Dünyanın 100 ən böyük müdafiə şirkəti

 Dünyanın 100 ən böyük müdafiə şirkəti
1414     13:25     14 07 2021    
ABŞ-ın nüfuzlu “Defense News” jurnalı 2021-ci il üçün dünyanın ən böyük 100 müdafiə sənayesi şirkətinin siyahısını hazırlayıb. Siyahının hazırlanması zamanı şirkətlərin bir il əvvəlki dövriyyələri nəzərə alınıb.

Builki siyahıda 20-dən çox yeni şirkətin adı var. Bu şirkətlərin əksəriyyəti keçən il birləşməyə qərar verənlərdən ibarətdir.

Jurnalda qeyd olunur ki, qlobal müdafiə sənayesi bazarı fasiləsiz böyüməyə davam edir. 10 il əvvəl yalnız 15 şirkətin 5 milyard dollar gəliri var idisə, bu gün belə şirkətlərin sayı 24-ə çatıb.

Siyahının ilk beş şirkəti ABŞ-a məxsusdur. Bunlar “Lockheed Martin”, “Raytheon Technologies”, “Boeing”, “Northrop Grumman” ve “General Dynamics” şirkətləridir.

Dünyanın 10 ən böyük şirkətindən 3-ü Çin şirkətidir. Bunlar Çinin Aviasiya Sənayesi Korporasiyası (AVIC), NORİNCO müəssisəsi və Çin Dövlət Gəmiqayırma Korporasiyasıdır. Şirkətlər müvafiq olaraq 6, 8, 10-cu yerləri tutur. Çin şirkətlərinin ümumi müdafiə gəlirləri təxminən 95,6 milyard dollardır.

“Defence News”un hazırladığı siyahıya görə, son 5 ildə qazanclarını artırmağı bacaran müdafiə şirkətləri 2019-cu ilə nisbətən 5% artaraq 2020-ci ildə 551 milyard dollar qazanıb. 524 milyard dollardan 551 milyard dollara yüksələn bu gəlirin yarıdan çoxu ilk 10 şirkətin payına düşür. 25 ən böyük şirkətin qazancı 100 şirkətin ümumi qazancının 75%-ni təşkil edir.

İlk 100-lükdə yer alan 50 ABŞ şirkətinin ümumi gəliri siyahıdakı ümumi müdafiə gəlirlərinin 56%-ni təşkil edir.

Avropadan 24 şirkət siyahıda öz yerlərini tapır. Bunlar arasında Türkiyə və Ukraynadan üç şirkət var, Rusiya isə Avropa siyahısından çıxarılıb. Bu şirkətlərin ümumi müdafiə gəlirləri bütün siyahının 18%-ni təşkil edir.

Siyahıda Türkiyənin 2 şirkəti var. ASELSAN və TUSAŞ şirkətləri müvafiq olaraq siyahıda 48 və 63-cü yerləri tutub. Ötən il Türkiyənin 7 şirkəti bu siyahıya düşmüşdü.

Bəzi təchizatçılar bu il jurnal tərəfindən siyahıya alınması üçün tələb olunan sənədləri doldurmadılar. Bunlara “General Atomics” kimi nəhəng şirkətlər daxildir. Siyahıda yer ala biləcək, lakin müraciət etməyən şirkətlər arasında bir çox Rusiya və Çin şirkəti var.

Türkiyənin “Bayraktar TB2” və “Akıncı” kimi PUA-lar istehsal edən “Baykar Savunma” şirkəti də müraciət etməyən şirkətlərdəndir.

Siyahı ilə tanış olmaq üçün bu linkdən istifadə edin:

https://people.defensenews.com/top-100/
Strategyvision.org

Teq: Müdafiə-sənayesi   QMSB  


Oxşar məqalələr
Son əlavə olunanlar