Azərbaycan ilk 3-lükdə| Türkiyə müdafiə sənayesi sektorunda ixracat 2 milyard dollar çatır

  Azərbaycan ilk 3-lükdə|  Türkiyə müdafiə sənayesi sektorunda ixracat 2 milyard dollar çatır
2086     15:50     03 09 2021    
Türkiyə İxracatçılar Məclisinin məlumatlarına görə, Türkiyənin müdafiə və aviasiya sektoru 2021-ci ilin avqust ayında 284 milyon 721 min dollar ixrac edib. 2021-ci ilin ilk səkkiz ayında sektorun ixracı 1 milyard 857 milyon 123 min dollar təşkil edib.

Müdafiə və aviasiya sənayesi sektorunun aylar üzrə ixracatı aşağıdakı kimidir:

2021-ci ilin yanvar ayında - 166 milyon 997 min dollar
2021-ci ilin fevral ayında - 233 milyon 225 min dollar
2021-ci ilin mart ayında - 247 milyon 97 min dollar
2021-ci ilin aprelində - 302 milyon 548 min dollar
2021-ci ilin may ayında - 170 milyon 347 min dollar
2021-ci ilin iyun ayında - 221 milyon 791 min dollar
2021-ci ilin iyul ayında - 231 milyon 65 min dollar
2021-ci ilin avqust ayında 284 milyon 721 min dollar


Cəmi: 1 milyard 857 milyon 123 min dollarlıq məhsul ixrac edilib.


2020-ci ilin avqust ayında Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən 177 milyon 409 min dollarlıq məhsul ixrac edildiyi halda, 2021-ci ilin avqust ayında bu rəqəm 60,5% artıb və sektorun ixracatı 284 milyon 721 min dollara yüksəlib.

2020-ci ilin ilk səkkiz ayında sektor ixracatı 1 milyard 239 milyon 412 min dollar olub. Bu il bu rəqəm 49,8% artaraq 2 milyard dollar həddinə yaxınlaşıb və 1 milyard 857 milyon 123 min dollar olub.

2020-ci ilin avqust ayına olan məlumata görə, ABŞ-a müdafiə ixracatı 60 milyon 737 min dollar təşkil edib. Sektorun ixracatı bir əvvəlki ilin eyni dövrünə nisbətən 42,6% artaraq 86 milyon 592 min dollar olub. 2021-ci ilin ilk səkkiz ayında bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 57% artımla (468 milyon 631 min dollar) ABŞ-a sektor tərəfindən cəmi 735 milyon 909 min dollarlıq məhsul ixrac edilib.


2020-ci ilin avqust ayına olan məlumata görə, Almaniyaya müdafiə ixracatı 11 milyon 490 min dollar təşkil edib. Müdafiə sənayesində təmsil olunan şirkətlərin Almaniyaya ixracı bir əvvəlki ilin eyni dövrünə görə 3,1% artaraq 11 milyon 843 min dollara çatıb. 2021-ci ilin ilk səkkiz ayında Almaniyaya ixracat bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% azalaraq 98 milyon 695 min dollar təşkil edib (ötən il 109 milyon 135 min dollar idi).

2020-ci ilin avqust ayına olan məlumata görə, Azərbaycana ixrac edilən müdafiə sənayesi məhsullarının həcmi 36 milyon 76 min dollar təşkil edib. Sektorun ixracı bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 85,9% azalaraq 5 milyon 72 min dollar təşkil edib. Ancaq 2021-ci ilin ilk səkkiz ayında Türkiyə müdafiə sənayesi şirkətləri tərəfindən Azərbaycana əvvəlki ilin eyni dövrü ilə müqayisədə 270,4% artımla (45 milyon 858 min dollar) 169 milyon 846 min dollarlıq məhsul ixrac edilib.


2020-ci ilin avqust ayında Birləşmiş Ərəb Əmirliklərinə Türkiyədən 21 milyon 243 min dollarlıq müdafiə məhsulu və xidmətləri tədarük edilib. Sektor ixracatı 2021-ci ilin avqust ayında 98,5% azalaraq 308 min dollar təşkil edilib. 2021-ci ilin ilk səkkiz ayında Birləşmiş Ərəb Əmirliklərinə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9% azalaraq 126 milyon 746 min dollar (127 milyon 878 min dollar) olub.

2020-ci ilin avqust ayına olan məlumata görə, Britaniyaya sektorun ixracı 3 milyon 623 min dollar təşkil edib. Sektor ixracatı 2021-ci ilin avqust ayında 41,4% artaraq 5 milyon 124 min dollar təşkil edib.

2020-ci ilin avqust ayına olan məlumata görə, Kanadaya müdafiə sənayesi tərəfindən ixrac edilən məhsul və xidmətlərin dəyəri 860 min dollar təşkil edib. Sektor ixracatı 2021-ci ilin avqust ayında 129,6% artaraq 1 milyon 976 min dollaa çatıb. 2021-ci ilin ilk səkkiz ayında, sektor tərəfindən Kanadaya cəmi 15 milyon 558 min dollarlıq məhsul və xidmətlər ixrac edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur (11 milyon 262 min dollar idi).

2021-ci ilin avqust ayında bəzi ölkələrə ixrac edilən müdafiə sənayesi məhsullarının dəyəri aşağıdakı kimidir

Çinə - 10 milyon 354 min dollar
Efiopiyaya - 51 milyon 733 min dollar
Mərakeşə - 12 milyon 302 min dollar
Fransaya - 44 milyon 763 min dollar
Pakistana - 3 milyon 363 min dollar
Tunisə - 23 milyon 990 min dollar


2021-ci ilin ilk səkkiz ayında ölkələrə ixrac edilən məhsul və xidmətlərin dəyəri aşağıdakı kimidir:

ABŞ-a - 735 milyon 909 min dollar
Almaniyaya - 98 milyon 695 min dollar
Azərbaycana - 169 milyon 846 min dollar
Birləşmiş Ərəb Əmirliklərinə - 126 milyon 746 min dollar
Banqladeşə - 59 milyon 316 min dollar
İngiltərəyə - 30 milyon 461 min dollar
Braziliyaya - 6 milyon 86 min dollar
Burkina Fasoya - 6 milyon 933 min dollar
Çinə - 30 milyon 841 min dollar
Efiopiyaya - 51 milyon 737 min dollar
Mərakeşə - 15 milyon 833 min dollar
Fransaya - 59 milyon 132 min dollar
Koreya Respublikasına - 7 milyon 828 min dollar
Gürcüstana - 4 milyon 54 min dollar
Hollandiyaya - 15 milyon 50 min dollar
İspaniyaya - 7 milyon 840 min dollar
İtaliyaya - 12 milyon 698 min dollar
Kanadaya - 15 milyon 558 min dollar
Qətərə -14 milyon 883 min dollar
Kolumbiyaya - 9 milyon 280 min dollar
Özbəkistana - 22 milyon 293 min dollar
Pakistana - 7 milyon 815 min dollar
Polşaya - 14 milyon 979 min dollar
Ruandaya - 16 milyon 469 min dollar
Rusiya Federasiyasına - 15 milyon 832 min dollar
Somaliyə - 4 milyon 177 min dollar
Sudana - 3 milyon 919 min dollar
Tunisə - 55 milyon 75 min dollar
Türkmənistana - 37 milyon 436 min dollar
Uqandaya - 6 milyon 530 min dollar
Ukraynaya - 63 milyon 141 min dollar
Omana - 10 milyon 431 min dollar
İordaniyaya - 20 milyon 950 min dollar.

Cəmi: 1 milyard 857 milyon 123 min dollar


Türkiyənin müdafiə və aviasiya sənayesinin istehsal etdiyi Pilotsuz Uçuş Aparatları (PUA), quru və hava vasitələri ixracatda əhəmiyyətli yerə sahibdir. Türkiyə şirkətləri ABŞ, Aİ və Körfəz ölkələri də daxil olmaqla bir çox ölkəyə məhsul ixrac edir.
Strategyvision.org

Teq: Türkiyə   Müdafiə-Sənayesi  


Oxşar məqalələr
Son əlavə olunanlar