Britaniya Türkiyə PUA-ları ilə maraqlanır| Qərar verməlidirlər

Britaniya Türkiyə PUA-ları ilə maraqlanır|  Qərar verməlidirlər
1625     10:59     16 10 2021    
Britaniya Türkiyənin istehsal etdiyi zərbə PUA-ları ilə maraqlanır.

Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “CNN Türk” kanalına müsahibəsində məlumat verib.

O qeyd edib ki, Türkiyə öz növbəsində Britaniyaya müvafiq təkliflər verib.

“Böyük Britaniya Türkiyənin zərbə tipli PUA-ları ilə çox maraqlanır. İndi qərar verməlidirlər. Onlara seçim təklif etdik. Hazırda bu variantları ciddi şəkildə nəzərdən keçirirlər”, - deyə nazir bildirib.

Türkiyə istehsalı zərbə PUA-larına xüsusilə Suriya, Liviya, Azərbaycan və İraqda əldə etdiyi yüksək müvəffəqiyyətdən sonra maraq olduqca artıb. “Bayraktar TB2” Qətər, Azərbaycan, Liviya, Ukrayna, Polşa və Türkmənistana, “Anka-S” Tunisə, “Vestel Karayel” isə Səudiyyə Ərəbistanına ixrac edilib. Məlumdur ki, Mərakeş, Litva, Macarıstan, Efiopiya və bir neçə başqa ölkə Türkiyə PUA-ları ilə yaxından maraqlanır və hətta bu ölkələrdən bəziləri PUA-ları almağa başlayıblar.

Daha əvvəl Britaniyanın Müdafiə naziri Ben Uallas “Bayraktar TB2”ni əhəmiyyətli yenilik nümunəsi olaraq göstərmişdi.

“Əslində bir çox nümunə var… Türkiyənin “Bayraktar TB2” PUA-sını götürək. Suriya, Liviya və başqa yerlərdə istifadəsi yüzlərlə zirehli texnikanın və hətta hava hücumundan müdafiə sistemlərinin məhv edilməsində böyük rol oynadı. Bu PUA-ların kökləri türk yeniliklərindən qaynaqlanır. Seçilmiş xarici proqramlara daxil olmaqdan məhrum oldular, ancaq əvvəllər etdiyimizdən çox yaxşı iş gördülər. TB2 və onu müşayiət edən döyüş sursatları texniki imkanları əlverişli qiymətlərlə birləşdirir,”, - deyə o qeyd etmişdi.

Britaniya ordusunun hazırda istifadə etdiyi ən müasir PUA ABŞ istehsalı olan MQ-9A “Reaper”dir. Bundan başqa rəsmi London İsrailin “Elbit Systems” şirkətinin “Hermes 450” PUA-sını “Watchkeeper WK450” adı altında lisenziya ilə istehsal edir.
Strategyvision.org

Teq: Türkiyə   Britaniya  


Oxşar məqalələr
Son əlavə olunanlar