İsrail Avropa ölkəsinə “Hero” kamikadze PUA-ları satacaq

 İsrail Avropa ölkəsinə “Hero” kamikadze PUA-ları satacaq
978     12:59     13 10 2021    
Almaniyanın “Rheinmetall” və İsrailin “UVision” şirkətləri “Hero” kamikadze PUA-larını Avropa ölkəsinə satmaq üçün strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar.

“Rheinmetall” silah sisteminin imkanlarını artırmaq üçün sənaye, texnoloji və kommersiya fəaliyətlərini icra edəcək, “UVision” isə “Hero” PUA-larnı təqdim edəcək.

Tərəflər “Hero” sistemlərini “Rheinmetall”ın insanlı və insansız quru platformaları, buraxılış qurğuları, döyüş idarəetmə sistemləri və “Lynx” kimi zirehli maşın portfelinə inteqrasiya etməyi planlaşdırırlar.

“Hero” kamikadze PUA ailəsi bir neçə modeldən ibarətdir. Müxtəlif döyüş başlıqlarından istifadə edən qısa, orta və uzun məsafələrə və uçuş vaxtlarına qədər fərqli missiyalar üçün hazırlanmış “Hero” seriyası yüksək dəqiqlikli “gəzən sursat”dır. Platforma əməliyyat qüvvələrinə kəşfiyyat, müşahidə, nəzarət (ISR) və zərbə qabiliyyətləri verir ki, bu da hədəflərin müstəqil şəkildə aşkarlanmasına şərait yaradır.

PUA-ların bir növü olan “Hero-120” müasir döyüş sahəsinin kompleks tələblərinə cavab verən orta mənzilli, zireh əleyhinə silah sistemidir. “Hero-120” tanklar, zirehli maşın, beton istehkamlarını məhv etmək üçün nəzərdə tutulan, özünəməxsus aerodinamik quruluşa malik yüksək dəqiqlikli ağıllı “gəzən sursat” sistemidir. “Hero-120” qısa mənzilli sistemlərdən ən böyüyüdür. 4,5 kq döyüş başlığı daşıyır və 60 dəqiqəlik uzun uçuş müddətinə malikdir. Çəkisi 12,5 kq-dır və 40 km mənzilə malikdir.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar