Afrika bazarı genişlənir: Efiopiya və Mərakeş “Bayraktar TB2” PUA-ları ilə silahlanır
Bu barədə “Reuters” agentliyi müqavilələr barədə məlumatı olan 4 mənbəyə istinadən yazıb.
Türkiyə rəsmi olaraq Efiopiya və Mərakeşlə hər hansı müqavilə barədə məlumat yaymayıb, lakin razılaşma ilə tanış olan bir neçə mənbələr “Reuters” agentliyinə detalları ötürüb. Mənbələr Efiopiya və Mərakeşlə imzalanan müqavilələrin “Bayraktar TB2” PUA-ları, ehtiyat hissələr və təlim kurslarını əhatə etdiyini bildiriblər.
Adının açıqlanmasını istəməyən diplomat ayrıca qeyd edib ki, Mərakeş sifariş etdiyi zərbə PUA-larının ilk partiyasını may ayında alıb. Efiopiya onları əldə etməyi planlaşdırır, ancaq bu sifarişin hazırkı statusu məlum deyil. Mənbələr neçə ədəd PUA-nın satılması və müqavilələrin dəyəri barədə məlumat verməyiblər.
Efiopiya, Mərakeş, Türkiyə rəsmiləri, eləcə də PUA-ların istehsalçısı olan “Baykar Savunma” şirkəti agentliyin suallarına cavab verməyib.
PUA-ların Efiopiyaya satılması Ankara ilə Qahirə arasında gərgin olan münasibətlərdə daha da ciddi problem yarada bilər. Misir təhlükəsizlik mənbələri “Reuters”ə bildirib ki, Qahirə ABŞ və bəzi Avropa ölkələrindən PUA-ların satılması barədə razılaşmanın dondurulmasına kömək etmələrini istəyib.
Rəsmi məlumatlar göstərir ki, Türkiyənin Mərakeş və Efiopiyaya müdafiə və aviasiya ixracatı son iki ayda kəskin şəkildə artıb.
Türkiyə İxracatçılar Məclisinin məlumatlarına görə, avqust və sentyabr aylarında Efiopiyaya müdafiə və aviasiya ixracatı misli görünməmiş dərəcədə artıb.
Türkiyə İxracatçılar Assambleyasının məlumatına görə, bu ilin ilk üç rübündə Türkiyənin müdafiə və aviasiya ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard dollarından 39% artaraq 2,1 milyard dollar çatıb.
Bir sutkadan artıq müddətdə havada qala bilən “Bayraktar TB2” zərbə PUA-ları Türkiyənin Suriyada Bəşər Əsədə sadiq ordunun şimal bölgələrinə hücumunun, Liviyada Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misir tərəfindən dəstəklənən qiyamçı feldmarşal Xəlifə Həftərin Tripoliyə hücumunun qarşısının alınmasında böyük rol oynayıb. PUA-lar, həmçinin Qarabağ müharibəsinin ikinci mərhələsində Azərbaycan tərəfindən istifadə edilib və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb.
PUA-lar Azərbaycan, Ukrayna, Qətər, Türkmənistan, habelə Türkiyənin NATO-dakı ortağı Polşa tərəfindən istifadə edilir.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
“İradə azadlığı deyə bir şey yoxdur” "/>Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır "/>Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar "/>“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
Şərtlər müəyyən edilib "/>İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük? "/>Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
-
“Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”? "/>Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı... "/>Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası "/>Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə... "/>SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ) "/>Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ)
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ "/>Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ