ABŞ HDQ qeyri-müntəzəm Baltik münaqişəsində: Rusiyanın hibrid müharibəsinə qarşı mübarizədə dəniz qüvvələrinin rolu

 ABŞ HDQ qeyri-müntəzəm Baltik münaqişəsində: Rusiyanın hibrid müharibəsinə qarşı mübarizədə dəniz qüvvələrinin rolu
115     20:31     29 09 2024    

https://nationalinterest.org/blog/the-buzz/the-us-navy-irregular-baltic-conflict-seapowers-role-18163?fbclid=IwAR3w6QwaHKGY6st-nAG_nIvxk3YBMHg9jdoda-7XkIhCdl9niunnFHwx6bY

Baltik dənizində səhər saat dörddür. Estoniya ilə sərhəddə yerləşən Narva şəhərindəki rus həmvətənləri, dalğaların arasından meriyanı, polis qərargahını və əsas telekommunikasiya qovşaqlarını ələ keçirirlər. Kral Donanması ilə Şotlandiya yaxınlığında mina əleyhinə təlimlər keçirən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Sahili Döyüş Gəmisi (LCS) ABŞ-ın dənizdəki ən əhəmiyyətli varlığıdır.

Bu məqalə ABŞ-ın dəniz gücünün Baltik regionunda qeyri-qanuni hadisələrin qarşısını almaqda və onlara cavab verməkdə rolunu araşdırır. Rusiyanın Krımı ilhaq etməsindən sonra Rusiyanın hibrid müharibəsi ilə bağlı müzakirələr az olsa da aparılır, ancaq dəniz gücünün rolu demək olar ki, müzakirə olunmur.

Baltik Ssenariləri

Qeyri-qanuni və ya qeyri-ənənəvi münaqişələrdə tez-tez rast gəlinən iki əsas ssenari növündən birincisi həmvətənlərdən istifadə etməkdir. Bu vəziyyətdə təcavüzkar (Rusiya, Baltik böhranında potensial Amerika rəqibi kimi) xaricdə ona rəğbət bəsləyən soydaşlarına bir şəhəri və ya ərazini işğal etmək və ya bu və ya digər şəkildə nəzarəti ələ keçirmək üçün güc tədarük edir və ya onları təşviq edir. Nəticə faktiki olaraq ərazinin işğalçı tərəfindən böyük bir etnik əhali vasitəsilə mənimsənilməsi ilə yadda qalır. Həmçinin etnik qüvvələr nəzarəti ələ aldıqdan sonra, onlar dərhal düşmənçiliyi dayandıracaq, rəqiblərinə de-fakto vəziyyəti təqdim edəcəkdilər.

Ukraynaya hərbi müdaxilədən əvvəl Rusiya etirazları səfərbər etmək, siyasi hərəkatları gücləndirmək və siyasi qeyri-sabitlik yaratmaq üçün seçilmiş rusiyayönümlü Ukrayna elitaları ilə işləyən siyasi müharibə kampaniyasından istifadə edirdi. Bu taktika “həmvətən əhalinin müdafiəsi və dəstəklənməsinə” çağıran Rusiyanın daha geniş xarici siyasət kontularına uyğundur. Bununla belə, təcavüzkarın səhv hesablama aparması və tamamilə nəzarət edə bilməyəcəyi siyasi üsyanı qızışdırması riskdir.

Bu nəzarətin olmaması ikinci ssenari tipində, yəni “kiçik yaşıl adamların” sızmasının bəzi potensial dəyərini önə çəkir. Təcavüzkar eskalasiya üzərində daha çox nəzarəti saxlamağa çalışacağı təqdirdə, o, yaranan böhran zamanı həmvətənlərinə birbaşa taktiki və operativ dəstək göstərmək üçün surroqatlar, milislər və ya işarəsiz xüsusi əməliyyat qüvvələri vasitəsilə yardım etməyi seçə bilər. Məsələn, Rusiyanın Krımda daha aşkar iştirakı ərəfəsində, Rusiya Xüsusi Təyinatlı Qüvvələri və elit piyada qoşunları əsas giriş yollarını ələ keçirərək və yerli özünü elan etmiş xalq respublikalarına qarşı iddiaları gücləndirərək döyüş məkanını formalaşdırdılar .

Bu ssenarilər son hissədə Hərbi Dəniz Qüvvələrinin rolunu daha yaxşı müzakirə etməyə kömək edəcək bir neçə vacib xüsusiyyətləri bölüşür:

Sürət və məsafə: Rusiya təkcə manevr və yerli üstünlükdə deyil, həm də təşəbbüsdə üstünlüyə malikdir. Bu yerli təşəbbüs Rusiyanın risk hesablamasının və ABŞ-ın öz Hərbi Dəniz Qüvvələrindən necə istifadə edə biləcəyinin mühüm ölçüsüdür. Yerli güc dinamikası, rəqibin xərcləri və riski necə hesablamasında mühüm rol oynayır, habelə Baltik dənizi vəziyyətində Rusiyaya üstünlük verir.

Məhdud əhatə dairəsi: Qeyri-müntəzəm ssenarilər çox vaxt məhdud məqsədlərlə xarakterizə olunur. Rusiya qeyri-ənənəvi taktikalardan istifadə edərək, NATO alyansına inamı zəiflədə, daxili etibarı gücləndirə, regional düşmənlərə təzyiq göstərə və ya irredentist məqsədləri həll edə bilər. Sürət və yaxınlıqda Rusiyanın üstünlükləri ilə yanaşı qeyri-ənənəvi kampaniyaların məhdud dairəsi, ABŞ donanmasının cavabının böyük ehtimalla Rusiyanın məqsədlərinə çatmasından sonra ola biləcəyini göstərir.
Qeyri-müəyyənlik: Qeyri-müəyyənlik Rusiyanın iştirak edib-etməməsi ilə bağlı çaşqınlığa aid deyil. Rusiyanın qeyri-qanuni münaqişəyə qarışmaması ilə bağlı zəruri siyasi fantastikaya baxmayaraq (hər şeydən sonra, bəzi hallarda onları cəlbedici seçimlər edir), Birləşmiş Ştatlar böyük ehtimalla hansı qüvvələrin fəaliyyət göstərdiyini biləcək. Qeyri-müəyyənliyin əsl nəticəsi münaqişənin xərclərinin düzgün ölçülməsindədir. Strateji və eskalasiya niyyəti ilə bağlı fikir formalaşdıran ənənəvi Rusiya qüvvələrinin olmadığı bir şəraitdə qeyri-ənənəvi qüvvələrin strateqləri Moskvanın məqsədlərini gizlədə bilir. Siyasətçilər fəaliyyət və ya hərəkətsizliyin dəyərini effektiv hesab edə bilmirlər. Eskalasiya qabiliyyəti olmayan aşağı səviyyəli rəqiblə qarşılaşdıqda, Birləşmiş Ştatlar səhv hesablama aparsa, heç bir ekzistensial nəticə olmaya bilr. Ancaq oxşar və ya daha yaxın gücə malik rəqiblə bağlı məlumatın olmaması ABŞ-ı Ukraynada olduğu kimi müvəqqəti olaraq qərarsızlığa məcbur edə bilər.

Ancaq nəzəriyyə də soruşmaq üçün kifayətdir: Qeyri-nizami ssenari necə olacaq? Aşağıda mən bu elementlərdən bəzilərinin Baltikyanı regionda böhran yaratmaq üçün necə birləşə biləcəyinə dair bir nümunə çəkdim və mümkün olan yerlərdə tarixi nümunələrdən istifadə etdim.

Narvada böhran

2016-cı ilin sonudur. Aşağı neft qiymətləri Rusiya iqtisadiyyatını gərginləşdirməyə davam edərək, Putinin “Vahid Rusiya” partiyasını parlament seçkilərində 30 faizdən aşağı qərarlaşmasına səbəb olub. Rejimdən narazılığını ifadə etmək üçün Moskvanın hər yerində etirazlar (oxşar etirazlar 2012-ci ildə yatırılmışdı) vardı. ABŞ-ın ən yaxın aviadaşıyıcı zərbə qrupu Aralıq dənizinin şərqində İŞİD-ə qarşı əməliyyatlara dəstək verirdi. Ən yaxın yerləşdiriləbilən döyüş gəmisi Şotlandiyanın şərq sahillərində Kral Donanması ilə mina əleyhinə təlimlər keçirən Sahil Döyüş Gəmisi idi.

Ölkə daxilində populyarlıq reytinqini yaxşılaşdırmaq üçün Kreml millətçi əhval-ruhiyyəni qızışdırmağa fürsət axtarırdı. Nəhayət, oktyabrın sonlarında bu fürsət yaranır, bu zaman Baltikyanı ölkələrdəki rusdilli “Ultras” (fanatik futbol klubları) Latviya və Rusiya milli futbol komandaları arasında xüsusilə qızğın oyundan sonra yerli hakimiyyət orqanlarına qarşı təbliğata başlayır. Başlanğıcda zərərsiz görünsə də - ekstremal futbol klubları “Ərəb baharı” zamanı Misirdə qiyamın qızışmasına kömək etmişdi - bir neçə rus futbol azarkeşi həbs olundu. Baltikyanı ölkələrdə artan bir neçə günlük etiraz aksiyalarından sonra Estoniya sərhəd patrul zabitlərinin kiçik bir kontingenti estonların Rusiya ərazisinə qanunsuz daxil olduğunu iddia edən Rusiya qüvvələri tərəfindən saxlanıldı. Baltikyanı liderlərin sərhəd patrul xidmətçilərinin geri qaytarılması ilə bağlı çağırışları və Qərb mediasında NATO-nun potensial hərbi reaksiyası ilə bağlı fərziyyələr, adamların Rusiya sərhədindən keçməsi ilə bağlı təsdiqlənməmiş xəbərlərlə yanaşı, sayları artan Ultraları daha da səfərbər edirdi.

Estoniyanın Narva şəhərində etnik rusların muxtariyyət tələb etməsi ilə gərginlik tezliklə qırılma nöqtəsinə çatdı. Estoniya polisi və yerli hərbçilər etirazçılar tərəfindən sıxışdırıldı. Sərhədçilərin ələ keçirilməsindən sonra 24 saat ərzində Narvanın polis qərargahı, hava limanı və bələdiyyə mərkəzi rusdilli yarımhərbi qüvvələr tərəfindən işğal edildi. Onların dəqiq mənsubiyyəti məlum deyil, lakin analitiklər onların bölgədəki Rusiya xüsusi operatorları tərəfindən kömək alan gizli rus etnik silahlıları olduğundan şübhələnirlər, onlar Rusiya qüvvələrinin Krımın ilhaqı zamanı döyüş meydanının formalaşmasına kömək etmişdilər. Eyni zamanda, Rusiya qüvvələri təcili təlim adı altında Estoniya sərhədində toplaşırdı. Narvada rusiyayönlü liderlərin rəhbərlik etdiyi fövqəladə şura yerli hökumətə nəzarəti ələ keçirdiyini və müstəqil Narva Xalq Respublikasının yaradıldığını elan edir. Rusiya buna cavab olaraq Estoniyanı hədələyir və yeni respublikaya müdaxilə olunacağı təqdirdə Rusiyanının həmvətənlərini müdafiə etməyə məcbur olacağı barədə bəyanat yayır. Ertəsi gün tələsik keçirilən referendumla şəhərin 87 faizinin Estoniyadan ayrılmaq və Rusiya Federasiyasının bir hissəsi kimi yenidən birləşmək arzusunda olduğunu iddia edərək, Moskvanın iddialarını təsdiqləyir.

Dəniz Gücü

Bu ssenari (Baltikyanıda olan hər hansı qeyri-müntəzəm vəziyyət) zərər çəkmiş dövləti dərhal qərar verməyə məcbur edir – kinetik reaksiya vermək lazımdır, ya yox? Bu sadə sual deyil və bunun səbəbini başa düşmək üçün daha öncə baş verənləri anlamalıyıq. Məsələn, vəziyyətin qeyri-müəyyən təbiətinin yaratdığı fəsadları nəzərdən keçirək. Əməliyyat xərclərinin nə ola biləcəyini dəqiq dərk etmədən (məsələn, Rusiyanın Narvada rusiyayönlü qüvvələri şərti olaraq dəstəkləməsi), Estoniya Birləşmiş Ştatları risklər haqqında kritik infromasiya ilə təmin edə bilmir. Qısa müddətdə seçimlər potensial olaraq qələbə və ya məğlubiyyətdir, cavab Rusiyanın qeyri-müəyyən məqsədlərinə mane olmaq üçün naməlum qiymət ödəmək ola bilər, habelə heç bir cavabın olmaması Rusiyaya qələbə qazandırmaq riski daşıyır.

Estoniya cavab vermək istəsə, ABŞ-ın donanma ilə dəstək verəcəyi dəqiq deyil. Qüvvələr hərəkətə keçməzdən əvvəl qərar qəbul edənlər əvvəlcə cavabın döyüşdə iştirak edən nizamsız qüvvələri, yoxsa təcavüzün arxasında duran dəstəkçini hədəf alacağını düşünməlidirlər.

Tarix cavabın nə ola biləcəyi ilə bağlı maraqlı kontekst təqdim edir. 105 ərazi işğalını tədqiq edən Dan Altman üç növ gözlənilməz hadisəni (Krım istisna olmaqla) müəyyən edir - Pakistandan Kargilə, Hindistana (1999); Perudan Letisiyaya, Kolumbiyaya (1932) və Finlandiyadan Kareliyaya, Rusiyaya (1919) müdaxilə. Hər bir halda, zərər çəkmiş tərəf cavablarını dəstəkçi dövlətə deyil, yalnız qeyri-qanuni qüvvələrə qarşı yönəltməklə cavab verdi. Bütün hallarda, Altmanın yazdığı kimi, cavab verən tərəf “münaqişənin uydurma şərtlərini qəbul edərək döyüş meydanında inkar edilə bilən qüvvələri məğlub etmək üçün kifayət qədər güc səfərbər etdi”.

Bu nümunələrdən göründüyü kimi, böhranın qarşısının alınması yuxarıda təsvir edilən kimi qeyri-ənənəvi ssenarilərdə ehtimal olunan yoldur. Cavab qeyri-müntəzəm ölçüyə yönəldikdə, inkar edilə bilən məğlubiyyəti qəbul etmək və ya qeyri-müntəzəm qüvvələri şərti dəstək ilə dəstəkləmək barədə seçim etmək vəzifəsi dəstəkçi dövlətin üzərinə qoyulur. Rusiyanın işə qarışmaması illüziyasını saxlamaq təxribatların uğurla dəf ediləcəyi təqdirdə Moskvaya əlavə imkanlar yaradır. Başqa sözlə, Moskva öz döyüşçülərini rədd edə və itirilmiş müharibənin daxili nəticələri olmadan eskalasiyadan qaça bilər.

Beləliklə, fərz edək ki, Estoniya cavab verməyi seçib, ABŞ kömək etməyə qərar verib və hər ikisi ssenarinin qeyri-müntəzəm ölçüsünü hədəf almağı uyğun görüb: Burada Dəniz Qüvvələrinin rolu nə olacaq? Seçimlərdən biri Rusiyanın böhrandan uzaq olması ilə bağlı siyasi fantastika ilə razılaşmaqdır. Bu vəziyyətdə Baltikyanı, Amerika və ya NATO-nun istənilən güc tətbiqi nizamsız aktorları dəf etmək üçün kifayət qədər güc təmin etməyə əsaslanacaq. Məqsəd sponsor dövləti açıq mübarizəyə cəlb etməməkdir. Tarix növbəti addıma artıq çox aydınlıq gətirmir. Altmanın “yaşıl adamlar”la bağlı hadisələrdən yalnız birində - Perunun Letisiyanı ələ keçirməsində dəniz qüvvələri əhəmiyyətli rol oynadı və bu, yalnız Perunun (təcavüzkar) münaqişəyə qoşulmağı seçməsindən sonra baş verdi. Ancaq bu o demək deyil ki, Hərbi Dəniz Qüvvələri Baltik dənizi ssenarisindən kənarda qalıb.

Bu cavab ssenarisində ABŞ Hərbi Dəniz Qüvvələrinin funksiyası əsasən gizli əməliyyatlarda, xüsusi əməliyyat qüvvələrinin istifadəsindədir. Donanmanın züsusi təyinatlıları (SEAL), xüsusi döyüş gəmiləri ekipajları (SWCC) və ya gizli xüsusi operatorlar Baltikdəki fövqəladə vəziyyətdə birbaşa hərəkət, xarici-daxili müdafiə və ya təhlükəsizlik qüvvələrinə yardım əməliyyatları aparmaq üçün tez və gizli şəkildə istifadə edilə bilər. Baltik dənizi ilə Peipus gölü arasında Narva çayı boyunca yerləşən Narva şəhəri gizli dəniz müdaxiləsinə xüsusilə həssas ola bilər. Belə bir yanaşma, etiraf etmək lazımdır ki, dəniz potensialının nümayişi deyil. Buna baxmayaraq, dənizə nəzarətin məqsədi ondan sahildəki əməliyyatları dəstəkləmək üçün istifadə etməkdir. Belə olan halda, ABŞ dəniz gücü məhdud və ya heç bir rəsmi dövlətin iştirakı (Estoniyadan başqa) olmadan təlimdən tutmuş hədəfə, kəşfiyyat dəstəyinə, birbaşa fəaliyyətə qədər kritik imkanları təmin edən güc təminatçısıdır. Bu şəkildə cavab vermənin əlavə dəyəri var, Birləşmiş Ştatlar NATO-nun şərq cinahındakı təcavüzə V maddəyə istinad etmədən və adi böhranı təhlükəyə atmadan cavab verə bilməlidir.

Daha çox ənənəvi dəniz gücü burada da, qeyri-nizami böhranın genişlənməsinin qarşısını almaqda rol oynaya bilər. Belə variantlardan biri, məsələn, hadisə yerinin yaxınlığında gəmiləri manevr (məsələn sahil döyüş gəmisi) etdirmək ola bilər. Yüksək səviyyəli döyüş gücü olmadan, sahil döyüş gəmisi müstəqil olaraq məhdud bir çəkindirici rol oynayır. Buna baxmayaraq, bölgədəki hər hansı bir ABŞ avadanlıqları potensial keçid rolunu oynayır və bu, Rusiyanın açıq dəstəyinin ABŞ-ın adi cavabını artırması ehtimalını göstərir. Quru qoşunlarından fərqli olaraq, dəniz qüvvələri münaqişədən müxtəlif məsafələrdə bu qabiliyyəti təmin edə bilər. Bu manevr qabiliyyəti ABŞ-ın rəqibə siqnal verərkən nüans qabiliyyətini artırır və ABŞ hərbçilərinə riski azaltmaq üçün daha geniş imkanlar təqdim edir. Beləliklə, sahil döyüş gəmisi kimi gəminin çəkindirmə qabiliyyəti aşağı olsa da, siqnal qabiliyyəti quru qüvvələrinin yerləşdirilməsi variantlarından daha diqqətəlayiqdir və mesajı aydındır: Hərbi Dəniz Qüvvələri döyüşə sadiqdir. Bununla belə, belə bir öhdəlik üçün vacib çatışmazlıq müharibənin nəticələridir. Əgər münaqişə toqquşmaya çevrilərsə, Baltik dənizində hər hansı dəniz varlığı Rusiyanın qabaqcıl sahil müdafiəsi imkanları qarşısında zəif olacaq. Həyat və qabiliyyət üçün risklərin siqnala layiq olub-olmaması Amerika və NATO liderləri üçün vacib qərar olacaq.

Nəticələr

Dəniz gücünü qeyri-ənənəvi Baltikyanı vəziyyətə tətbiq etmək çətin olsa da, bu, qeyri-mümkün deyil. Dəniz qüvvələrinin qeyri-nizami ssenaridə istifadəsini nəzərdən keçirərkən, onların potensial rolunu Baltik regionunda qeyri-nizami münaqişənin üç xarakterik xüsusiyyəti baxımından ümumiləşdirməklə yekunlaşdırmaq faydalı olar.

Sürət və məsafə. Bunlar Baltikyanı ssenarinin bilavasitə yaxınlığında ABŞ-ın dəniz gücündən istifadə etməsi üçün maneələr kimi çıxış edir. Hərbi Dəniz Qüvvələri, çox güman ki, o anda mövcud olan variantlardan istifadə etməli olacaq və bunların hamısı optimal güc deyil. Xüsusi Əməliyyat Qüvvələri və məxfi olmayan qüvvələrin bu üstünlüyü nizamsız qarşıdurmada bəzi variantlar təqdim edir.

Rusiyanın məqsədi ABŞ-ın dəniz variantlarını daha da məhdudlaşdırmaqdır. Xüsusi Qüvvələr Hərbi Dəniz Qüvvələrinə Rusiya tərəfindən dəstəklənən qeyri-qanuni qoşunları yavaşlatmaq və ya dəf etmək qabiliyyəti təqdim edir. Onlar sürətlə yerləşdirilə bildiyinə görə, Xüsusi Qüvvələr qeyri-müntəzəm kampaniyaların uğursuzluq ehtimalını azaldır, eyni zamanda adi eskalasiya ehtimalını məhdudlaşdırır (lakin aradan qaldırmır). Hərbi Dəniz Qüvvələri Rusiyanın strateji hesablamalarına təsir göstərsə də, onlar qeyri-ənənəvi fövqəladə vəziyyətin ilkin uğurunun qarşısını ala biləyəcəkləri üçün Baltikyanı dövlətlərin uğurlu müqavimətinə arxalanırlar.

Nəhayət, kampaniyanın ilkin mərhələlərindəki qeyri-müəyyənlik dəniz gücünə bəlkə də ən böyük məhdudiyyətlər yaradır. Yuxarıda müzakirə edilən variantlar kritik qərarların vaxtında qəbul edilməsini nəzərdə tutur. Müstəqil olaraq, dəniz qüvvələri bu cür qərarlara siyasi səviyyədə təsir edə bilməz, lakin dəniz kəşfiyyatı aktivləri potensial olaraq kömək edə bilər.

Təbii ki, istənilən Baltik ssenarisində cavabın necə olmasından asılı olmayaraq, böhran kəskinləşə bilər; Estoniya V maddəyə istinad etsə nə olacaq? Bu hallarda münaqişə nəzəri olaraq deeskalasiyaya doğru arta bilər, Rusiya səhv hesabladığını başa düşür və NATO ilə müharibə riskinə getmək istəmir. Bunun əksi də inandırıcı görünür. Müharibə baş verərsə, Birləşmiş Ştatların dəniz gücündən istifadə variantları kəskin şəkildə dəyişə bilər.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar