbərliyin müharibədən xəbərdar ola biləcəyi sirr deyil. Si Cinpin dövründə ABŞ ilə rəqabət gücləndikcə, Rusiya Çinin ən təsirli strateji tərəfdaşı kimi mövqeyini möhkəmləndirdi. Bununla belə, Çin, Putinin başlatdığı müharibənin və nəticədə beynəlxalq reaksiyanın Rusiyaya ciddi ziyan vurmasından narahatdır. Bəzi elitalar Rusiyanın qəddarlığını və birtərəfli təcavüzünü pisləyirlər, bu da Çinin əvvəllər dərk etdiyindən daha zəif və döyüşkən tərəfdaşa bağlı olmasından artan narahatlığı göstərir.
-
“Soyuq Müharibə 2.0”| Çin-ABŞ/SSRİ-ABŞ soyuq müharibəsi arasında paralellər və açıq fərqlərDonald Trampın prezidentliyi dövründə “Soyuq Müharibə 2.0” termini Çinin iqtisadi yüksəlişi ilə ABŞ-Çin rəqabəti kontekstində populyarlaşdı. Dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilməklə Çin ABŞ-ın rəhbərlik etdiyi iqtisadi sistemə meydan oxuyur və hərbi supergüc olmaq məqsədi daşıyır. Təxminən 250 milyard dollarlıq hərbi xərcləri ilə ABŞ-dan sonra ikinci ən böyük hərbi xərclərə malik Çin Cənubi Çin Dənizində ərazi iddialarını irəli sürmək üçün hərbi gücündən istifadə edir. Pekin Cənubi Çin Dənizi boyunca süni adalar inşa edir, eyni zamanda Cibutidə Bab əl-Məndəb strateji nöqtəsində özünün ilk xarici hərbi bazasını yaradır. Bu fəaliyyətlər ABŞ-ın Çinin yüksəlişinin təhdid olduğuna dair təsəvvürlərinə təsir edir. Beləliklə, hegemon status üçün ABŞ və Çin arasında yeni qlobal rəqabət başlayıb.
-
“Huawei”: Uğur hekayəsi, yoxsa Troya atı?Beynəlxalq münasibətlərin gedişatını anlamağa çalışan və yaxınlaşan geosiyasi fırtınalardan cəmiyyətləri məlumatlandırmaq iddiasında olan “strateqlər”in proqnozlarına baxmayaq, gözləntilərin əksinə olaraq Çin-ABŞ münaqişəsi Cənubi Çin dənizində deyil, rəqəmsal müstəvidə və telekommunikasiya peyklərinin dolaşdığı dünyanın alçaq hündürlük orbitində, hətta adi mobil telefon dilerlərində qızışıb.
Avstraliya (44)
Son əlavə olunanlar
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
“İradə azadlığı deyə bir şey yoxdur” "/>Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır "/>Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar "/>“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
Şərtlər müəyyən edilib "/>İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük? "/>Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
-
“Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”? "/>Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı... "/>Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası "/>Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə... "/>SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ) "/>Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ)