Qlobal Süni Zəka xidmətləri bazarı 50 milyard dollara çatacaq

Qlobal Süni Zəka xidmətləri bazarı 50 milyard dollara çatacaq
922     13:17     09 08 2021    
Qlobal Süni Zəka (SZ) xidmətləri bazarının 2025-ci ilə qədər 50 milyard ABŞ dollarına çatacağı gözlənilir.

IDC analitik mərkəzinin hesabatında qeyd olunub ki, 2020-ci ildə 19.4 milyard dollar olan bazarın bu ilin sonunadək 19.3% artması proqnozlaşdırılır.

Artımın 2023-cü ildən sonra daha da sürətlənəcəyi təxmin edilir. O vaxta qədər SZ əsaslı proqram təminatı seqmentinin böyüməsi gözlənilir.

Mərkəzin ekspertləri qeyd edir ki, SZ gələcək layihənin vacib komponenti olaraq ortaya çıxıb və təşkilatlara pilot layihələr və müəssisələr arasında bir çox maneələri aradan qaldırmaq üçün xidmət tərəfdaşlarına tələbatı artırıb.

Hesablamalara görə, İT xidmətləri SZ xidmətləri bazarının 80%-ni təşkil edir. SZ sahəsində İT xidmətlərindən ən çox gəlir əldə edən üç şirkət IBM, "Accenture" və "Tata Consultancy Services" şitkətləridir.
Strategyvision.org

Teq: SZ   Bazar  


Oxşar məqalələr
Son əlavə olunanlar