Qlobal hərbi sensorlar bazarı: 2021-2026

Qlobal hərbi sensorlar bazarı:  2021-2026
922     10:38     13 07 2021    
Qlobal hərbi sensor bazarı 2026-cı ilədək 13.2 milyard dollar olacaq.

“MarketsandMarkets” bazar araşdırmaları mərkəzinin hazırladığı hesabatda qeyd olunub ki, 2021-ci ildə bazarın həcmi 9.9 milyard dollar olacaq. Proqnoz dövründə bazarın həcmi 33% artacaq.

Bazarın böyüməsinə əsas səbəb kimi PUA-lara olan tələbin artması göstərilir. Suriya, Liviya və Azərbaycanda baş verən döyüşlərdə PUA-lar yüksək performans nümayiş etdirdilər. Bundan sonra digər dövlətlər tərəfindən PUA-lara olan maraq artıb. PUA-ların istehsalı zamanı müxtəlif təyinatlı sensorlardan istifadə edilir. PUA-lardan istifadənin artması onlara qarşı radioelekton mübarizə vasitələrinə olan ehtiyacı da artırıb.

Hesabatda bildirilir ki, yüksək performanslı inersial naviqasiya sistemlərinə (INS) tələbin artması da hərbi sensorlar bazarında giroskopların böyüməsinə təkan verib. İnersial naviqasiya sistemlərinin əsas istehlakçılarından biri olan hərbi aviasiya sənayesi bazar böyüməsinə səbəb olub və qlobal bazar üçün əsas hərəkətverici qüvvə olması gözlənilir.

Proqnozlaşdırılan dövrdə Şimali Amerika regionunda hərbi sensorlar bazarının böyüməsinin sürətlənəcəyi gözlənilir. Kanada və ABŞ-dan olan şirkətlər sensor bazarında dominatlıq təşkil edir.

Bazarın əsas oyunçuları ABŞ-ın “Honeywell International”, “Raytheon” və “Lockheed Martin” şirkətləri, Fransanın “Thales”, Britaniyanın “BAE Systems”, İsveçrənin “TE Connectivity” şirkətləridir.
Strategyvision.org

Teq: Sensor   Bazar   QMSB  


Oxşar məqalələr
Son əlavə olunanlar