Çin düşmənin HHM sistemlərindən yayına bilən yeni ağır PUA-lar hazırlayıb

 Çin düşmənin HHM sistemlərindən yayına bilən yeni ağır PUA-lar hazırlayıb
518     14:26     16 10 2021    
Çinin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) ölkənin silahlı qüvvələri üçün WJ-700 “Lieying” (Şahin) adlanan ağır zərbə tipli PUA hazırlayıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Televiziya PUA-nın 15 km yüksəkliyə qalxa biləcəyini, ağır raketlər daşıyacağını bildirib.

İlk uçuşunu 2021-ci ilin yanvarında həyata keçirən WJ-700-ün müstəqil və ya digər PUA-larla koordinasiyada fəaliyyət göstərə biləcəyi qeyd olunur.

PUA-nın çəkisinin 3500 kq, uçuş müddətinin 20 saat, kreyser sürətinin saatda 600 kilometr olduğu vurğulanır. PUA-lar “hava-yer” raketləri, gəmi əleyhinə silahlar və bunker partladan sursatlar da daxil olmaqla bir sıra ağır silahları daşımaq qabiliyyətinə malikdir.

Hava vasitəsinin dizaynerləri PUA-nın düşmənin Hava Hücumundan Müdafiə (HHM) sistemlərindən asanlıqla yayına biləcəyini qeyd edirlər.
Strategyvision.org

Teq: Çin   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar