Axtar
-
Böyük Beşlik və Proksi Aktorlar| Hansına daha çox diqqət yetirməliyik?Ukraynada müharibə inkişaf etdikcə, çaşdırıcı sual hələ də səsləndirilir: Niyə dünya Rusiya doktrinasında nəzərdə tutulan hibrid müharibənin şahidi olmadı? Bundan əlavə, ABŞ Ukraynanı silahla təchiz etdiyi və Rusiyaya qarşı iqtisadi müharibə apardığı bir vaxtda Putin niyə kiberməkanda ABŞ-a qarşı mübarizə aparmayıb? Bu suallar Rusiyanın imkanları və niyyətlərinin əsasını təşkil edir. Həmişə olduğu kimi özünün “kağız pələng” olduğunu göstərən Rusiya Ukraynada əməliyyat uğuru əldə edə bilmədiyini nümayiş etdirməkdə davam edir. Ən son belə hadisə Rusiyanın Ukrayna elektrik şəbəkəsini poza bilməməsidir. Xüsusilə də müharibədən əvvəlki dramatik proqnozlarla müqayisədə Rusiyanın faktiki qabiliyyətləri ilə onun xaos törətmək istəyi arasında aydın bir əlaqə var.
-
İsrail necə ən yaxşı kiber gücə çevrildi? – Düzgün siyasət və təşkilatlanma açardırDünyanın ikinci ən böyük kibertəhlükəsizlik klasteri 500 ən böyük qlobal kibertəhlükəsizlik firmasının 12 faizinə sahib olan İsraildir. Birincisi isə bu firmaların 32 faizinin yerləşdiyi San-Fransiskodur. Canlı innovasiya ekosistemi onlarla böyük şirkətə, 470 aktiv kibertəhlükəsizlik startapına, adambaşına düşən ən çox vençur kapitalına və güclü istedad fonduna malikdir. Artıq 2014-cü ildə İsrailin mülki kibertəhlükəsizlik ixracı Böyük Britaniyanın 2016-cı il üçün təyin etdiyi hədəfdən üç dəfə çox idi.
-
Ukraynada partizan müharibəsini hansı qüvvələr aparır?Aprelin 22-də Mərkəzi Hərbi Dairə komandiri vəzifəsini icra edən general Rüstəm Minnekayev bəyan edib ki, Rusiyanın “Ukraynada xüsusi hərbi əməliyyatı”nın ikinci mərhələsinin məqsədlərindən biri Donbas və Ukraynanın cənubuna tam nəzarəti ələ keçirməkdir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq “Krıma quru dəhlizinin yaradılmasını, Ukrayna iqtisadiyyatının mühüm obyektlərinə nəzarətin təmin edilməsini” və Rusiyanın 1992-ci ildən Rusiyanın “sülhməramlı” qüvvələri tərəfindən işğal edilmiş Moldovanın separatçı bölgəsi Dnestryanıya çıxışını təmin edəcək.
-
ABŞ kiberdöyüşçüləri Ukraynada Rusiyaya qarşı vuruşur?Artıq hər kəsə məlumdur ki, Rusiya Ukraynada əhəmiyyətli irəliləyiş əldə edə bilməyib və Ukrayna hakimiyyətinin əsas qovşaqları hələ də nəzarət altındadır. Bu, təkcə quruda deyil, kiberməkanda da belədir. Müharibənin əvvəlində həm kiber, həm də hərbi ekspertlər Rusiya qüvvələrinin ukraynalıları tez bir zamanda məğlub edə biləcəyini iddia edirdi. Ukraynalıların qəhrəmancasına əzmkarlıq göstərməsi, uğursuz rus logistikası və Qərbin yardımı ilə hərbi ekspertlərin səhvi tez bir zamanda sübuta yetirildi. ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes Senatın Kəşfiyyat üzrə Komitəsində açıq şəkildə deyib ki, bu müqavimət Moskvanı sürətli qələbədən məhrum edib. Bununla belə, müharibənin başlanğıcında Ukraynanın nə üçün kütləvi kiberhücumlara məruz qalmadığı bir çox kiberekspertləri çaşdırırdı. Mövcud kibermünaqişə nəzəriyyəsi ümumiyyətlə kiberhücumların ilk növbədə silahlı münaqişənin başlanğıcında həlledici üstünlük əldə etmək və erkən mərhələdə əsas irəliləyişlərə nail olmaq üçün rəqibi çaşdırmaq, yönünü dəyişmək və ya sıradan çıxarmaq üçün istifadə edildiyini bildirir. Bu, Rusiyanın irəliləməsi üçün əvəzolunmaz üstünlük ola bilərdi. Müharibənin ilk günlərində və həftələrində nəzəriyyənin nə üçün reallıqla üst-üstə düşmədiyinə dair yalnız dumanlı ipuçları və təxminlər irəli sürmək olar. İndi isə o taleyüklü günlərdə kiberməkanda həqiqətən baş verənlərin daha yaxşı, lakin hələ də natamam mənzərəsi var.
-
Azərbaycanda İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Mərkəzi yaradılırRəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.
-
“Cyber Pearl Harbor” qorxusu qeyri-real deyil| Cilovlanmış Rusiya yeni kiber təhdidlər sovuracaqUkraynada döyüşlər əsas şəhərlər ətrafında güclənsə də, Rusiya qüvvələri hələ ki, əvvəlki illərdən fərqli olaraq kiber fəaliyyətlər həyata keçirməyib. Düzdür, ekspert müşahidələri ölkənin işğalından sonra Rusiyanın IP məkanından müəyyən edilmiş təhlükə aktorları ilə əlaqəli daha geniş yayılmış casusluq, fişinq kampaniyaları və dezinformasiya səyləri barədə məlumat verir. Lakin çoxsaylı ekspertlər və şərhçilərin gözlədiyi “kiberblitzkriq” baş tutmadı.
-
“Dördlük” strategiyası: Şərqi Avropada parçalanma, Hind-Sakit Okeanda birləşmə?Dördtərəfli Təhlükəsizlik Dialoqu (“Dördlük”, ingiliscə “Quad”) 2022-ci il martın 4-də Ukrayna böhranı ilə bağlı fikir ayrılıqları səbəbindən qrupun ciddi problem içində olduğuna dair fərziyyələrə son qoymaq üçün toplandı. Dörd tərəfdaşdan üçünün Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, qruplaşma birgə olaraq Rusiyanın işğal əməliyyatını qınamadı. Əksinə, “daha geniş təsirlərə”, xüsusən də humanitar aspektə toxundular.
-
Rusiya kibermüharibənin aparılmasında da bacarıqsızdır?Ukrayna müharibəsində hadisələrin sürətlə inkişaf etdiyi bir vaxtda daha maraqlı suallardan bəziləri baş verməyənlər ətrafında fırlanır. Rusiya niyə Ukraynanın ciddi müqavimət göstərməyəcəyini düşünürdü? Rusiya niyə öz qüvvələrini daha yaxşı əlaqələndirmədi? Bəs nə üçün Rusiya Ukraynaya və onun Qərb himayədarlarına qarşı təriflənmiş kiberhücum imkanlarından istifadə etmədi?
-
Azərbaycanın nəhəng kibertəhlükəsizlik addımında Türkiyə imzasıAzərbaycanda informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində çalışan ekspert və təşkilatlardan ibarət Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) yaradılıb. AKTA kibertəhlükəsizlik, maarifləndirmə və informasiya sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinə dəstək verəcək, milli maraqları təbliğat və dezinformasiya fəaliyyətindən qoruyacaq, bu mübarizədə müvafiq təkliflər verəcək, görülən işləri əlaqələndirəcək.
Kibertəhlükəsizlik (69)
Son əlavə olunanlar
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
“İradə azadlığı deyə bir şey yoxdur” "/>Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır "/>Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar "/>“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
Şərtlər müəyyən edilib "/>İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük? "/>Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
-
“Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”? "/>Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı... "/>Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası "/>Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə... "/>SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ) "/>Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ)