Avropa SZ silah yarışında qalib gələ bilərmi? - O, hələ şans əldə etmək üçün yenilik etməlidir
Son on ildə həm ABŞ, həm də Çin Xalq Respublikası tərəfindən gizli silah yarışı aparılır. Süni Zəkanın potensial hədsiz üstünlükləri tədricən daha çox ortaya çıxdıqca, hər iki dövlət digəri ilə müqayisədə Süni Zəkanın üstünlüyü üçün amansızcasına mübarizə aparırlar.
Görünən odur ki, resurslar və siyasi kapital bu məsələdə iki qlobal super güc üçün heç bir maneə yaratmır. 2017-ci ildə Çin Süni Zəka sahəsində dünya lideri olmaq və 1 trilyon yuan (147.7 milyard dollar) dəyərində olan sənaye sahəsini böyütmək üçün üç addımlıq planını təqdim etdi. Bu vaxt ABŞ Süni Zəkanın kommersiyalaşması və tədqiqat işlərinə yönəldilmiş vəsait, məlumat və elmi-tədqiqat işlərini ehtiva edən Amerikanın Süni Zəka təşəbbüsünü elan etdi.
Bundan əlavə, bu nəhəng dövlətlər öz səylərini bir-birinin üzərində üstünlük əldə etməyə yönəltdikləri üçün özəl sektorun bu sahəyə investisiya qoyması daha da asanlaşır. 2015-ci ildən Amerika şirkətlərinin Süni Zəkanın tədqiqinə qoyduğu investisiya bu sahədə dünya sərmayələrinin yarıdan çoxunu ehtiva edib və bu şirkətlərin ardınca ən çox sərmayə qoyan Çin gəlir.
Avropanın bütün bu məsələlərdə hansı addımlar atdığı ilə maraqlınırsınızsa, siz tək deyilsiniz. İstedadın və texnoloji əzəmətin güclü tarixinin çatışmazlığı ilə Avropanın səyləri bu mübarizədə üçüncü rəqibi təmsil etməli olduğu görünür. Bununla birlikdə, bir çox səbəbə görə Avropa İtttifaqı daxilində görülən Süni Zəka ilə bağlı iş elə də ürəkaçan deyil, Süni Zəka Aİ-nin verə biləcəyi sosial və iqtisadi fayda olmadan Avropanı tərk edə biləcək ixtiyari maneələrlə qarşılaşır.
Avropa nədə səhv edir?
Avropanın Süni Zəka sənayesini ABŞ və Çin ilə eyni səviyyədə inkişaf etdirməməsinin heç bir ciddi səbəbi yoxdur. İdarəetmə məsələləri üzrə Mekkinzi qrupu keçən il dünyanın Süni Zəka startaplarının 25 faizinin Avropada necə qurulduğunu əks etdirən bir hesabat hazırlayıb. Əsas fərqləndirici cəhət bu cür qrupların nə qədər erkən dövrdə investisiya almasıdır.
Beynəlxalq sərmayəçilər üçün ən ideal startap marşrutu təhlükəsizlik tədbirləri və istifadəçi bazasını necə vəsaitə çevirmək kimi problemləri həll etmədən əvvəl mümkün qədər tez eksponensial böyüməyə nail olmaqdır. Bunu “Zoom” proqramı çərçivəsində bu yaxınlarda müşahidə etdik: proqramın mümkün qədər asan istifadəsi üçün atılan addımlar qlobal lokdaun (karantin) dövrü ərzində geniş yayılmasına səbəb olsa da, eyni zamanda bir çox təhlükəsizlik problemlərinə səbəb oldu. Şirkət ancaq bundan sonra proqramın bir çox təhlükəsizlik xüsusiyyətlərini düzəltdi, lakin əvvəlcə ən vacib olanı etdi, platformaya mümkün qədər çox insan topladı.
Bu, Aİ-də yaradılan texnoloji startaplar, xüsusilə də Süni Zəkadan istifadə edənlər üçün problem yaradır, çünki bu cür biznes planlarının qarşısını alan tənizmləmələr (məhdudlaşdırıcı qanunlar) mövcuddur. 2019-cu ilin aprelində Aİ Süni Zəkanın inkişafını çərçivəyə salan Süni Zəka standartları üçün etik qaydalar toplusu dərc edib.
Bundan əlavə, 2020-ci ilin fevral ayında nəşr olunan qərarda bu cür texnologiyaların tənzimlənməsinə gəldikdə riskə əsaslanan bir yanaşma təklif olunur. Süni Zəka inkişaf etdiricilərinə (developer) davamlı olaraq göstərdiyi xidmətlərin tamamilə risksiz olduğunu sübut etməyə məcbur etmək onları böyümə və xidmət yaxşılaşdırmasına daha yaxşı vəsait ayıra biləcək vaxt və mənbələri yenidən axtarmağa məcbur etmək deməkdir. Bunu etməsələr onların məhsulları bu qərarın, həmçinin qeyri-müəyyən (izah edilməyən) “yüksək risk” ifadəsinin nəzarəti altına düşə bilər.
Belə ki, bu cür texnologiyalara investisiya qoymaq istəyənlər üçün bu cür tənzimləmələr başqa yerlərdə görülən səviyyələrdən çox ola və bu, onları investisiya qoymaqdan çəkindirə bilər. Belə məhdudiyyətlərin nəzərdə tutulmadığı Çin və Amerika ekvivalentləri olduğu halda, ciddi qanunlara əməl etməli və daim Aİ bürokratiyasının nəzarəti altında olan yerlərə bir şirkət nə üçün investisiya qoymalıdır?
İndi soruşa bilərsiniz ki, problem nədir? Bu cür tənzimləmə təhlükəli Süni Zəkanın qarşısını almaq üçün müsbət addım deyilmi? Bu sualları verməklə əsas mövzudan yan keçirik: bu cür texnologiyanın vətəndaşların hüquqlarını pozmaması və tədqiqatçılara Süni Zəkanın bütün potensialını ortaya qoyması üçün tarazlığın olması lazımdır. ABŞ və Çinin bəzilərinin iddia etdiyi kimi, bu məslələri tənzimləməsi kifayət qədər ola bilər, amma bu, o demək deyil ki, Aİ-nin qanunları həddindən artıq nəzarət etməlidir.
Bu cür yüksək standartları tənzimləyərkən Avropa əhəmiyyətli texnoloji problemlərlə üzləşəcək.
Geridə qalmaq təhlükəsi
Bu cür problemlər nə qədər çox olsa, bu böyük texnoloji bölünmə davam edəcək. Avropa ictimai və özəl təşkilatları Süni Zəkanın rəqəmsal sistemlərinə verə biləcək fantastik faydaları əldən verəcək. Qlobal texnologiya şirkətlərindən vergilərin tutulması və iş imkanlarından məhrum edilməsi onları Avropadan uzaqlaşdırıb.
Daha əvvəl qeyd etdiyimiz McKinsey hesabatında qeyd olunur ki, Süni Zəka ilə 2030-cu ilə qədər Avropanın iqtisadi fəaliyyəti təxminən 20 faiz arta bilər - bu əlavə iqtisadi hasilatda 2.7 trilyon avroya bərabərdir. Bununla yanaşı, Avropa ABŞ-ın Süni Zəka ilə bağlı yeniliklərini əldə etmək üçün səy göstərəcəyi təqdirdə bu rəqəm 3,6 trilyon avro səviyyəsinə çata bilər.
Süni Zəka işinin gücləndirilməsinin müxtəlif ticarət və sahələrdə necə sonsuz inkişaf səviyyələrinə gətirə biləcəyinini görmək çətin deyil. Bənzər düzəlişlər bu qrupların səmərəli miqyasda olma qabiliyyətinə ciddi təsir göstərəcək. Bu müsbət hadisələri bütün bir qitə rədd etməməlidir və Avropa nə qədər çox vaxt itirsə, o qədər də çox şey itirəcək.
Mümkündür ki, müəssisələr, hökumətlər, ictimai təşkilatlar və tənzimləyici orqanlar birlikdə bu məsələni hər bir tərəfin ehtiyaclarına uyğun şəkildə həll etməyə çalışırlar. Əgər Avropa bunu edə bilmirsə, bu döyüşdə əbədi məğlub olma və ABŞ və Çinlə müqayisədə sonsuz texnoloji dezavantaj təhlükəsi ilə üz-üzə qala bilər.
Oxşar məqalələr
-
Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Silikon Vadisi SZ silahlanma yarışında Pentaqona necə kömək edir? – STRATEJİ BAXIŞ
-
“Ağıllı” müharibə yolunda| Çin tezliklə SZ döyüş meydanında ABŞ-ı ötüb keçə bilər?
-
Böyük Güclərin yeni qlobal silahlanma yarışı - Süni Zəka (IV YAZI)
-
Böyük Güclərin yeni qlobal silahlanma yarışı - Süni Zəka (III YAZI)
-
Rusiyanın gələcək silahları: Süni Zəka qlobal münaqişələri necə gücləndirə bilər?
-
Böyük Güclərin yeni qlobal silahlanma yarışı - Süni Zəka (II YAZI)
-
2021-ci ildə Süni Zəka ilə bağlı silah yarışı: Kim qalib gələcək?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı