Danimarka ordusu Fransa istehsalı döyüş robotlarını sınaqdan keçirir

Danimarka ordusu Fransa istehsalı döyüş robotlarını sınaqdan keçirir
478     13:52     08 01 2022    
Danimarka ordusu Fransanın “Nexter” şirkəti tərəfindən dizayn və istehsal edilən “Ultro” adlı insansız quru platformasını sınaqdan keçirib.

Danimarka ordusu bu tip döyüş texnikasının istifadəsi ilə bağlı təcrübələr aparmaq və taktiki vəziyyətlərdə avtonom platformaların imkanları və texnologiyaları haqqında təcrübə qazanmaq istəyir.

2018 və 2023-cü illər arasında Danimarka öz hərbi əməliyyat imkanlarını insaız quru platformaları, PUA-lar və digər insansız platformalarla gücləndirməyi hədəfləyir. Danimarka hərbçiləri uzun müddətdir ki, PUA-ların imkanları haqqında biliklərini artırmaqda maraqlıdırlar. Ölkə bu sistemlərə 1990-cı illərdən sərmayə qoymağa başlayıb.

4x4 təkər formuluna malik “Ultro” hərbi qulluqçulara ağır yük daşıya bilən və onlara həddindən artıq fiziki yük olmadan məhdudiyyətsiz hərəkət etmək imkanlarını təklif edən insanız quru platformasıdır.

Uzunluğu 1,97 m, eni 1,3 m və hündürlüyü 1,18 m olan “Ultro” müasir döyüş meydanının çətin şəraitində yerləşdirilmək nəzərdə tutulub. Çəkisi 800 kq, yükgötürmə qabiliyyəti 600 kq-dır. 8 ilə 12 saat arasında təxmin edilən istifadə müddəti 18 km/saat maksimal sürətə çata bilir.

Nexter “Ultro” pultdan istifadə edərək bir hərbi qulluqçu tərəfindən idarə oluna bilər və ya avtonom rejimdə işləyə bilər. Platformanın hərəkətliliyinə nəzarət etmək üçün avtomobilin hər tərəfinə istilik və gündüz kameraları quraşdırılıb.
Strategyvision.org

Teq: Danimarka   Fransa   Ultro  


Oxşar məqalələr
Son əlavə olunanlar