Fransa Ordusu mikro PUA-lar almağa başlayıb

Fransa Ordusu mikro PUA-lar almağa başlayıb
464     14:03     25 11 2021    
Fransa ordusuna artilleriya bölmələrinə mikro ölçülü “Parrot Anafi” adlı Pilotsuz Uçuş Aparatları (PUA) təhvil verilib.

Fransa Müdafiə Nazirliyi məlumat yayıb ki, 77 mikro PUA artilleriya bölmələrinin təlim mərkəzi tərəfindən müxtəlif bölmələrdəki operatorlara təlim keçmək və görüntü kəşfiyyatı missiyaları üçün istifadə ediləcək.

PUA-lar 2022-ci ilin əvvəlində açıq hava əməliyyatlarında istifadə olunacaq.

Mikro PUA iki 4K keyfiyyətli 21 meqapiksellik kamera ilə hədəfləri 2 km məsafəyə qədər aşkarlamağa qadirdir. Böyütmə təsvirləri “FLIR Boson” termal görüntüləmə kamerası ilə əldə edilənlərlə birləşdirilir. 55 saniyə ərzində işə salınır, habelə çox səssizdir.
Strategyvision.org

Teq: Fransa   Anafi  


Oxşar məqalələr
Son əlavə olunanlar