Rusiya və Çin ABŞ-dan daha çox kiber hücumlar həyata keçirir – HESABAT

 Rusiya və Çin ABŞ-dan daha çox kiber hücumlar həyata keçirir –  HESABAT
975     16:20     15 02 2022    
Rusiya və Çin hər biri ayrı-ayrılıqda ABŞ-dan daha çox kiber hücum əməliyyatları həyata keçirir.

Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun hazırladığı hesabata görə, Rusiyanın hərbi kiber qüvvələrinin 33%-i, Çin hərbi qüvvələrinin 18,2%-i və ABŞ qüvvələrinin 2,8%-i hücuma yönəlib.

Hesabat müəllifləri qeyd edirlər ki, hücumlar əsasən sistemlərin sıradan çıxarılması, sitemlər və müəssisələrin işini pozmaq və s. üçün edilir.

“Rusiya yüksək bacarıqlara malik kiber gücdür. Kiber imkanlar informasiya əməliyyatlarının daha geniş çərçivəsinin bir hissəsidir”, - deyə hesabatda bildirilir.

Müəlliflər qeyd edir ki, 2021-ci ilin iyulunda Rusiya Milli Təhlükəsizlik Strategiyasının yenilənmiş versiyası yayımlanıb, orada bir bölmə informasiya təhlükəsizliyinə həsr olunub, habelə hərbi kiberqüvvələrin və imkanların gələcək inkişafı vurğulanıb.

Hesabatda qeyd olunub ki, Çin də son on ildə hərbi kiber imkanlarında əhəmiyyətli irəliləyişlər əldə edərək hücum kiber əməliyyatlarını son hərbi təlimlərə inteqrasiya edib. Rusiya insidentlərə cavab vermək üçün xeyli sayda şəxsi heyət ayırıb.

Hər üç ölkə kiberkəşfiyyat, müşahidə və nəzrətin aparılmasına təxminən eyni nisbətdə qüvvələri ayırıb.
Strategyvision.org

Teq: Rusiya   ABŞ   Çin  


Oxşar məqalələr
Son əlavə olunanlar