Kiber hücumlar: Beynəlxalq sistemdə düşmənçilik münasibətləri yeni mərhələyə qədəm qoyur

  Kiber hücumlar:  Beynəlxalq sistemdə düşmənçilik münasibətləri yeni mərhələyə qədəm qoyur
1128     15:16     03 08 2021    
Hazırda müxtəlif ölkələr kibertəhlükəsizlik sahəsində öz imkanlarını inkişaf etdirməyə cəhd edirlər və böyük ehtimalla beynəlxalq aləmdə xüsusi qanunlar və qaydalar müəyyənləşdirəcəklər.

Kiberhücumlar ölkələrin düşmənçilik münasibətlərində yeni paritetlər təsdiq edən yeni silahdır. Geniş miqyaslı kiberhücumlar adətən başqa bir ölkənin kompüter şəbəkələrinə qoşulmaqla dövlət infrastrukturlarına ziyan vurmaq məqsədilə bir neçə ölkə tərəfindən həyata keçirilir.

Artıq ABŞ başda olmaqla bir çox dövlətlər kibertəhlükəsizlik məsələlərini öz strategiyalarında və digər hüquqi dəyərə malik müdafiə sənədlərinə əsas məsələ kimi daxil edir.

ABŞ prezidenti Co Bayden bu yaxınlarda ölkəyə qarşı böyük kiberhücumların real müharibəyə çevrilə biləcəyi barədə fikirlər səsləndirmişdi. Bayden Milli Kəşfiyyat İdarəsinə etdiyi səfəri zamanı bəyan edib: "Düşünürəm ki, əgər biz hansısa ölkə ilə müharibəyə sürüklənsək, bu kiberhücumlar səbəbindən baş verəcək, bu zaman bənzər hücumların imkanları həndəsi irəliləyişlə genişlənir və inkişaf edir".

Amerikalı rəsmilər əmindirlər ki, kiber hücumlar Rusiya və Çin tərəfindən həyata keçirilir.

Kibеr mühаribə dеdikdə kоmpütеrlərin, оnlаyn idаrəеtmə sistеmlərinin və şəbəkələrin mühаribə məqsədilə istifаdə еdilməsi və yа hədəf аlınmаsı nəzərdə tutulur. Kibеr-hücumlаr, cаsusluq və sаbоtаj təhlükəsi ilə əlаqəli hücum və müdаfiə əməliyyаtlаrı kibеr mühribə аnlаyışınа dаxildir. Mövcud məlumаtlаrа görə, hаl-hаzırdа АBŞ, Çin, Rusiyа, İsrаil, Birləşmiş Krаllıq, İrаn və Şimаli Kоrеyа bаşdа оlmаqlа dünyа ölkələri kibеr imkаnlаrını inkişаf еtdirir, həm hücum, həm də müdаfiə xarakterli kibеr hücumlаrlа məşğul оlur.
Strategyvision.org

Teq: Kibertəhlükəsizlik   Kiberhücum  


Oxşar məqalələr
Son əlavə olunanlar