Almaniya və İsrail birgə “gəzən sursat”lar istehsal edəcək

 Almaniya və İsrail birgə “gəzən sursat”lar istehsal edəcək
353     11:02     19 01 2022    
Almaniyanın “Rheinmetall” şirkəti “Hero” tipli “gəzən sursat”larının (kamikadze PUA) birgə istehsalı ilə bağlı İsrailin “UVision” şirkəti ilə strateji tərəfdaşlıq sazişi imzalayıb.

Müqavilə ortamüddətli perspektivdə “gəzən sursat”ın hazırlanması və istehsalı üzrə birgə müəssisənin yaradılmasını nəzərdə tutur.

Şirkətlər birgə istehsal etdikləri məhsullarını əməkdaşlığın birinci mərhələsi kimi Avropada bazara çıxaracaq, ikinci mərhələdə isə birgə inkişaf fəaliyyətləri planlaşdırılır. Almaniya şirkəti “Hero”nu Avropa və NATO standartlarında istehsal etməyi planlaşdırır.

Bundan əvvəl İsrail qeyd olunan PUA-nın birgə istehsalı üçün ABŞ-la da əməkdaşlıq edəcəyini bildirib.

“Hero” müxtəlif növ faydalı yüklərdən istifadə edərək, müxtəlif diapazonlarda müxtəlif missiyalar üçün nəzərdə tutulmuş “gəzən sursat”dır. Sistemlər ön cəbhə qüvvələrinə müstəqil olaraq mobil həssas hədəfləri dəqiqliklə müəyyən etməyə, izləməyə və hücum etməyə imkan verən PUA-dır. Döyüş başlığının növündən asılı olaraq sistem yüngül yük maşınları və canlı qüvvə hədəfləri kimi yüngül statik və ya hərəkətli hədəfləri, tankları, düşmənin hava hücumundan müdafiə sistemləri və digər texnikaları məhv edə bilər.

“Hero”nun unikal dizaynı PUA-lara minimum mülki şəxs itkisi ilə şəhər ərazilərində və ya uzaq yerlərdə dəqiq zərbələr endirməyə imkan verir.

PUA-ların bir növü olan “Hero-120” müasir döyüş sahəsinin kompleks tələblərinə cavab verən orta mənzilli, zireh əleyhinə silah sistemidir. “Hero-120” tanklar, zirehli maşın, beton istehkamlarını məhv etmək üçün nəzərdə tutulan, özünəməxsus aerodinamik quruluşa malik yüksək dəqiqlikli ağıllı “gəzən sursat” sistemidir. “Hero-120” qısa mənzilli sistemlərdən ən böyüyüdür. 4,5 kq döyüş başlığı daşıyır və 60 dəqiqəlik uzun uçuş müddətinə malikdir. Çəkisi 12,5 kq-dır və 40 km mənzilə malikdir.
Strategyvision.org

Teq: Israil   Almaniya  


Oxşar məqalələr
Son əlavə olunanlar