Yaponiya kibertəhlükəsizliyi gücləndirmək niyyətindədir

Yaponiya kibertəhlükəsizliyi gücləndirmək niyyətindədir
617     13:45     29 07 2021    
Yaponiya hökuməti 2021 -ci ilin iyul ayından etibarən keçirdiyi iclasın yekunundan yeni kibertəhlükəsizlik strategiyası hazırlayıb.

Ölkə strategiyaya əsasən qarşıdakı 3 ildə kibertəhlükəsizlik sahəsində mütərəqqi addımlar atmağı planlaşdırır.

Yeni strategiyada Çin və Rusiyanın Yaponiyaya qarşı fəaliyyətindən irəli gələn şübhələr aktiv rol oynayıb.

Yaponiya rəsmiləri deyir ki, Çinin, xüsusən hərbi və qabaqcıl texnologiyalarda fəaliyyət göstərən şirkətlərə qarşı məlumat sızdırmaq səyləri və Rusiyanın hərbi və siyasi baxımdan həyata keçirildiyi kiber hücumlar keçən ilin sentyabr ayından etibarən müzakirə edilməyə başlanıb.

Yaponiyanın elan etdiyi yeni strategiya Yaponiya ilə ABŞ arasındakı əlaqələri gücləndirməyi hədəfləyir.

Yeni strategiya ASEAN üzvləri də daxil olmaqla, Hind-Sakit okean bölgəsində kibertəhlükəsizlik sahəsində potensialın artırılmasını dəstəkləməyi nəzərdə tutur.
Strategyvision.org

Teq: Yaponiya   Kibertəhlükəsizlik  


Oxşar məqalələr
Son əlavə olunanlar