Zorakı qeyri-dövlət aktorları və növləri| Onlar terrorçu hesab oluna bilərmi?

Zorakı qeyri-dövlət aktorları və növləri|  Onlar terrorçu hesab oluna bilərmi?
565     11:00     17 01 2022    
Beynəlxalq münasibətlərdə zorakı qeyri-dövlət aktorları dedikdə öz məqsədlərinə çatmaq üçün zorakılıqdan istifadə edən, hökumətlərdən tamamilə və ya qismən müstəqil olan qruplaşmalar nəzərdə rurulur. Silahlı qeyri-dövlət aktorlar və ya qruplaşmaları kimi də adlandırılır.

Zorakı qeyri-dövlət aktorları məqsədləri, ölçüsü və metodları ilə bir-birindən çox fərqlənir. Bunlara narkotik kartelləri, məşhur azadlıq hərəkatları, dini və ideoloji təşkilatlar, korporasiyalar (məsələn, özəl hərbi kompaniyalar), özünümüdafiə dəstələri və dövlətlərin öz maraqlarını daha da artırmaq üçün yaratdığı silahlı dəstələr daxil ola bilər.


Bəzi zorakı qeyri-dövlət aktorları hökumətlərə qarşı çıxsa da, bəziləri onlara müttəfiqlik edir. Bəzi zorakı qeyri-dövlət aktorları dövlətin silahlı qüvvələrinə bənzər metod və sturuktura malik olurlar. Bəzən belə quruluşlar qeyri-rəsmi şəkildə qurulur, zorakılığı digər yollarla, məsələn, adam oğurluğu, əldəqayırma partlayıcı qurğulardan istifadə və ya kompüter sistemlərinə kiberhücum kimi üsullardan istifadə edirlər.

Terminin təsviri

Tomas, Kiser və Keysbir kimi müəlliflər 2005-ci ildə zorakı qeyri-dövlət aktorlarının beynəlxalq birliyin qarşılaşdığı demək olar ki, bütün humanitar və siyasi böhranlarda pozucu rol oynayacağını bildirir. Beynəlxalq münasibətlərdə yeni bir aktyor növü olaraq zorakı qeyri-dövlət aktorları dövlətlərin ənənəvi Vestfal suverenlik sistemindən qopmağı iki şəkildə təmsil edirlər: dövlət idarəetməsinə alternativ təmin etməklə; və dövlətin zorakılıq inhisarına etiraz etməklə.

2008-ci ildə Fil Uilyams yazırdı ki, 21-ci əsrdə onlar milli dövlətləri üçün geniş yayılmış problem halına gəldilər. O iddia edir ki, zorakı qeyri-dövlət aktorları ənənəvi milli dövlətin zəif idarəçiliyindən yaranır və eyni zamanda dövlət idarəetməsinin pozulmasına daha çox töhfə verir.


O izah edir ki, zəif dövlətlər öz əhalisində sədaqət və etibarlılıq yaratmaq və ya mövcud olanı saxlamaq iqtidarında olmadıqda fərdlər və qruplar adətən alternativ mənsubiyyət nümunələri yaradır və ya inkişaf etdirirlər. Bu, ailənin, qəbilənin, klanın və ya digər qrupun əksər hallarda dövlətə qarşı olan siyasi fəaliyyət üçün əsas istinad nöqtəsi olmağına gətirib çıxarır.

Uilyamsa görə, qloballaşma təkcə ayrı-ayrı dövlətlərin iqtisadi işləri idarə etmək qabiliyyətinə meydan oxumaqla yanaşı zorakı qeyri-dövlət aktorları üçün gücləndiricilər və fəsilitatorlar təmin edib. Məsələn, transmilli silah tədarükü artıq dövlətlərin müstəsna nəzarəti altında deyil. Qloballaşma zorakı qeyri-dövlət aktorlarına transmilli sosial kapital və ittifaqlar, eləcə də maliyyələşdirmə imkanlarını inkişaf etdirməyə kömək edir.

Termin ABŞ ordusu tərəfindən nəşr olunan bir neçə sənəddə istifadə edilib.

Növləri

Bəzi ümumi və təsirli zorakı qeyri-dövlət aktorlarının növləri bunlardır:

– Cinayət təşkilatları, narkotik kartelləri məsələn, sui-qəsd, adam oğurluğu, oğurluq, qəsb həyata keçirə bilər; belə qruplaşmalar mühafizə reketləri işlədir, rəqib qruplaşmalardan və hərbçilərdən qorunmağa çalışır;

– Məqsədlərini həyata keçirmək üçün partizan taktikasını (həmçinin asimmetrik müharibə kimi tanınan) seçən xalq hərəkatları və ya onların tərkib hissələri. Buna misal olaraq Hindistandakı Naksalit-Maoist üsyanlarını göstərmək olar;

– Özəl hərbi kampaniyalar və ya özəl hərbi xidmətlərə sahib olan korporasiyalar. Buna misal olaraq Hind okeanındakı silah depolu gəmiləri göstərmək olar;

– Dini və ideoloji qruplar, məsələn Nigeriya və ətrafındakı Boko Haram kimi təşkilatlar silahlı zorakılığı əxlaqi və ya müqəddəs bir vəzifə olaraq görürlər;

– Mərkəzi Afrika Respublikasında anti-balaka hərəkatı kimi bir bölgəni hücumdan qorumaq üçün yaradılan vətəndaş silahlı quplaşmaları;

– Öz agendalarını həyata keçirmək üçün hərbi üsul və strukturlardan istifadə edən yarım hərbi qruplaşmalar. Buna hazırda fəaliyyəti dayandırılmış Müvəqqəti İrlandiya Respublika Ordusunu göstərmək olar;

– Suveren bir dövlətin ərazisinə hərbi, iqtisadi və siyasi nəzarəti həyata keçirmək üçün silahlı zorakılıqdan istifadə edən yerli hərbi liderlər. Məsələn, Əfqanıstanda belə liderlərdən çox olub.



Fil Uilyams məqaləsində zorakı qeyri-dövlət aktorlarının beş növünü müəyyənləşdirir:

- Yerli liderlər;
- Yaraqlılar;
- Qiyamçılar;
- Terror təşkilatları;
- Cinayət təşkilatları və dəstələri.


Zorakı qeyri-dövlət aktorlarının terrorizmlə əlaqəsi

“Terrorizm” termininin ümumiyyətlə qəbul edilmiş vahid tərifi yoxdur və bu termin tez-tez terrorçu statusu mübahisəsi olan qiyamçıları məğlub etmək üçün siyasi taktika kimi istifadə olunur. Beynəlxalq Terrorizmə Qarşı Hərtərəfli Konvensiyanın layihəsində terrorizm qrup növü kimi deyil, bir hərəkət növü olaraq təyin edilib. Xüsusilə, layihədəki “terrorizm” başqalarını təhdid edən və ya həqiqi mənada xəsarət və böyük iqtisadi itkiyə səbəb olan əmlaka ciddi zərər vurulmasına aid edilir:

“hərəkətin məqsədi öz təbiəti və ya məzmunu ilə əhalini qorxutmaq və ya hökuməti və ya beynəlxalq bir təşkilatı hər hansı bir hərəkəti etməyə məcbur etmək və ya etməkdən çəkindirməkdir”.

Tərif bəzi zorakı qeyri-dövlət aktorlarının (və bəzi dövlət aktorlarının) və digərlərinin hərəkətlərini əhatə etdiyindən fikir ayrılıqları hələ qalmaqdadır və müqavilə hələ razılaşdırılmayıb. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı terror aktlarını aşağıdakılardan fərqlənməyə çağırıb:

“beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq xarici işğal və müstəmləkə və ya yad hökumət altında olan xalqların qanuni mübarizəsi”.

Zorakı qeyri-dövlət aktorlarının uşaqlardan istifadə etməsi


Zorakı qeyri-dövlət aktorları 18 yaşına çatmamış uşaqlardan döyüşçü, kəşfiyyatçı, mühafizəçi, casus, məlumat toplayan və digər rollarda istifadə etməsi beynəlxalq arena tərəfindən şiddətlə qınanılıb. (bir çox dövlətlər də silahlı qüvvələrinə uşaqları cəlb edib). Məsələn, 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatı uşaqların silahlı qruplar tərəfindən geniş istifadə olunduğu 14 ölkəni müəyyən edib: Əfqanıstan, Kolumbiya, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, İraq, Mali, Myanma, Nigeriya, Filippin, Sinqapur, Cənubi Sudan , Sudan, Suriya və Yəmən.

Silahlı qrupların hamısı uşaqlardan istifadə etmir və belə ki, uşaqları əməliyyatlara cəlb edən 1999-cu ildən bəri təxminən 60 qruplaşma təsbit edilib. Məsələn, 2017-ci ildə Filippindəki Moro silahlı qruplaşması 2000-ə yaxın uşağı öz sıralarından azad edib və Kolumbiyadakı FARC-EP partizan hərəkatı 2016-cı ildə uşaqların qəbulunu dayandırmağa razılıq verib. Digər hallarda, 2017-ci ildə, xüsusən Əfqanıstanda, İraqda, Nigeriyada və Suriyada qiyamçı və terrorçular uşaqların istifadəsini artırıb.

Humanitar fəaliyyət


Xarici İnkişaf İnstitutunun tədqiqatçıları təklif edirlər ki, silahlı qeyri-dövlət aktorları adlandırdıqları zorakı qeyri-dövlət aktorlar ilə münasibətlər humanitar səylər üçün vacibdir. İddia edirlər ki, təsirlənmiş şəxslərin istifadəsini asanlaşdırmaq və humanitar yardım göstərmək üçün bunu etmək üçün çox vaxt lazımdır. Bununla birlikdə, humanitar təşkilatlar zorakı qeyri-dövlət aktorları ilə strateji cəhətdən tez-tez məşğul olmurlar. Soyuq Müharibənin sonundan bəri bu tendensiya, əksinə terrorizmlə mübarizə qanunvericiliyində və donor maliyyələşdirmə məhdudiyyətlərində zorakı qeyri-dövlət aktorları ilə humanitar əlaqələrin kəskin şəkildə pozulmasına görə güclənib. Onların fikrincə, humanitar qurumların zorakı qeyri-dövlət aktorları ilə məhsuldar dialoqun inkişaf etdirilməsinin yollarını müəyyənləşdirmək üçün əlavə araşdırma aparmaq lazımdır.

Çetm Hauzdakı Beynəlxalq Təhlükəsizlik İdarəsi və Beynəlxalq Hüquq Proqramı, humanitar aktorların zorakı qeyri-dövlət aktorları ilə münasibətinə prinsipial yanaşmanı müəyyən edəcək dinamikanı anlamağa çalışır.
Strategyvision.org

Teq: Zorakı-aktorlar   Müharibələr  


Oxşar məqalələr
Son əlavə olunanlar