Kremlin “qələbəsi” Moskva mərkəzli dövlətin dağılması üçün zəmin yaradır? – STRATEJİ BAXIŞ
İndi isə Putin Ukraynaya qarşı kəskin aqressivliyi ilə Rusiya Federasiyasının ərazi bütövlüyünü riskə atır – ola bilsin ki, bu, bu gün və ya sabah olmayacaq, çünki o, müvəqqəti olaraq hər şeyi bir yerdə saxlamaq üçün repressiv gücdən istifadə edir, lakin nəticədə bunun üçün tələb olunan güc səviyyəsi Moskvada istənilən liderə lazım olan Rusiya iqtisadiyyatının inkişafı ilə uyğun gəlmir.
Onillərdir Putin (Rusiyada və Qərbdə olan dəstəkçiləri) deyirdi ki, Sovet İttifaqı bolşeviklərin ittifaq respublikaları quraraq onlara bu ittifaqdan çıxmaq hüququ verdiyi üçün dağılıb. Lenin Sovet Sosialist Respublikaları İttifaqını (SSRİ) digər xalqları da əhatə edəcək şəkildə genişləndirmək və Kommunist Rusiyasının hüdudlarından kənara yayılacağı dünya inqilabını alovlandırmaq ümidi ilə xüsusi olaraq bu variantı seçimişdi. Lakin Moskva heç vaxt gözləmirdi ki, həmin respublikalar bu hüquqdan istifadə edəcəklər. Şübhəsiz ki, həmin leninist yanaşma SSRİ-nin dağılmasına öz töhfəsini verdi, lakin bunun nə üçün baş verdiyini liderlər izah etmir. İttifaqın dağılmasının izahı demoqrafiya və xalqın iştirakı ilə bağlıdır.
Sovet İttifaqı yarananda etnik ruslar say baxımından böyük üstünlük təşkil edirdi; lakin 1991-ci ilə qədər həmin “federativ” ölkənin tərkibindəki qeyri-rus xalqları etnik rusların daha çox yaşadığı ərazilərdən qat-qat sürətlə inkişaf edirdilər və dağılma ərəfəsində SSRİ əhalisinin demək olar ki, yarısını təşkil edirdilər. Onların gözləntilərinin səviyyəsindəki dəyişikliklərə görə, qeyri-rus xalqları rusların hökmranlığını artıq qəbul etmək istəmirdilər.
Putinin Ukraynaya hücumu ilə bağlı müzakirələrdə əksər ruslar və Qərbdə bir çoxları bu dərsi unudublar. Buna görə də çox az şərhçi qeyd edir ki, Putin silah gücü ilə əldə etdiyi ərazilərlə daha çox qeyri-rusu Rusiya Federasiyasının sərhədlərinə gətirir.
2014-cü ildə Krımın ilhaqına qədər Rusiya əhalisinin immiqrant işçiləri nəzərə almasaq, təqribən 80 faiz etnik rus idi. İndi, əhalinin siyahıyaalınmasının saxtalaşdırılmasına baxmayaraq, bu, şübhəsiz ki, 75 faizdən azdır. Və o imperiyanın hüdudlarına gətirilən hər bir ukraynalı bu rəqəmləri daha da artıracaq. Həqiqətən də, əgər Putin həm Ukraynanı, həm də Belarusu ilhaq etsəydi, Rusiya Federasiyasının etnik tərkibi Sovet İttifaqı dağılan ərəfədə olduğu kimi olardı.
Həmin yeni imperiyanın yarısını təşkil edəcək xalqların ittifaqdan çıxmaq hüququ olmaya bilər. Lakin ağır repressiyalar istisna olmaqla, onların çoxunun, o cümlədən ukraynalıların Rusiya təcavüzünə qarşı meydanda döyüşmək təcrübəsinə malik olduqlarını nəzərə alsaq, onlar idarəolunmaz olacaqlar. Onlar ancaq güc balansının pozulması səbəbindən tabe olmağa məcbur ola bilərlər. Sadəcə Rusiya istədiyi və gözlədiyi üçün onlar Kremlə itaət etməyəcəklər. Əvəzində onlardan müxtəlif yollarla müqavimət göstərmələrini gözləmək olar, bəziləri sadəcə etiraz aksiyası keçirəcək, digərləri isə daha aktiv tədbirlər görərək müqavimət göstərəcəklər. Və onların davranışı istər-istəməz Moskvanın təzyiqi altında yaşayan başqa xalqları da eyni şeyi etməyə ruhlandıracaq. Belə olan halda, hər hansı bir Moskva rejiminin uzun müddət nizam-intizamı qoruya bilməsi çox qeyri-mümkün görünür. Bu zaman yeni imperiya SSRİ və hətta ondan əvvəlki Çar İmpersiyası kimi dağılacaq.
Beləliklə, Putinin iddia etdiyi hər hansı “qələbə” Moskva mərkəzli dövlətin dağılması üçün zəmin yaradır. Bu süqut 1991-ci ildən çox daha əhatəli olacaq. Ona görə də Putinin hücumuna müqavimət göstərmək son nəticədə təkcə rusların və Qərbin deyil, ironik olaraq Putinin özünün də maraqlarına cavab verir. Əgər o, Ukrayna və Belarusda “uğur qazanarsa”, tənqid etdiyi 1991-ci ilin müəlliflərindən daha böyük uğursuzluğa düçar olacaq. O, qələbələri ilə yox, son uğursuzluğu ilə yadda qalacaq: Rusiya dövlətinin öz daxilində sonu.
Oxşar məqalələr
-
Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
-
Dağıdıcı texnologiyaların təsiri ilə bağlı uzaqgörən strategiyaların əhəmiyyəti – STRATEJİ BAXIŞ
-
Türkiyədən insansız sistemlərdə önəmli addım: Döyüş robotlar üçün 9 şirkətlə müqavilə imzalandı
-
Svilizasiyadaxili müharibə| Moskva Ukraynada və daha geniş mənada kilsə müharibəsini uduzur
Son əlavə olunanlar
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
“İradə azadlığı deyə bir şey yoxdur” "/>Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır "/>Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar "/>“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
Şərtlər müəyyən edilib "/>İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük? "/>Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
-
“Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”? "/>Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı... "/>Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası "/>Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə... "/>SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ) "/>Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ)
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ "/>Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ